Məhkəmə qərarları › İş №e-2(090)-77/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-77/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-77/2023 12.04.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 02 oktyabr 2021-ci il tarixli, AA 01/028 nömrəli, 05 oktyabr 2021-ci il tarixli, AA 01/033 nömrəli və 07 oktyabr 2021-ci il tarixli, AA 01/038 nömrəli nisyə alqı-satqı müqavilələri üzrə 3.941 (üç min doqquz yüz qırx bir) manat məbləğində borcun və ödənilmiş 59,41 (əlli doqquz manat, qırx bir qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahatında bildirdi ki, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AA 01/028 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə Cavabdeh ilkin ödəniş 1.900 (bir min doqquz yüz) manat olmaqla 1 ay müddətində aylıq ödəniş 1.135 manat olmaq şərti ilə “İphone 13 Pro 128 GB Sierra Blue” markalı mobil telefon satmış, cavabdeh müqavilə üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh ilkin ödəniş kimi nəzərdə tutulmuş 1.900 manat məbləğində vəsaiti ödədikdən sonra müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı ilə müqavilənin predmeti olan daşınar əşyanı mülkiyyətinə qəbul etmişdir. Buna baxmayaraq ödəniş cədvəlinə uyğun olaraq 1 ay müddətində 1 ay 1.135 manat ödəməli olduğu halda aylar üzrə heç bir ödəniş etməmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AA 01/033 saylı nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə Cavabdeh ilkin ödəniş 50 (əlli manat) manat olmaqla 6 ay müddətində aylıq ödəniş 51 manat olmaq şərti ilə “Samsung Galaxy A12 32 GB Black” markalı mobil telefon satılmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh ilkin ödəniş kimi nəzərdə tutulmuş 50 manat məbləğində vəsaiti ödədikdən sonra müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı ilə müqavilənin predmeti olan daşınar əşyanı mülkiyyətinə qəbul etmişdir. Buna baxmayaraq ödəniş cədvəlinə uyğun olaraq 6 ay müddətində hər ay 51 manat ödəməli olduğu halda aylar üzrə heç bir ödəniş etməmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AA 01/038 saylı nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə Cavabdeh ilkin ödəniş 950 (doqquz yüz əlli) manat olmaqla 9 ay müddətində aylıq ödəniş 300 manat olmaq şərti ilə “İphone 13 Pro 256 GB GB Graphite” markalı mobil telefon satılmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh ilkin ödəniş kimi nəzərdə tutulmuş 950 manat məbləğində vəsaiti ödədikdən sonra müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı ilə müqavilənin predmeti olan daşınar əşyanı mülkiyyətinə qəbul etmişdir. Buna baxmayaraq ödəniş cədvəlinə uyğun olaraq 9 ay müddətində hər ay 300 manat ödəməli olduğu halda aylar üzrə heç bir ödəniş etməmişdir. Hər üç nisyə alqı-satqı müqaviləsi üzrə ümumi məbləğ 4.141 (dörd min bir yüz qırx bir) manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, onlar tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Sonda İddiaçı göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iş materiallarında olan 02 oktyabr 2021-ci il tarixli, AA 01/028 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında İMEİ kodu **********24474/**********95892 olan “İphone 13” Pro 128GB Sierra Blue markalı telefon olan əşyanın alğı-satqısına dair müqavilə imzalanmışdır. İş materiallarında olan 02 oktyabr 2021-ci il tarixli ödəniş cədvəlinə əsasən bu ödəniş cədvəli 02 oktyabr 2021-ci il tarixli, AA 01/028 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, 2 gün güzəşt müddəti nəzərə alınaraq növbəti gecikdirilən hər təqvim gününə hesablanmış ümumi qalıq borcunun 0.2%-i qədər peniya tələb olunacaq və həmin peniyanın ödənişi müştəri tərəfindən mübahisəsiz olaraq yerinə yetiriləcəkdir. Müştəri ödəniş cədvəlinin tələblərini 1 aydan artıq müddətdə yerinə yetirmədikdə malı geri qaytarır, bu zaman mal “MobiKredi”-nin özü tərəfindən qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çıxılır. İş materiallarında olan müqaviləyə edilmiş 1 saylı Əlavədən isə aydın olur ki, Cavabdeh “MobiKredi Telecom”-dan aldığı qarşılıqlı razılaşma əsasında dəyərini hissə-hissə ödəmək üçün nəzərdə tutulmuş İMEİ kodu **********24474/**********95892 olan “İphone 13” Pro 128GB Sierra Blue markalı mobil cihazı borcu yarandığı təqdirdə “MobiKredi Telecom” tərəfindən bu mobil cihazın İMEİ nömrəsini deaktiv edilməsinə (bağlanmasına) və vahid şəbəkədə riskli müştəri siyahısına salınmağına etirazının olmadığı qeyd olunur. İş materiallarında olan 02 oktyabr 2021-ci il tarixli, AA 01/028 nömrəli müqavilə üzrə əşyanın təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********24474/**********95892 olan “İphone 13” Pro 128GB Sierra Blue markalı telefon olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarında olan 05 oktyabr 2021-ci il tarixli, AA 01/033 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında İMEİ kodu **********80185 olan “Samsung Galaxy” A12 32GB Black markalı telefon olan əşyanın alğısatqısına dair müqavilə imzalanmışdır. İş materiallarında olan 05 oktyabr 2021-ci il tarixli ödəniş cədvəlinə əsasən bu ödəniş cədvəli 05 oktyabr 2021-ci il tarixli, AA 01/033 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, 2 gün güzəşt müddəti nəzərə alınaraq növbəti gecikdirilən hər təqvim gününə hesablanmış ümumi qalıq borcunun 0.2%-i qədər peniya tələb olunacaq və həmin peniyanın ödənişi müştəri tərəfindən mübahisəsiz olaraq yerinə yetiriləcəkdir. Müştəri ödəniş cədvəlinin tələblərini 1 aydan artıq müddətdə yerinə yetirmədikdə malı geri qaytarır, bu zaman mal “MobiKredi”-nin özü tərəfindən qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çıxılır. İş materiallarında olan müqaviləyə edilmiş 1 saylı Əlavədən isə aydın olur ki, Cavabdeh “MobiKredi Telecom”-dan aldığı qarşılıqlı razılaşma əsasında dəyərini hissə-hissə ödəmək üçün nəzərdə tutulmuş İMEİ kodu **********80185 olan “Samsung Galaxy” A12 32GB Black markalı mobil cihazı borcu yarandığı təqdirdə “MobiKredi Telecom” tərəfindən bu mobil cihazın İMEİ nömrəsini deaktiv edilməsinə (bağlanmasına) və vahid şəbəkədə riskli müştəri siyahısına salınmağına etirazının olmadığı qeyd olunur. İş materiallarında olan 05 oktyabr 2021-ci il tarixli, AA 01/033 nömrəli müqavilə üzrə əşyanın təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********80185 olan “Samsung Galaxy” A12 32GB Black markalı telefon olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarında olan 07 oktyabr 2021-ci il tarixli, AA 01/038 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında İMEİ kodu **********56865/**********43436 “İphone” 13 Pro 256GB Graphite markalı telefon olan əşyanın alğı-satqısına dair müqavilə imzalanmışdır. İş materiallarında olan 07 oktyabr 2021-ci il tarixli ödəniş cədvəlinə əsasən bu ödəniş cədvəli 07 oktyabr 2021-ci il tarixli, AA 01/038 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, 2 gün güzəşt müddəti nəzərə alınaraq növbəti gecikdirilən hər təqvim gününə hesablanmış ümumi qalıq borcunun 0.2%-i qədər peniya tələb olunacaq və həmin peniyanın ödənişi müştəri tərəfindən mübahisəsiz olaraq yerinə yetiriləcəkdir. Müştəri ödəniş cədvəlinin tələblərini 1 aydan artıq müddətdə yerinə yetirmədikdə malı geri qaytarır, bu zaman mal “MobiKredi”-nin özü tərəfindən qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çıxılır. İş materiallarında olan müqaviləyə edilmiş 1 saylı Əlavədən isə aydın olur ki, Cavabdeh “MobiKredi Telecom”-dan aldığı qarşılıqlı razılaşma əsasında dəyərini hissə-hissə ödəmək üçün nəzərdə tutulmuş İMEİ kodu **********56865/**********43436 olan “İphone” 13 Pro 256GB Graphite markalı mobil cihazı borcu yarandığı təqdirdə “MobiKredi Telecom” tərəfindən bu mobil cihazın İMEİ nömrəsini deaktiv edilməsinə (bağlanmasına) və vahid şəbəkədə riskli müştəri siyahısına salınmağına etirazının olmadığı qeyd olunur. İş materiallarında olan 07 oktyabr 2021-ci il tarixli, AA 01/038 nömrəli müqavilə üzrə əşyanın təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********56865/**********43436 “İphone” 13 Pro 256GB Graphite markalı telefon olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Cavabdeh borcun ödənilməsi ilə bağlı 29 dekabr 2022-ci il tarixli pretenziya məktubu göndərilməsinə baxmayaraq borclu müqavilənin şərtlərini yerinə yetirməmişdir. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. İş materiallarından da göründüyü kimi Cavabdeh müqavilələrə əsasən İddiaçı 02 oktyabr 2021-ci il tarixli, AA 01/028 nömrəli müqaviləyə əsasən 3.035 (üç min otuz beş) manat məbləğində İMEİ kodu **********24474/**********95892 olan “İphone 13” Pro 128GB Sierra Blue markalı telefon, 05 oktyabr 2021-ci il tarixli, AA 01/033 nömrəli müqaviləyə əsasən 356 (üç yüz əlli altı) manat məbləğində İMEİ kodu **********80185 olan “Samsung Galaxy” A12 32GB Black markalı telefon və 07 oktyabr 2021-ci il tarixli, AA 01/038 nömrəli müqaviləyə əsasən 3.650 (üç min altı yüz əlli) manat məbləğində İMEİ kodu **********56865/**********43436 “İphone” 13 Pro 256GB Graphite markalı telefon almış və imzaladığı müqavilələrə əsasən həmin məbləğləri İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, Cavabdeh 3.941 (üç min doqquz yüz qırx bir) manat məbləğində borc tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Həmin Məcəllənin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən ödənilmiş 59,41 (əlli doqquz manat, qırx bir qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3.941 (üç min doqquz yüz qırx bir) manat məbləğində borc tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 59,41 (əlli doqquz manat, qırx bir qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar