Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-63/2022 17.03.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “21” fevral 2022-ci il tarixdə ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, 394,17 (üç yüz doxsan dörd manat, on yeddi qəpik) manat əsas və 60,05 (altmış manat, sıfır beş qəpik) manat faiz borcu olmaqla, cəmi 454,22 (dörd yüz əlli dörd manat, iyirmi iki qəpik) manat kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (sıfır manat, qırx qəpik) manat bank xidmət haqqının Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış 24 iyun 2020-ci il tarixli, BPM**********66 nömrəli tam kart çərçivə müqaviləsinin 4.1.2-ci bəndinə əsasən, şərtlər bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma ilə müəyyən olunmaqla, cavabdehə 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kredit xətti açılmış və istifadəsinə plastik kart təqdim edilmişdir. Borcalan kredit xəttindən istifadə etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş öhdəliklər vaxtında yerinə yetirilmədiyindən, müqavilənin şərtləri pozulmuşdur. Cavabdehə kreditin qaytarılması haqqında 20.12.2021-ci il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, öhdəliklər yerinə yetirilməmişdir. Məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəfin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 24 iyun 2020-ci il tarixli, BPM**********66 nömrəli tam kart çərçivə müqaviləsindən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərilərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən bank müştərinin adına ikitərəfli ödəniş kartını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı; bundan sonra – “Tam kart” adlanacaq) buraxmağı, müştərinin adına bank hesablarını (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı və cari hesab; bundan sonra birlikdə - “Hesab” və ya “Hesablar” adlanacaq) açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15.000 (on beş min) manat məbləğinədək, kreditdən (Nağd kredit və/və ya kredit xətti; bundan sonra birlikdə - “Kredit” adlanacaq) istifadəyə görə illik 24%-dək ödəmək şərtilə kredit limitini ayırmağı, müştəri isə tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə görə, müştəriyə bu müqavilənin 4.3-cü bəndinə müvafiq olaraq ayrılmış kredit xətti daxilində tam kartdan banka məxsus POSterminallar vasitəsilə bankın partnyor şəbəkəsi subyektlərində (siyahısı bankın rəsmi internet səhifəsi www.ibar.az-da və/və ya tam kartın rəsmi internet səhifəsi www.tamkart.az-da yerləşdirilmişdir) istifadə olunan zaman məhsul və xidmətlərin dəyəri 24 (iyirmi dörd) ayadək bərabər hissələrə bölünərək faizlər hesablanmadan ödənilməsi (bundan sonra – “Taksit əməliyyatları” adlanacaq) imkanı yaradır. Müqavilənin 2.2-ci bəndinə əsasən, şəxsi ehtiyacların ödənilməsi kreditin məqsədli təyinatıdır. Müqavilənin 4.1.1.1-ci bəndinə görə, borc alan tərəfindən nağd kredit sifariş verildikdə və bank borcalana nağd kreditin verilməsinə müsbət qərar qəbul etdikdə tərəflər arasında kreditin verilməsini təsdiq edən annuitet ödəniş qrafiki imzalanır. Annuitet ödəniş qrafikində kreditin məbləği, illik faiz dərəcəsi, müddəti, aylıq ödənişin məbləği və digər zəruri məlumatları göstərilir. Müqavilənin 4.1.1.2-ci bəndinə əsasən, borcalan tərəfindən kredit xəttinin açılması sifariş verildikdə və bank borcalana kredit xəttinin açılmasına dair müsbət qərar qəbul etdikdə bu barədə borcalanın bank kartına kredit limitinin təyin olunması üçün razılaşmasında təsdiq qeydləri aparır və bank tərəfindən təsdiq edilmiş bank kartına kredit limitinin təyin olunması üçün razılaşmasının 1 (bir) nüsxəsi borcalana təqdim olunur. Bank tərəfindən təsdiq edilmiş bank kartına kredit limitinin təyin olunması üçün razılaşmasında kreditin məbləği, illik faiz dərəcəsi və digər zəruri məlumatları göstərilir və bu sənəd kredit xəttinin açılmasını təsdiq edən sənəd kimi çıxış edir. Müqavilənin 7.2.4-cü bəndinə görə, müştəri tərəfindən bu müqavilə üzrə öhdəliklərin icrası pozulduqda, qanunvericilikdə/bu müqavilədə nəzərdə tutulmuş digər hallarda müqaviləni birtərəfli qaydada ləğv etmək, tam kartdan istifadə etməklə əməliyyatların aparılmasına məhdudiyyətlər qoymaq, tam kartı bloklaşdırmaq/ləğv etmək, eləcə də tam kartı geri tələb etmək bankın vəzifəsidir. Müqavilənin 7.3.6-cı bəndinə əsasən, tam kartdan istifadə üzrə xidmət haqını, eləcə də kreditin verilməsinə və rəsmiləşdirilməsinə görə bankın tariflərində nəzərdə tutulmuş xidmət haqlarını, bankın tariflərinə uyğun olaraq komissiyaları və cərimə faizlərini, eləcə də tam kartdan istifadə ilə bağlı bankın çəkdiyi digər xərclərin əvəzini banka ödəmək borcalanın vəzifəsidir. Müqavilənin 7.3.17-7.3.18-ci bəndlərinə görə, kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsi üzrə öhdəliklərini bu müqavilədə müəyyən olunmuş qaydada və müddətlərdə icra etmək və bu müqavilədən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə bu müqavilədə müəyyən olunmuş dəbbə pulunun (cərimə, penya) banka ödənilməsini təmin etmək borcalanın vəzifəsidir. Müqavilənin 10.7-10.10-cu bəndlərinə görə, borcalan tərəfindən kredit xətti üzrə əsas borcun tam məbləğinin və ya onun müəyyən bir hissəsinin qaytarılması müddətləri pozulduqda, borcalan banka gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 4.1.1.2-ci yarımbənddə qeyd olunan borcalanın bank tərəfindən təsdiq edilmiş kredit sifarişində və ya penyanın ödənilməsi barədə yazılı tələbi təqdim etdiyi günün ertəsi günü borcalan tərəfindən banka nağd və ya köçürmə yolu ilə ödənilir. Borcalan tərəfindən nağd kredit üzrə əsas borcun tam məbləğinin və ya onun müəyyən bir hissəsinin qaytarılması müddətləri pozulduqda, həmin öhdəliyin icra müddətindən sonrakı otuzuncu təqvim günündən başlayaraq bank tərəfindən borcalana gecikdirmənin hər günü üçün (maksimum 120 gün müddətində) gecikdirilmiş əsas borc məbləğinin 1 (bir) faizi həcmində penya hesablana bilər. Qanunvericilikdə və ya bu müqavilədə nəzərdə tutulmuş hallarda bank kreditin vaxtından əvvəl qaytarılmasını tələb etdikdə və borcalan müqavilənin 6.14-cü bəndində müəyyən olunmuş müddətdə krediti vaxtından əvvəl qaytarmadıqda, həmin müddətin bitdiyi andan kredit üzrə cari tarixə mövcud olan əsas borc məbləği gecikdirilmiş əsas borc kateqoriyasına aid edilir və həmin məbləğə bu müqavilənin 10.7-10.8-ci bəndlərində nəzərdə tutulmuş miqdarda penya hesablanır. Bu müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun (cərimə, penya) ödənilməsi borc alanı müvafiq öhdəliklərin icrasından azad etmir. Müqavilənin 11.1-ci və 11.2-ci bəndlərinə əsasən, bu müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəlikləri tam icra olunana qədər qüvvədədir. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri həmin müddət qurtarana qədər yol verilmiş pozuntulara görə məsuliyyətdən azad etmir. İş materiallarında olan 24.06.2020-ci il tarixli, Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmadan məlum olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə iş üzrə Cavabdeh razılaşmaya əsasən 500 (beş yüz) manat məbləğində kredit xətti ayrılmış və bu barədə tərəflər müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 20 dekabr 2021-ci il tarixli, 22-16372/2021 nömrəli kredit borcunun ödənilməsinə dair bildiriş göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 28 yanvar 2022-ci il tarixli, 056 nömrəli maliyyə arayışından Cavabdeh iddiaçı "xxxx" ASC-nə 394,17 (üç yüz doxsan dörd manat, on yeddi qəpik) manat əsas və 60,05 (altmış manat, sıfır beş qəpik) manat faiz borcunun olması aydın olur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 01.06.2021-ci il tarixli arayışdan məlum olur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 24 iyun 2020-ci il tarixli, BPM**********66 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 500 (beş yüz) manat məbləğində kredit xətti açılmış və müqavilənin şərtlərinə Cavabdeh tərəfindən əməl edilməmiş, o, yaranmış pul borcu və həmin borca hesablanmış faiz borcunun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 394,17 (üç yüz doxsan dörd manat, on yeddi qəpik) manat əsas və 60,05 (altmış manat, sıfır beş qəpik) manat faiz borcu olmaqla, cəmi 454,22 (dörd yüz əlli dörd manat, iyirmi iki qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas və faiz borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, Cavabdeh 24 iyun 2020-ci il tarixli, BPM**********66 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 394,17 (üç yüz doxsan dörd manat, on yeddi qəpik) manat əsas və 60,05 (altmış manat, sıfır beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 454,22 (dörd yüz əlli dörd manat, iyirmi iki qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 vasitəsilə 02 sentyabr 2021-ci il tarixdə, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu və 0,40 (sıfır manat, qırx qəpik) manat bank xidmət haqqı, cəmi 30,40 (otuz manat, qırx qəpik) manat məhkəmə xərcləri Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.2 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 24 iyun 2020-ci il tarixli, BPM**********66 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 394,17 (üç yüz doxsan dörd manat, on yeddi qəpik) manat əsas və 60,05 (altmış manat, sıfır beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 454,22 (dörd yüz əlli dörd manat, iyirmi iki qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 vasitəsilə 02 sentyabr 2021-ci il tarixdə, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu və 0,40 (sıfır manat, qırx qəpik) manat bank xidmət haqqı, cəmi 30,40 (otuz manat, qırx qəpik) manat məhkəmə xərcləri Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-63/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-63/2022
17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver