Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-94/2023 27.03.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1.414,70 (bir min dörd yüz on dörd manat, yetmiş qəpik) manat əsas, 90 (doxsan) manat faiz və 46,86 (qırx altı manat, səksən altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1.551,56 (bir min beş yüz əlli bir manat, əlli altı qəpik) manat kredit borcunun və dövlət büdcəsinə köçürülmüş 35,51 (otuz beş manat, əlli bir qəpik) manat dövlət rüsumunun tutularaq “X2 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-cü il ildə “X2 Azərbaycan” QSC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 3.000 manat məbləğində pul ayrılmışdır və о, 36 ay müddətində kreditin əsas məbləği və оna illik 15% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. “X2 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X2 Azərbaycan” QSC-yə оlan bоrcu əsas məbləğ üzrə 1.414,7 manat, faiz borcu 90 manat, cərimə borcu 46,86 manat, cəmi borcu isə 1.551,56 manat təşkil edir. Məhkəmə iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin iddia ərizəsini və ona əlavə edilmiş sənədlərini nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 17 noyabr 2020-ci il tarixli, 270596 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin 1.1-2-ci bəndlərinə görə bu müqavilənin predmetinə və s. dair şərtlər müqavilənin müvafiq hissələrindəki müddəalarla tənzimlənir. Borcverən borcaİana bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə istehlak yönümlü kredit verir, borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmasını öhdəsinə götürür. Kreditin məbləği 3.000 (üç min) manat təşkil edir. Kredit borcalana 36 ay müddətinə və istifadəsinə görə illik 15% dərəcəsini ödəmək şərti ilə verilir. Faizlər kreditin borcalana verildiyi gündən hesablanır və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən kreditin qaytarılma cədvəlində müəyyən edilmiş qaydada və məbləğlərdə ödənilir. Kredit üzrə faizlər bu müqavilənin şərtlərinə əsasən kredit borcalana verildiyi gündən borcun tam qaytarılması anınadək hesablanır. Kredit məbləği borcalana “X2 Azərbaycan” QSC-də açdığı müvafiq cari hesaba köçürülməklə verilir. Borcalan borcverənə kredit reyestri üzrə 0 (sıfir) manat məbləğində komisyon haqqını ödəyir. Borcalan borcverənə nağd çəkdiyi kredit məbləğinin 0.00 məbləğində nağd çəkmə və 1.50 % miqdarında kredit verilmə üzrə komisyon haqqını ödəyir və ya borcverən borcalana verilən kredit məbləğinin 1.50 % miqdarında komisyon haqqını borcalanın hesabından tutur. Kredit üzrə faktiki illik faiz dərəcəsi (komisyon xərclər daxil olmaqla) 16.09 faiz təşkil edir. Bu müqavilə üzrə alınmış kredit borcalan tərəfindən fərdi ehtiyac (məqsəd və təyinat) üçün istifadə ediləcəkdir. Borcalan götürdüyü krediti təyinatı üzrə istifadə edə bilmədiyi təqdirdə, bu barədə borcverənə məlumat verməklə kreditin əsas məbləğini və ona hesablanmış faizləri dərhal borcverənə qaytarmalıdır. Bu halda borcverən bu müqavilə ilə müəyyən olunmuş kredit müddəti üçün tam faiz məbləğini tələb etmək hüququnu özündə saxlayır. Müqavilənin 4.1-ci bəndinə görə borcalan aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və/və ya şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40% miqdarında cərimə ödəyir. Müqavilənin 5.2-ci bəndinə əsasən kreditor, borcalan tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə, kredit və ona hesablanmış faiz borcunu, o cümlədən kredit üzrə gecikdirilmiş və/və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hesablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hesablanan cərimə məbləğlərini, kreditin geri qaytarılması ilə bağlı çəkdiyi/çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmət ilə bağlı çəkdiyi/çəkməli olduğu) bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini borcalandan tələb etmək hüququna malikdir. Müqavilənin 8-ci bəndinə görə müqavilə imzalandığı gündən qüvvəyə minir və borcalan tərəfindən öhdəlikləri tam yerinə yetirilənədək qüvvədə olur. İş materiallarına olan 17 noyabr 2020-ci il tarixli, 270596 nömrəli kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh 17 noyabr 2020-ci il tarixdən başlamaqla iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə 17 fevral 2023-cü il tarixədək hər ay 104 (bir yüz dörd) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 19 noyabr 2020-ci il tarixli məxaric orderinin surətindən məlum olur ki, iş üzrə Cavabdeh 1.893 (bir min səkkiz yüz doxsan üç) manat məbləğində pulu iddiaçı təşkilatdan həmin tarixdə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Cavabdeh banka olan kredit borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı 15 noyabr 2022-ci il tarixli bildiriş-xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 21 fevral 2023-cü il tarixli maliyyə arayışından məlum olur ki, “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh (borcalan) arasında bağlanmış 17 noyabr 2020-ci il tarixli kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehə 3.000 (üç min) manat məbləğində kredit verilmiş və onun müqavilə üzrə 1.414,70 (bir min dörd yüz on dörd manat, yetmiş qəpik) manat əsas, 46,86 (qırx altı manat, səksən altı qəpik) manat cərimə və 90 (doxsan) manat faiz borcu olmaqla, cəmi 1.551,56 (bir min beş yüz əlli bir manat, əlli altı qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə Cavabdeh Şahbuz rayonu, Sələsüz kəndində qeydiyyatdadır. İddiaçı təşkilatın ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh istifadə etdiyi kredit üzrə kreditin qalıq məbləğinin, hesablanmış faizlərin iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 449.1-ci maddəsinin məzmununa əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir; Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı cavabdehə faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmişlər və buna görə də cavabdehin kredit müqaviləsi üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, Cavabdeh 17 noyabr 2020-ci il tarixli, 270596 nömrəli kredit müqaviləsi üzrə 1.414,70 (bir min dörd yüz on dörd manat, yetmiş qəpik) manat əsas, 46,86 (qırx altı manat, səksən altı qəpik) manat cərimə və 90 (doxsan) manat faiz borcu olmaqla, ümumilikdə 1.551,56 (bir min beş yüz əlli bir manat, əlli altı qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 35,51 (otuz beş manat, əlli bir qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 17 noyabr 2020-ci il tarixli, 270596 nömrəli kredit müqaviləsi üzrə 1.414,70 (bir min dörd yüz on dörd manat, yetmiş qəpik) manat əsas, 46,86 (qırx altı manat, səksən altı qəpik) manat cərimə və 90 (doxsan) manat faiz borcu olmaqla, ümumilikdə 1.551,56 (bir min beş yüz əlli bir manat, əlli altı qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 35,51 (otuz beş manat, əlli bir qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-94/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-94/2023
27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver