Məhkəmə qərarları › İş №e-2(094)-26/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-26/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-26/2025 08.04.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh1 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etiş vərəsələrdən tutulması tələbi"nə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 1130,05 manat əsas, 27,22 anat faiz borcu olmaqla, cəmi 1157,27 manat borc, ödənilmiş 31,58 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdehlər qismində cəlb edilməsini, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 1130,05 manat əsas, 27,22 anat faiz borcu olmaqla, cəmi 1157,27 manat borc, ödənilmiş 31,58 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdehlər qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Heydərov Nəriman Abbas oğlu arasında xx.xx.2016-cı il tarixli, 00-xx-xx-052716 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Heydərov Nəriman Abbas oğluna 60 ay müddətinə illik 29 faiz ödəmək şərtilə 6422,0 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə "xxxx" ASC arasında imzalanmış “Kredit müqavilələri üzrə tələb hüququnun ötürülməsinə dair” müqaviləyə əsasən Heydərov Nəriman Abbas oğlunun "xxxx" ASC qarşısında olan kredit öhdəliyi mövcud olduğu həcmdə "xxxx" ASC-yə güzəşt edilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ №121250 saylı ölüm haqqında şəhadətnaməyə əsasən Heydərov Nəriman Abbas oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 25 saylı notariat ofisinin məlumatına əsasən Heydərov Nəriman Abbas oğlunun mirası qəbul etmiş vərəsəsinin Cavabdeh1 olduğu müəyyən edilmişdir. Bankın Səbail filialı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Heydərov Nəriman Abbas oğlunun xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 1130,05 manat əsas, 27,22 manat faiz borcu olmaqla, cəmi 1157,27 manat borcu qalmışdır. Cavabdeh mərhum Heydərov Nəriman Abbas oğlundan qalmış mirası qəbul etməyinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-31698/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək bildirdi ki, Heydərov Nəriman Abbas oğlu onun atasıdır. O və digər ailə üzvləri atasından miras qalan əmlaka vərəsədirlər. İddianın təmin edilməsinə etiraz etmədi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses tərəflərinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC ilə Heydərov Nəriman Abbas oğlu arasında xx.xx.2016-cı il tarixli № 00-xx-xx-052716 saylı kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən Heydərov Nəriman Abbas oğluna şəxsi məqsədlər üçün illik 29% hesablanması şərti ilə 60 ay müddətinə 6422,0 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Heydərov Nəriman Abbas oğlu xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçı Banka 6422,0 manat əsas borc, 5808,77 manat faiz borcu olmaqla, cəmi 12230,77 manat borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" ASC arasında xx.xx.2016-cı il tarixdə imzalanmış “Kredit Müqavilələri üzrə Tələb Hüquqlarının Ötürülməsinə dair” müqavilədən görünür ki, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nin Heydərov Nəriman Abbas oğluna qarşı olan tələ hüququ mövcud olduğu həcmdə "xxxx" ASC-yə güzəşt edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli olan maliyyə arayışından görünür ki, Heydərov Nəriman Abbas oğlunun banka 1130,05 manat əsas, 27,22 manat faiz borcu olmaqla, cəmi 1157,27 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdeh Heydərov Nəriman Abbas oğluna kredit borcunun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli bildiriş göndərilmişdir. İşin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Heydərov Nəriman Abbas oğlu xx.xx.2021-ci il tarixində ölmüşdür. İş materiallarında olan ünvan 1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Heydərov Nəriman Abbas oğluna daor “Elektron Notariat” Avtomatlaşdırılmış informasiya sistemində axtarış zamanı Bakı 7 saylı notariat ofisdə xx.xx.2021-ci il tarixli 8V-144 nömrəli reyestrlə təsdiq edilmiş açılmış vərəsəlik işi təsdiq edilmiş və vərəsəsi X1 təyin edilmişdir, lakin qanun üzrə vərəsəlik şəhadətnaməsi aşkar edilməmişdir. İş materiallarnda olan "xxxx" ASC tərəfindən Heydərov Nəriman Abbas oğluna ünvanlanmış xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, borclu Kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə qarşı mövcud olan borc öhdəliyini "xxxx" ASC qarşısında icra etməsi barədə bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri 7 Saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri 7 saylı Notariat ofisində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2021-ci il tarixli ərizələri əsasında xx.xx.2021-ci il tarixdə vəfat etmiş Heydərov Nəriman Abbas oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən ənzilə dair hər birinə ¼ hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakın ¼ hissəsi açıq saxlanılmışdır. Cavabdeh4 açıq saxlanılmış hissəyə dair vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə və onun miras qoyanla qohumluq münasibətini təsdiq edən sənəd təqdim olunduqdan sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəyini bildiirilmişdir. İşin materiallarında olan Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2021-ci il tarixdə ölmüş Heydərov Nəriman Abbas oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dır və miras əmlak Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, ev 57ünvanında yerləşən 2 saylı mənzildən ibarətdir. Onların hər birinin payı 1/4-dür. İşin materiallarında olan Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2021-ci il tarixdə ölmüş Heydərov Nəriman Abbas oğlunun vərəsəsi Cavabdeh4dur və miras əmlak Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, ev 57 ünvanında yerləşən 2 saylı mənzildən ibarətdir. Onun payı 1/4-dir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, “MuğanBank" Açıq Səhmdar Cəmiyyəti Heydərov Nəriman Abbas oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli № 00-xx-xx-052716 saylı kredit müqaviləsinə əsasən Heydərov Nəriman Abbas oğluna şəxsi məqsədlər üçün illik 29% hesablanması şərti ilə 60 ay müddətinə 6422,0 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Heydərov Nəriman Abbas oğlu öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə borclunun banka ödənilməmiş 1130,05 manat əsas, 27,22 manat faiz borcu olmaqla, cəmi 1157,27 manat borcu qalmışdır. X2 Abbas oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilməsi üçün vərəsəlik işi açılmışdır. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Heydərov Nəriman Abbas oğludan qalmış əmlakı miras kimi qəbul etmişdirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər Heydərov Nəriman Abbas oğlunun qanun üzrə vərəsəsi qismində tanınmış Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, ona görə də məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, Heydərov Nəriman Abbas oğlu müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Heydərov Nəriman Abbas oğlu öldüyündən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun vərəsəsi olduğundan və Heydərov Nəriman Abbas oğlundan miras qalmış əmlak vərəsəlik qaydasında mülkiyyət əldə etdiyindən bununla da, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan, iddia əsaslıdır. Buna görə də iddia təmin edilərək, kredit borcu Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 31,98 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən müştərək alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Heydərov Nəriman Abbas oğlunun vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 1130,05 manat əsas, 27,22 manat faiz borcu olmaqla, cəmi 1157,27 manat borc, ödənilmiş 31,58 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar