Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-63/2024 01.05.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1465.83 manat əsas borcu, vəfat etdiyi tarixə 5.99 manat faiz borcu olmaqla, cəmi 1471.82 manat borc, ödənilmiş 34.72 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Naxçıvan filialı ilə Babayeva Gülçöhrə Miryusif qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Babayeva Gülçöhrə Miryusif qızına 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 2.750 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X4 Miryusif qızı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Şahbuz rayon notariat ofisi tərəfindən verilən məlumata əsasən Babayeva Gülçöhrə Miryusif qızının vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Babayeva Gülçöhrə Miryusif qızının banka ödənilməmiş qalan 1465.83 manat əsas borcu, vəfat etdiyi tarixə 5.99 manat faiz borcu olmaqla, cəmi 1471.82 manat borcu qalmışdır. Eyni zamanda onlar tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 34.72 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə2 “XX” aprel 2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə baxışı iclasının 01 may 2024-cü il tarixə saat 09:30-a təyin edildiyini, e- 2(090)-63/2024 nömrəli mülki iş üzrə iddia tələbini müdafiə etdiklərini, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında ona qarşı qaldırılan iddianı qəbul etmədiyini, yoldaşı Babayeva Gülçöhrə Miryusif qızının təxminən 2019-cu il dekabr ayının 6-7–si arasında Naxçıvan Şəhər Mərkəzi Xəstəxanasında Valid həkim tətəfindən əməliyyat olunduğunu, əməliyyat nəticəsində yoldaşının bağırsağından 6 sm nümunə üçün kəsib götürüldüyünü, sonra yoldaşının xərçəng xəstəsi olduğunun ona deyildiyini, yoldaşının kredit götürüb-götürmədiyini dəqiq bilmədiyini, yoldaşının 24 gün xəstəxanada yatdığını, həmin vaxt kredit götürməsinin mümkün olmadığını, onun həmin kredit müqaviləsinin surətini əldə etmək üçün banka müraciət etdiyini, lakin həmin müqaviləni ona təqdim etmədiklərini, yoldaşının həmin vaxt xəstəxanada olması ilə bağlı sənədi təqdim edə bilmədiyini, mərhum yoldaşı G.Babayevanın adına olan 1.5 hektar torpaq sahəsini 2017-ci ildə 12 min manata satdığını və mərhum G.Babayevanın xəstəliyi ilə əlaqədar yaranan borclarını ödədiyini, həmin torpaq sahəsinin satılması ilə bağlı sənədləri məhkəməyə təqdim edə bilmədiyini göstərmişdir. Eyni zamanda Cavabdeh məhkəmənin ünvanına daxil olmuş 03 aprel 2024-cü il tarixli ərizəsində göstərmişdir ki, onun həyat yoldaşı Babayeva Gülçöhrə Miryusif qızı 2019-cu ildə Azərbaycan Beynəlxalq bankından kredit götürüb, “Babayeva Gülçöhrə 2019cu ildə Nax. Respublika Xəsətəxanasında Valid doktor əməliyyat edib, bağırsaqlarında qaralma gedirdi. 2. 2020-ci ildə yenə Valid doktor əməliyyat edib bağırsaqlarını, 1-ci də 6 sm, 2-ci əməliyyatda 7sm kəsib götürmüşdür. 3. 2021-ci ildə ağırlaşdı apardıq Ərzuruma ordada əməliyyat oldu gətirdik. 4. 2022-ci ildə infarkt keçirdi, 2022-ci ilin aprel ayının 19-da öldü, mərhumun 40 çıxdı, Bankdan zəng etdilər ki, ölüm kağızın gətirin, qalan borcu silinsin. Apardım verdim, mənə dedilər ki, İsmayıl get sənlik bir iş yox” Bu işin üstündən 2 il ötür niyə ona zəng edib deməyiblər, kənd uçaskovoya deməyiblər, bələdiyyə deməyiblər. 3 gün kreditin faizi yubanan kimi dalbadal zəng edirlər. Ona hansı tarixdə zəng ediblər, mesaj atıblar çıxarış gətirsin məhkəməyə. Hansı səbəbə görə 2 il gözləyiblər, onun boynunda 20.000 m borc var, evində heç nə qalmayıb, hər şeyi satıb paylayıb borca, torpaqlarını da satıb, pay torpaqlarında, həyətyanı torpaqlarını da, 1 hektar torpağı 12.000 m satıb, Şahbuzda alıb, orada da verib 5 qızının yanında lambarda 12.600 m. Məhkəməyə saxta sənəd yollayıblar, sığortası da olub, pulu verəndə dedilər, indi sığorta sənədin götürüblər. Aprelin 1-də 2024-cü ildən o, Cavabdeh hər ay 480 m. 3 banka tək kredit ödəyir, insanlara da 4000 m. borcu var. Bu bankda onu şərləsə onun çıxış yolu yox, başından pensiya alır 70% xarab, 2-ci qrup hərbi əlildir. Evinin gəbəsini, palazını da satıb paylayıbdır, yeməyini qardaşı Allahverdi verir, o, zamin durmayıbdır, deyiblər ki, sığortası var, 70 yaşı var, köməklik edilməsini xahiş edir. İş materiallarinda olan 12 dekabr 2019-cu il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsindən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Babayeva Gülçöhrə Miryusif qızı arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin predmeti adlanan 1-ci bəndinə görə bu müqaviləyə əsasən borc verən borc alana şəxsi istehlak məqsədləri üçün 48 (qırx səkkiz) ay müddətində (xx-xx-2023 tarixədək) 2.750 (iki min yeddi yüz əlli) manat məbləğində kreditdən istifadəyə görə illik 24% (iyirmi dörd) faiz ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 24.6 % təşkil edir. Kreditin verilməsinə/rəsmiləşdirilməsinə görə borc alan borc verənə kreditin məbləğinin 1% (bir) faizi (minimal 20 azn) həcmində komissiya ödəyir. Müvafiq komissiya borc alanın borc verəndəki bank hesablarından borc verən tərəfindən akseptsiz qaydada tutulur. Müqavilənin 3.1-ci bəndinə görə borc alana kredit onun tərəfindən normativ xarakterli aktlarda və borc verənin daxili qaydalarında nəzərdə tutulmuş sənədlərin borc verənə təqdim edilməsindən 10 (on) iş günü ərzində borc alanın borc verəndə açılmış ******************** nömrəli hesabına köçürülməklə verilir. Müqavilənin 4.1.4-cü bəndinə görə borc alanın razılığı olmadan bu müqavilədən irəli gələn tələb hüququnu istənilən vaxt üçüncü şəxslərə güzəşt etmək borc verənin hüququdur. Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam icra olunana qədər qüvvədədir. İş materiallarında olan kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 12 dekabr 2019-cu il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsinə Əlavə №.1-dən müəyyən edilir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Babayeva Gülçöhrə Miryusif qızı kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarında olan 12 dekabr 2019-cu il tarixli, BPM**********05 nömrəli məxaric orderinin surətindən məlum olur ki, Babayeva Gülçöhrə Miryusif qızı 2.722,5 (iki min yeddi yüz iyirmi iki manat, əlli qəpik) manat məbləğində pulu iddiaçı təşkilatdan həmin tarixdə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarında olan 15 yanvar 2024-cü il tarixli maliyyə arayışından məlum olur ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Babayeva Gülçöhrə Miryusif qızının 15 yanvar 2024-cü il tarixə banka 1.465,83 (bir min dörd yüz altmış beş manat, səksən üç qəpik) manat əsas, 5,99 (beş manat, doxsan doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1.471,82 (bir min dörd yüz yetmiş bir manat, səksən iki qəpik) manat məbləğində borcu yaranmış, Babayeva Gülçöhrə Miryusif qızı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Şahbuz Rayon Notariat Ofisi tərəfindən verilmiş 19 aprel 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Babayeva Gülçöhrə Miryusif qızının vərəsəsi ünvan 1ində qeydiyyatda olan əri Cavabdehdur və o mirasdan 1/10 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR DTXK tərəfindən xx.xx.2006-cı il tarixdə Babayeva Gülçöhrə Miryusif qızına verilmiş seriya nömrəsi JN:0066, KOD: 10502018 olan dövlət aktına əsasən Naxçıvan MR, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1.02 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Badamlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən AZ-İ seriyalı, 801347 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Babayeva Gülçöhrə Miryusif qızı 19 aprel 2022-ci ildə ölmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan cavabdehin müqavilədən irəli gələn öhdəliyi icra etməməsi müəyyən olunur. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə Cavabdeh ünvan 1ində qeydiyyatdadır. Məhkəmə iddiaçı təşkilatın və cavabdehin ərizəsini, cavabdehin izahatını dinləyib, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk olaraq Cavabdeh məhkəməyə verdiyi izahatında onun mərhum yoldaşı G.Babayevanın “Azərbaycan Beynəlxalq Bank”dan kredit götürməməsi və həmin kredit müqaviləsindən onun xəbərinin olmaması barədə izahatına hüquqi qiymət verərək hesab edir ki, həmin ifadələr ziddiyyətli olduğundan sübut kimi qəbul edilən deyildir. Belə ki, Cavabdeh məhkəmənin ünvanına daxil olmuş ərizəsində “Babayeva Gülçöhrə 2019-cu ildə Nax. Respublika Xəsətəxanasında Valid doktor əməliyyat edib, bağırsaqlarında qaralma gedirdi. 2. 2020-ci ildə yenə Valid doktor əməliyyat edib bağırsaqlarını, 1-ci də 6 sm, 2-ci əməliyyatda 7sm kəsib götürmüşdür. 3. 2021-ci ildə ağırlaşdı apardıq ərzuruma ordada əməliyyat oldu gətirdik. 4. 2022-ci ildə infarkt keçirdi, 2022-ci ilin aprel ayının 19-da öldü, mərhumun 40 çıxdı, Bankdan zəng etdilər ki, ölüm kağızın gətirin, qalan borcu silinsin. Apardım verdim, mənə dedilər ki, İsmayıl get sənlik bir iş yox” göstərmişdir. Bununla da Cavabdeh mərhum arvadı Babayeva Gülçöhrə Miryusif qızının "xxxx" ASC ilə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2750 manat kreditin verilməsi iş materiallarında olan 12 dekabr 2019-cu il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsi və cavabdehin ərizəsi ilə öz təsdiqi tapmışdır. Məhkəmə Cavabdeh 12 dekabr 2019-cu il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsinin sığortalanması ilə bağlı ifadəsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan "xxxx" ASC-nin məhkəmənin ünvanına daxil olmuş xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilən kredit müqaviləsinin sığortalanmaması göstərilmişdir. Cavabdeh həmin halın təkzib edilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh ifadələrinin ziddiyyətli olması onun ilk olaraq ərizəsində mərhum yoldaşı Babayeva Gülçöhrə Miryusif qızına "xxxx" ASC ilə G.Babayeva arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2750 manat kreditin verilmədiyini, daha sonra isə həmin kredit müqaviləsinin sığortalandığını göstərməsidir. Cavabdeh mərhum arvadı Babayeva Gülçöhrə Miryusif qızından heç bir miras əmlakın qalmaması və onun vərəsə kimi mərhumdan heç bir mirası qəbul etməməsi, ünvan 1ində yerləşən 1.02 ha torpaq sahəsinin hələ mərhum arvadı G.Babayevanın sağlığında, 2017-ci il tarixdə satması barədə ifadəsinə münasibət bildirərək məhkəmə həmin ifadələrin inandırıcılıq dərəcəsinə görə qəbul edilən hesab etmir. Belə ki, iş materiallarında olan Şahbuz Rayon Notariat Ofisi tərəfindən verilmiş 19 aprel 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Babayeva Gülçöhrə Miryusif qızının vərəsəsi ünvan 1ində qeydiyyatda olan əri Cavabdehdur və o mirasdan 1/10 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR DTXK tərəfindən xx.xx.2006-cı il tarixdə Babayeva Gülçöhrə Miryusif qızına verilmiş seriya nömrəsi JN:0066, KOD: 10502018 olan dövlət aktına əsasən Naxçıvan MR, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1.02 ha olan torpaq sahəsindən ibarətdir. DDƏDRX-dən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi 1537 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Naxçıvan MR, ünvan 1i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəniləşdirilməsinə qadağan qoyulmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsində və eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləsdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar hazırki mübahisə üzrə Cavabdeh mərhum arvadı Babayeva Gülçöhrə Miryusif qızından heç bir miras əmlakın qalmaması və onun vərəsə kimi mərhumdan heç bir mirası qəbul etməməsi, Şahbuz rayon, Badamlı kəndində yerləşən 1.02 ha torpaq sahəsinin hələ mərhum arvadı G.Babayevanın sağlığında, 2017-ci il tarixdə satmasına dair sübutetmə yükü cavabdehin üzərinə düşür. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır; 558-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, iddaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Babayeva Gülçöhrə Miryusif qızı arasında bağlanmış kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı təşkilat G.Babayevanın sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, lakin mərhum G.Babayevanın ölümu ilə əlaqədar öhdəliyin icrası mümkün olmamışdır. Mərhum G.Babayevanın ölümündən sonra ilk növbə vərəsə olan Cavabdeh miras qoyan G.Babayevadan qalmış mirası qəbul etmiş, bu əsasla da iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı öhdəliyin icrası tələbi irəli sürmüşdür. İddiaçı cavabdehə qarşı iddia tələbində müqavilə şərtlərinə uyğun olaraq 1.465,83 (bir min dörd yüz altmış beş manat, səksən üç qəpik) manat əsas, 5,99 (beş manat, doxsan doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1.471,82 (bir min dörd yüz yetmiş bir manat, səksən iki qəpik) manat tələb etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1.465,83 (bir min dörd yüz altmış beş manat, səksən üç qəpik) manat əsas, 5,99 (beş manat, doxsan doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1.471,82 (bir min dörd yüz yetmiş bir manat, səksən iki qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Həmin Məcəllənin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 34,72 (otuz dörd manat, yetmiş iki qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.465,83 (bir min dörd yüz altmış beş manat, səksən üç qəpik) manat əsas və 5,99 (beş manat, doxsan doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1.471,82 (bir min dörd yüz yetmiş bir manat, səksən iki qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 34,72 (otuz dörd manat, yetmiş iki qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-63/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-63/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver