Məhkəmə qərarları › İş №e-2(090)-91/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-91/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-91/2023 10.04.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 09 oktyabr 2020-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 3.843,45 (üç min səkkiz yüz qırx üç manat, qırx beş qəpik) manat əsas və 434,02 (dörd yüz otuz dörd manat, sıfır iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4.277,47 (dörd min iki yüz yetmiş yeddi manat, qırx yeddi qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 62,77 (altmış iki manat, yetmiş yeddi qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq borcalanın "xxxx" ASC-də olan bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı tərəfindən Cavabdeh2 tərəflər arasında bağlanmış 09 oktyabr 2020-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 5.000 (beş min) manat məbləğində kredit verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi üçtərəfli 09 oktyabr 2020-ci il tarixli, ZM 1001358/20618 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən onlar tərəfindən borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış, borcalan və zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. Cavabdeh2 tərəflər arasında bağlanmış 09 oktyabr 2020-ci il tarixli, İK ******* saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 3.843,45 (üç min səkkiz yüz qırx üç manat, qırx beş qəpik) manat əsas, 434,02 (dörd yüz otuz dörd manat, sıfır iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4.277,47 (dörd min iki yüz yetmiş yeddi manat, qırx yeddi qəpik) manat kredit borcu öhdəliyi var. Məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsini və ona əlavə edilmiş sənədlərini nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 09 oktyabr 2020-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin predmeti adlanan 1-ci fəslinə görə bank borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə 5.000 (beş min) manat məbləğində illik 17% (on yeddi) dərəcəsi ilə istehlak kreditinin verilməsini, borcalan isə bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür. Öhdəliyin icrası borcalanın aylıq gəlirləri hesabına həyata keçiriləcəkdir. Öhdəliyin icrası təminatı zamin, borcalan və bank arasında bağlanan zaminlik müqaviləsi olacaqdır. Müqavilənin 2.3-cü maddəsinə əsasən kredit məbləği borcalana illik 17% dərəcəsi ilə verilir. Faizlər annuitet qaydada hesablanır, nəticədə kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 18.56 %-dir. Müqavilənin 2.10-cu maddəsinə görə gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir. Müqavilənin 5.2-ci bəndinə görə bank, borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Müqavilənin 8.2-ci maddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalacaqdır. İş materiallarına əlavə edilmiş 09 oktyabr 2020-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh2 09 oktyabr 2020-ci il tarixdən başlamaqla iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 09 sentyabr 2023-cü il tarixədək hər ay 178,26 (bir yüz yetmiş səkkiz manat, iyirmi altı qəpik) manat və sonuncu ay isə, yəni 2023-cü il oktyabr ayının 09dək 178,46 (bir yüz yetmiş səkkiz manat, qırx altı qəpik) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 09 oktyabr 2020-ci il tarixli, 2808 nömrəli xəzinə məxaric orderinin surətindən məlum olur ki, iş üzrə Cavabdeh2 4.955 (dörd min doqquz yüz əlli beş) manat məbləğində pulu iddiaçı təşkilatdan həmin tarixdə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş 09 oktyabr 2020-ci il tarixli, ZM 1001358/20618 nömrəli zaminlik müqaviləsindən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında qeyd olunan zaminlik müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə görə 09 oktyabr 2020-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsi əsasında borcalana veriləcək 5.000 (beş min) manat məbləğində kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 3.1-ci bəndi ilə müəyyən edilir ki, zamin bank qarşısında borcalanın 09 oktyabr 2020-ci il tarixində bağlanmış kredit müqaviləsi üzrə banka olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. Həmin Müqavilənin 6.1-ci bəndinə görə bu müqavilənin qüvvədə olma müddəti borcalan 09 oktyabr 2020-ci il tarixində bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərinin bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 banka olan kredit borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı 06 dekabr 2022-ci il tarixli, 04/2350 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 10 fevral 2023-cü il tarixli, 327 nömrəli arayışdan məlum olur ki, Cavabdeh2 09 oktyabr 2020-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsi üzrə illik 17% dərəcəsi ilə 36 ay müddətinə 5.000 (beş min) manat məbləğində kredit verilmiş və onun müqavilə üzrə 3.843,45 (üç min səkkiz yüz qırx üç manat, qırx beş qəpik) manat əsas və 434,02 (dörd yüz otuz dörd manat, sıfır iki qəpik) manat faiz borcu olmaqla, cəmi 4.277,47 (dörd min iki yüz yetmiş yeddi manat, qırx yeddi qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə Cavabdeh2 Şahbuz rayonu, Aşağı Qışlaq kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə Cavabdeh1 Babək rayonu, Didivar kəndində qeydiyyatdadır. İddiaçı təşkilatın ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh2 istifadə etdiyi kredit üzrə kreditin qalıq məbləğinin, hesablanmış faizlərin iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 449.1-ci maddəsinin məzmununa əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir; 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı cavabdehə faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh2 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmişlər və buna görə də cavabdehlərin kredit müqaviləsi üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 09 oktyabr 2020-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsi üzrə 3.843,45 (üç min səkkiz yüz qırx üç manat, qırx beş qəpik) manat əsas və 434,02 (dörd yüz otuz dörd manat, sıfır iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4.277,47 (dörd min iki yüz yetmiş yeddi manat, qırx yeddi qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 62,77 (altmış iki manat, yetmiş yeddi qəpik) manat miqdarında dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 09 oktyabr 2020-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsi üzrə 3.843,45 (üç min səkkiz yüz qırx üç manat, qırx beş qəpik) manat əsas və 434,02 (dörd yüz otuz dörd manat, sıfır iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4.277,47 (dörd min iki yüz yetmiş yeddi manat, qırx yeddi qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 62,77 (altmış iki manat, yetmiş yeddi qəpik) manat miqdarında dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar