Məhkəmə qərarları › İş №e-2(090)-72/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-72/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-72/2021 06.05.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “12” aprel 2021-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək “16” yanvar 2019-cu il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə “04” fevral 2021-ci il tarixə 208 (iki yüz səkkiz) manat əsas borc, 62 (altmış iki) manat cərimə borcu olmaqla, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində borcunun, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, onunla cavabdeh arasında bağlanmış “16” yanvar 2019-cu il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “İndesit” markalı paltaryuyana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 35 manat olmaqla, cəmi 629 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 12 mart 2020-ci il tarixində 35 manat ödəniş etmiş və qalıq qalmış 208 manat borcu qaytarmamışdı. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bununla da 11 avqust 2020-ci il tarixdən 04 fevral 2021-ci il tarixədək 30 təqvim günü üçün qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 62 manat təşkil edir. Beləliklə, Cavabdeh 04 fevral 2021-ci il tarixə İddiaçınə olan əsas borcu 208 manat, cərimə borcu 62 manat olmaqla, ümumilikdə 270 manat təşkil etmişdir. Məhkəmə iddiaçı təşkilat İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh İddiaçındən kodu YSE 2270Z WB UA(********************3368) olan “İndesit” markalı paltaryuyan almış, müqavilənin şərtlərinə görə, İddiaçı tərəfindən Cavabdeh həmin müqavilə üzrə əşya xidməti göstərilmiş, Cavabdeh isə həmin müqaviləsi üzrə istifadə etdiyi əşyaların pulunu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə İddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərin ödənilməsini gecikdirmiş və İddiaçınə olan borcunu ödəməmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş “16” yanvar 2019-cu il tarixli, ********* nömrəli alqı satqı müqaviləsindən görünür ki, İddiaçı və Cavabdeh arasında “İndesit” markalı paltaryuyan olan əşyanın nisyə alqı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1-ci bəndinə görə satıcının 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı (məhsulları, əmlakları) alıcıya müəyyən müddətə nisyə satılaraq verməsi, alıcının isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakın qəbul etməsi, habelə borcunu satıcıya ödənilməsinə dair pul öhdəliyi müqavilənin predmetidir. Müqavilənin 3.1, 3.1.2, 3.2 və 3.2.5-ci bəndlərinə əsasən satıcı alıcıya nisyə satılan malı yoxlayıb təhvil verməyi, alıcı isə nisyə alınan malı yoxlayıb qəbul etməyi öz öhdəsinə götürür; Müqavilənin 3.3.1-ci maddəsinə görə satıcının alıcı bu müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda müqavilənin vaxtından əvvəl ləğv edilməsinin və alıcının müqavilə üzrə satıcıya olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Qeyd edilən müqavilənin 4.3 və 4.4-cü bəndləri ilə müəyyən edilir ki, həmin müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunur. Alıcı borc məbləğinin geri qaytarılması ilə əlaqədar yarana biləcək bütün məhkəmə və digər xərcləri ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə görə isə müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. İddia ərizəsinə əlavə edilmiş “16” yanvar 2019-cu il tarixli, ********* nömrəli müqaviləyə 1 nömrəli Əlavədən aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilələrdə qeyd edilən əşyanı cavabdehə vermişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən ona göndərilmiş xəbərdarlıq və 102488 nömrəli yol qaiməsindən onun müqavilədən irəli gələn öhdəliyi icra etməməsi müəyyən olunur. Qeyd edilənlərdən cavabdehin müqavilədən irəli gələn öhdəliyini icra etməməsi öz təsdiqini tapır. Həmçinin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh “16” fevral 2019-cu ildən başlamaqla İddiaçınə 16 iyun 2020-ci il tarixədək hər ay 35 (otuz beş) manat və sonuncu ay isə, yəni 2021-ci ilin iyul ayının 16-dək 34 (otuz dörd manat) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş “04” fevral 2021-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh həmin tarixə İddiaçınə “16” yanvar 2019-cu il tarixli müqaviləsinə əsasən, kodu YSE 2270Z WB UA(********************3368) olan “İndesit” markalı paltaryuyan üçün 208 (iki yüz səkkiz) manat əsas borcu, 62 (altmış iki) manat cərimə borcu olmaqla, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin “13” oktyabr 2020-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. İddiaçı təşkilatın ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçındən aldığı əşyalar üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş cərimə borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İş materiallarından da göründüyü kimi Cavabdeh alqı-satqı müqaviləsinə əsasən İddiaçındən 629 (altı yüz iyirmi doqquz) manat məbləğində “İndesit” markalı paltaryuyan almış və imzaladığı müqaviləyə əsasən həmin məbləği və hesablanmış faiz məbləğini İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək Cavabdeh “16” yanvar 2019-cu il tarixli, ********* nömrəli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, kodu YSE 2270Z WB UA(********************3368) olan “İndesit” markalı paltaryuyan üçün 208 (iki yüz səkkiz) manat əsas, 62 (altmış iki) manat cərimə borcu olmaqla, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində borc tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı MMC tərəfindən X2 vasitəsilə “05” aprel 2021-ci il tarixli, ********* nömrəli qəbz ilə ödənilmiş 20 (iyirmi) manat miqdarında dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı, cəmi 20.40 (iyirmi manat, 40 qəpik) manat məhkəmə xərcləri Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “16” yanvar 2019-cu il tarixli, ********* nömrəli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, kodu YSE 2270Z WB UA(********************3368) olan “İndesit” markalı paltaryuyan üçün 208 (iki yüz səkkiz) manat əsas, 62 (altmış iki) manat cərimə borcu olmaqla, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində borc tutularaq İddiaçınə ödənilsin. İddiaçı MMC tərəfindən X2 vasitəsilə “05” aprel 2021-ci il tarixli, ********* nömrəli qəbz ilə ödənilmiş 20 (iyirmi) manat miqdarında dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı, cəmi 20.40 (iyirmi manat, 40 qəpik) manat məhkəmə xərcləri Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar