Məhkəmə qərarları › İş №e-2(090)-67/2022

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-67/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-67/2022 14.04.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti “17” mart 2022-ci il tarixdə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, 99,80 (doxsan doqquz manat, səksən qəpik) manat əsas, 37,26 (otuz yeddi manat, iyirmi altı qəpik) manat faiz, 2,79 (iki manat, yetmiş doqquz qəpik) manat cərimə və 1,68 (bir manat, altmış səkkiz qəpik) manat komisyon haqqı olmaqla, cəmi 141,53 (bir yüz qırx bir manat, əlli üç qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində vəsaitin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış 5962sCNTR/20 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29 % ödəmək şərtilə 100 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəfin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh ilə İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti arasında 16 dekabr 2020-ci il tarixli, 5962sCNTR/20 nömrəli kredit müqaviləsi bağlanmış və tərəflər üzərilərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin predmeti adlanan 1-ci maddəyə əsasən həmin müqaviləyə görə bank borcalana illik 29 (iyirmi doqquz) % olmaq şərtilə 60 (altmış) ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit) 16.12.2025-ci il tarixinədək kredit ayırır. Kreditin ilkin limiti 100 (bir yüz) manat təyin edilir. Borcalana bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Ödəniş kartın istifadə müddəti 60 aydır. Ödəniş kartda olan kredit xətti yalnız borcalanın kartda olan şəxsi vəsaitindən sonra istifadə olunur. Məsələn: kartda 1000 manat xəttidir, 500 manat isə şəxsi vəsait. Borcalan 650 manat vəsait istifadə etdiyi təqdirdə 500 manat şəxsi vəsaitindən silinir, 150 manat isə kredit xəttindən). Kredit xəttindən istifadəyə görə minimum 1%, maksimum 6% komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı borcalan tərəfindən əlavə olaraq ödənilir. Kredit istehlak məqsədilə verilir. Kredit xətti 36 (otuz altı) ay müddətinə (kredit xəttindən istifadə müddəti), kredit xəttindən istifadə müddətində kredit üzrə hər ay minimum bu borclar ödənilməlidir: kredit xəttindən istifadəyə görə komissiya, hesablanmış faiz borcu, taksitli alış verişlər üzrə cari ayın taksit borcu və kredit vəsaitindən nağdlaşdırılan məbləğin 5%-i, kredit xəttinin müddəti bitdikdən sonra növbəti ilk 12 (on iki) ay müddətində 36-cı ay müddətinə təsadüf edən kredit xəttindən istifadə olunan məbləğin 5%-i, taksitli alış veriş üzrə isə taksit ödənişləri həyata keçirilir, növbəti 12 (on iki) ay isə borcalan tərəfindən qalıq borc məbləğinin ödənilməsi annuitet cədvəli əsasında (aylıq ödəniş məbləği minimum 20 manat olmaq şərtilə) həyata keçirilir və bu zaman bank bu müqavilə üzrə nəzərdə tutulmuş faiz dərəcəsini 40 (qırx) faizədək artıra bilər. Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 29%, maksimum 40% təşkil edir. Borcalan bu müqavilə üzrə ona təqdim edilmiş plastik kartdan debet kart kimi istifadə edə bilər. Plastik kartın cari hesabındakı gündəlik qalığa illik minimum 0, maksimum 6 faiz dərəcəsi ilə faiz hesablanır və hər təqvim ayının sonuncu iş günü borcalanın istifadəsindəki kartın cari hesabına köçürülür. Həmin müqavilənin 8.2-ci və 8.3-cü bəndlərinə görə borcalan kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya borcalan tərəfindən bankı aldatmağa yönəlmiş hər hansı hərəkətin edildiyi, o cümlədən borcalan özünün fəaliyyəti, iqtisadi-maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli olan digər faktlar (dövlət büdcəsinə digər hüquqi və fiziki şəxslərə olan borclar kreditor qarşısında icra edilməmiş mülki-hüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatları və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olunduqda bank kreditin dərhal qaytarılmasını tələb etməklə yanaşı borcalana qarşı kreditin ümumi məbləğinin 1 (bir) faizi miqdarında cərimə tətbiq edə bilər. Borcalan kredit üzrə faizləri bu müqavilədə nəzərdə tutulmuş ödəmə müddətində və qaydada ödəmədikdə, faizlərin gecikdirildiyi hər gün üçün əsas borc məbləğinin qalığına illik 40% miqdarında cərimə tətbiq edilir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və öhdəlikləri tam icra olunana qədər qüvvədədir. 17 sentyabr 2021-ci il tarixdə Cavabdeh bildiriş göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 21 fevral 2022-ci il tarixli maliyyə arayışından Cavabdeh həmin tarixə iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə 99,80 (doxsan doqquz manat, səksən qəpik) manat əsas, 37,26 (otuz yeddi manat, iyirmi altı qəpik) manat faiz, 2,79 (iki manat, yetmiş doqquz qəpik) manat cərimə və 1,68 (bir manat, altmış səkkiz qəpik) manat komisyon haqqı borcu olmaqla, cəmi 141,53 (bir yüz qırx bir manat, əlli üç qəpik) manat kredit borcunun olması aydın olur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 16 dekabr 2020-ci il tarixli, 5962sCNTR/20 nömrəli kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 100 (bir yüz) manat məbləğində kredit limiti ayrılmiş və müqavilənin şərtlərinə Cavabdeh tərəfindən əməl edilməmiş, o, yaranmış pul borcu, həmin borca hesablanmış əsas, faiz, cərimə və komisyon haqqı borcunun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə 99,80 (doxsan doqquz manat, səksən qəpik) manat əsas, 37,26 (otuz yeddi manat, iyirmi altı qəpik) manat faiz, 2,79 (iki manat, yetmiş doqquz qəpik) manat cərimə və 1,68 (bir manat, altmış səkkiz qəpik) manat komisyon haqqı borcu olmaqla, cəmi 141,53 (bir yüz qırx bir manat, əlli üç qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tərəfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh iddiaçı “X1” ASC-dən aldığı kredit üzrə əsas, faiz, cərimə və komisyon haqqı borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi haqqında məlumatdan məlum olur ki, Cavabdeh Şahbuz rayonu, Gömür kəndində qeydiyyatdadır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, Cavabdeh 99,80 (doxsan doqquz manat, səksən qəpik) manat əsas, 37,26 (otuz yeddi manat, iyirmi altı qəpik) manat faiz, 2,79 (iki manat, yetmiş doqquz qəpik) manat cərimə və 1,68 (bir manat, altmış səkkiz qəpik) manat komisyon haqqı borcu olmaqla, cəmi 141,53 (bir yüz qırx bir manat, əlli üç qəpik) manat məbləğində borc tutularaq iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 vasitəsilə 22 fevral 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu və 0,40 (sıfır manat, qırx qəpik) manat bank xidmət haqqı, cəmi 30,40 (otuz manat, qırx qəpik) manat məhkəmə xərcləri Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 99,80 (doxsan doqquz manat, səksən qəpik) manat əsas, 37,26 (otuz yeddi manat, iyirmi altı qəpik) manat faiz, 2,79 (iki manat, yetmiş doqquz qəpik) manat cərimə və 1,68 (bir manat, altmış səkkiz qəpik) manat komisyon haqqı borcu olmaqla, cəmi 141,53 (bir yüz qırx bir manat, əlli üç qəpik) manat məbləğində borc tutularaq iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 vasitəsilə 22 fevral 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu və 0,40 (sıfır manat, qırx qəpik) manat bank xidmət haqqı, cəmi 30,40 (otuz manat, qırx qəpik) manat məhkəmə xərcləri Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar