Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-138/2024 04.06.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi Cabbarova Jalə Surxay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil ilə, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh torpağın alınması üçün ondan 30000,0 manat borca pul istəmişdir. O, xx.xx.2023-cü il tarixində cavabdehə hər ay 1000,0 manat qaytarmaq şərti ilə 30000,0 manat məbləğində borc vermişdir və bununla bağlı cavabdehdən təsdiqediciərizə almışdır. Cavabdeh götürdüyü öhdəlikləri yerinə yetirməmişdir və bu günə kimi heç bir ödəniş etməmişdir. Borcun qaytarılması barədə cavabdehə dəfələrlə müraciətlər olunmasına baxmayaraq kredit borcu qaytarılmamışdır. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh 30000,0 manat məbləğində borcun, vəkilə göstərilən hüquqi yardıma görə ödənilmiş 300,0 manat məbləğində xidmət haqqının və 180,0 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf edərək bildirdi ki, həqiqətən də iddiaçıdan 30000,0 manat borc pul almışdır. Problemləri olmuş və borcunu qaytara bilməmişdir. Vaxt edib iddiaçı ilə görüşüb danışacaq. Borcunu qaytaracaq. İddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında borcun qaytarılmasına dair sadə yazılı formada olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı aldığı 30000,0 manat məbləğində pulu borc götürmüşdür. Sözügedən məbləği hər ay (ayda 1000,0 manat olmaqla) qaytarmağı öhdəsinə götürmüşdür. Tərəfindən göstərilən məbləğ, yəni 30000,0 manat faizsiz olaraq borc verilib, bunu öz imzası ilə təsdiq edir. İş materiallarında olan, sadə yazılı formada olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh, sözügedən puldan (30000,0 manat) bir qəpik olsun ödəməmişdir. İş materiallarında olan, sadə yazılı formada olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı üç aylıq möhlət almışdır. Yəni üç aydan sonra, sözügedən borcu (30000,0 manat) qaytarmaq üçün ABB bankından pul götürəcək. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş, kredit üzrə tam borcun dərhal ödənilməsi tələb edilmişdir. İşin bütün araşdırılmış hallarından müəyyən edilir ki, 2023-cü ilin avqust ayının 11-də iddiaçı tərəfindən cavabdehə qaytarılması şərtilə 30000,0 pul verilmiş, həmin məbləğdən cavabdeh tərəfindən iddiaçıya hər-hansı vəsait qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borcun iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, borcun qaytarılmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia təmin edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, İddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi üçün 300,0 manat, məhkəməyə iddia ərizəsinin verilməsi üçün 180,0 manat dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000,0 manatdan 10000,0 manatadək olduqda 30,0 manat + 1000,0 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, hüquqi yardıma görə ödənilmiş 300,0 manat və 180,0 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 30000,0 manat borc, hüquqi yardımın göstərilməsi üçün 300,0 manat və ödənilmiş dövlət rüsumuna görə 180,0 manat tutularaq İddiaçına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 30000,0 manat borc, hüquqi yardımın göstərilməsi üçün 300,0 manat və ödənilmiş dövlət rüsumuna görə 180,0 manat, cəmi 30480,0 (otuz min dörd yüz səksən) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №e-2(094)-138/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-138/2024
04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver