Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-18/2024 23.01.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X10 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 (eyni zamanda digər Cavabdeh2 qanuni nümayəndəsi) və Cavabdeh2 qarşı "ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması" tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə X7 arasında bağlanmış xx.xx.2019-cü il tarixli 118645-CNS-3830/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 5164,97 manat məbləğində əsas borc, 40,60 manat məbləğində faiz borcu, ümumilikdə 5205,57 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 72,06 manat dövlət rüsumunun qanun üzrə vərəsəsi Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X7 arasında kredit müqaviləsi bağlanmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən,müqavilə üzrə kredit borcu xx.xx.2019-cu il tarixdə restrukturizasiya olunmuşdur. Müqaviləyə əsasən kredit məbləği 9431,45 manat illik 1% (bir faiz) dərəcəsi ilə 60 (altmış) ay müddətinə verilmişdir (uzadılmışdır). Kredit alan X7 xx.xx.2022ci ildə tarixdə sol mədəcik çatmamazlığından vəfat etmişdir. X2 xx.xx.2019-cuil tarixli 118645- CNS-3830/1 saylı kredit müqaviləsi üzrə Banka ümumilikdə 5205,57 manat məbləğində borcu qalmışdır. Bakı şəhəri 25 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli X/O 361/23 saylı məktubuna əsasən X5 ölümü ilə əlaqədar vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri – Cavabdeh1 (xx.xx.1970) və Cavabdeh2 (xx.xx.2008) xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinin tələbinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Tərəfimizdən cavabdehlərə pretenziya qaydasında müraciət olunmuşdur. Əlavə olaraq, burada qeyd edilməlidir ki, hazırda Cavabdeh2 15 yaşı var, və mülkü qanunvericiliyə əsasən məhdud fəaliyyət qabiliyyətlidir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək İddiaçı ASC ilə X7 arasında bağlanmış xx.xx.2019-cü il tarixli 118645-CNS-3830/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 5164,97 manat məbləğində əsas borc, 40,60 manat məbləğində faiz borcu, ümumilikdə 5205,57 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 72,06 manat dövlət rüsumunun qanun üzrə vərəsələr Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda digər Cavabdeh2 qanuni nümayəndəsi olan Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həqiqətən də mərhum həyat yoldaşı X7 iddiaçı bankdan kredit götürmüşdür. Lakin mərhumdan onlara qalan miras pul dəfn xərclərinə sərf olunmuşdur. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə prosesinin iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə X7 arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunmuş, kredit məbləği 9431,45 manat illik 1% (bir faiz) dərəcəsi ilə 60 ay müddətinə verilmişdir (uzadılmışdır). İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçı Banka 9431,45 manat əsas borc, 288,21 manat faiz borcu olmaqla, cəmi 9719,66 manat borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli olan maliyyə arayışından görünür ki, X5 banka 5164,97 manat əsas borc, 40,60 manat faiz borcu, cəmi 5205,57 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə kredit borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixində ölmüşdür. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 25 saylı notariat kontoru tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2022-ci il tarixdə ölmüş X5 vərəsələri Cavabdeh1 və Cavabdeh2dur və miras əmlak 9479,38 manat pul məbləğindən ibarətdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, “Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən onun kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunmuş, kredit məbləği 9431,45 manat illik 1% (bir faiz) dərəcəsi ilə 60 ay müddətinə verilmişdir (uzadılmışdır). Lakin borclu şəxs X7 öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə borclunun banka ümumilikdə 5164,97 manat əsas borc, 40,60 manat faiz borcu, cəmi 5205,57 manat məbləğində borcu qalmışdır. X3 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, Cavabdeh1 və Cavabdeh2 vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilməsi üçün vərəsəlik işi açılmışdır. Cavabdeh1 və Cavabdeh2 X4 qalmış əmlakı miras kimi qəbul etmişdirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər qanun üzrə vərəsəsi qismində tanınmış X1 Lalə Əliheydər qızı və Cavabdeh2 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, na görə də məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, X7 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X7 öldüyündən, Cavabdeh1 və Cavabdeh2 onun vərəsəsi olduğundan və X4 miras qalmış əmlak vərəsəlik qaydasında mülkiyyət əldə etdiyindən bununla da, Cavabdeh1 və Cavabdeh2 borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan, iddia əsaslıdır. Buna görə də iddia təmin edilərək, kredit borcu Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 72,06 manat məbləğində dövlət rüsumunun alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh1 və Cavabdeh2 alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh1 və Cavabdeh2 müştərək alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 (eyni zamanda digər Cavabdeh2 qanuni nümayəndəsidir) və Cavabdeh2 5164,97 manat əsas borc, 40,60 manat faiz borcu, məhkəməyə müraciət etmək üçün ödənilmiş 72,06 manat dövlət rüsumu olmaqla, cəmi 5277,63 (beş min iki yüz yetmiş yeddi manat altmış üç qəpik) manat müştərək tutularaq “Bank VTB (Azərbaycan)" ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №e-2(094)-18/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-18/2024
23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver