Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-62/2024 15.02.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi üzrə kiçik iddiaya dair ərizəsinə, ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək iddianın təmin edilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 2744.00 AZN, faiz borcuna görə 798.00 AZN, cərimə borcuna görə 185.20 AZN, cəmi 3727.20 (üç min yeddi yüz iyirmi yeddi manat, iyirmi qəpik) AZN məbləğində borcun və 57.28 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 nümayəndəsi Nümayəndə1 “Elektron Məhkəmə” sistemi vasitəsilə işin geri qaytarılmasına dair 15 fevral 2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MM QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair 2(090)-62/2024 nömrəli mülki işin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduğuna görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X2 izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumunun geri qaytarılmalı olması nəzərdə tutulduğundan, iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 tərəfindən xx.xx.2024-cü il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 57,28 (əlli yeddi manat, iyirmi səkkiz qəpik) manat miqdarında dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yekunda məhkəmə onu da qeyd edir ki, iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından iddia ərizəsi və ona əlavə edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 tərəfindən xx.xx.2024-cü il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 57,28 (əlli yeddi manat, iyirmi səkkiz qəpik) manat miqdarında dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-62/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-62/2024
15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver