Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-67/2023 10.02.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik-iddiaya dair ərizəsinə, ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 28 iyun 2021-ci il tarixli, İK 2806/10 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 802,61 (səkkiz yüz iki manat, altmış bir qəpik) manat əsas və 139,49 (bir yüz otuz doqquz manat, qırx doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 942,10 (doqquz yüz qırx iki manat, on qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq borcalanın "xxxx" ASC-də olan bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 09 fevral 2023-cü il tarixdə “Elektron Məhkəmə” Sistemi vasitəsilə Şahbuz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddia təşkilata geri qaytarılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-2 maddəsinə görə kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsinin geri qaytarılması ilə bağlı tətbiq edilməli olan prosessual hüquq normaları ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində isə kiçik iddialara dair işlərdə ərizənin geri qaytarılması ilə bağlı konkret hüquq norması nəzərdə tutulmadığından bununla əlaqədar olaraq məhkəmə həmin Məcəllənin 13.4-cü maddəsini rəhbər tutub, analoji münasibətləri tənzimləyən hüquq normasına istinad etməyi zəruri hesab edir. Yəni həmin maddənin tələbinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Hazırki mülki iş ilə əlaqədar isə məhkəmə hesab edir ki, həmin Məcəllənin 259-cu maddəsi, yəni ərizənin baxılmamış saxlanılaraq, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını nizamlayan hüquq normaları tətbiq olunmalıdır. Həmin maddədə, daha dəqiq ifadə etsək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində baxılmamış saxlanılmasının əsaslarından biri iddia ərizəsinin qaytarılması barəsində ərizənin verilməsidir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçı təşkilata geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 vasitəsi ilə xx.xx.2023-cü il tarixdə, ********** nömrəli mədaxil qəbz ilə ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu iddiaçı təşkilata qaytarılmalıdır. Yekunda məhkəmə onu da qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından iddia ərizəsi və ona əlavə edilən sənədlərin iddiaçı təşkilata geri qaytarılmasına zərurət yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 vasitəsi ilə xx.xx.2023-cü il tarixdə, ********** nömrəli mədaxil qəbz ilə ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu iddiaçı təşkilata qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-67/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-67/2023
10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver