Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-89/2023 21.02.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 Müseyib oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə, ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : İddiaçılar İddiaçı1 və İddiaçı2 Müseyib oğlunun vəkili və nümayəndəsi Nümayəndə 21 fevral 2023-cü ildə elektron iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli hökmü ilə məhkum Cavabdeh cinayət işi üzrə zərərçəkmişlər İddiaçı1 dəymiş 9.200 (doqquz min iki yüz) manat və İddiaçı2 Müseyib oğluna dəymiş 6.300 (altı min üç yüz) manat məbləğində pul məbləğlərinin tutularaq zərərçəkmişlərə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, aşağıda göstərilənlərə görə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılmalıdır. İş materiallarını nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Müseyib oğlunun vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə göndərdiyi iddia ərizəsində dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə qeyd edilən qanunun 8.1.3-cü maddəsinin tələbinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. İddia ərizəsinə İddiaçı1 tərəfindən "xxxx" ASC-nin İmişli filialı vasitəsi ilə 19 yanvar 2023-cü il tarixli, (GPP qəbz nömrəsi **********) nömrəli qəbz və İddiaçı2 Müseyib oğlu tərəfindən "xxxx" ASC-nin Beyləqan filialı vasitəsi ilə 23 yanvar 2023-cü il tarixli, (GPP qəbz nömrəsi **********) nömrəli qəbz əlavə edilsə də həmin qəbzlər elektron sistemdə artıq istifadə edilmiş və qəbzlərin təyinatı Şahbuz Rayon Məhkəməsi deyil, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi göstərilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi verilən zaman qanunla nəzərdə tutulmuş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilən zaman qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.5ci maddələrinə müvafiq olaraq, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda iddiaçıların diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıların irəli sürdüyü tələblər bir-biri ilə əlaqəli olmayan tələblərdir, həmin tələblərinin əsasını cinayət işi üzrə çıxarılmış məhkəmə hökmü təşkil etsə də, tələbin əsaslandığı faktlar və hallar fərqlidir. Həmçinin iş materiallarında olan qəbzlərdən iddiaçılar İddiaçı1 və İddiaçı2 Müseyib oğlu tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödədikləri dövlət rüsumunu da ayrı-ayrılıq hər bir tələb üzrə İddiaçı1 tərəfindən 9.200 manat tələb üzrə 112 manat, İddiaçı2 Müseyib oğlu isə 6.300 manat tələb üzrə 83 manat ödəmələri müəyyən olunur. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Müseyib oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 Müseyib oğluna izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yekunda məhkəmə onu da qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Müseyib oğlunun vəkili və nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından iddia ərizəsi və ona əlavə edilən sənədlərin iddiaçılara geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçılar İddiaçı1 və İddiaçı2 Müseyib oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçılar İddiaçı1 və İddiaçı2 Müseyib oğluna geri qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 Müseyib oğluna izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-89/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-89/2023
21.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver