Məhkəmə qərarları › İş №e-2(094)-262/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-262/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-262/2024 24.09.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 18473.91 manat əsas, 1396.90 manat faiz, cəmi 19870.81 manat, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə 3566.73 manat əsas, 258.04 manat faiz, cəmi 3824.77 manat borcun həmçinin ərizəyə görə ödənilmiş 161.49 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 şəxsi (istehlak) məqsədləri üçün 48 ( qırx səkkiz) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 20000 (iyirmi min manat) manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını temin etmək məqsədilə xx.xx.2023-cü il tarixli 1155215/36523 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 Bank qarşısında öhdəlikləri tam yerinə yetiriənədək Cavabdeh1 ona zamin durmuşdur. Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə görə, Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zaminlər borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixinə əsas borcu 18473.91 (on səkkiz min dörd yüz yetmiş üç manat doxsan bir qəpik) manat, faiz borcu 1396.90 ( bir min üç yüz doxsan altı manat doxsan qəpik) manat cami 19870.81 (on doqquz min səkkiz yüz yetmiş manat səksən bir qəpik) manat təşkil edir. Həmçinin Cavabdeh2 şəxsi (istehlak) məqsədləri üçün 48 ( qırx səkkiz ) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 4000 (dörd min manat) manat məbləğində kredit verilmiş və bununla bağlı «X5» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh2 xx.xx.2024-cü il tarixinə əsas borcu 3566.73 (üç min beş yü altmış altı manat yetmiş üç qəpik) manat, faiz borcu 258.04 ( iki yüz alli səkkiz manat dörd qəpik) manat, cəmi 3824.77 (üç mi səkkiz yüz iyirmi dörd manat yetmiş yeddi qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh2 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdehlar, Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin xx.xx.2023-cü il tarixli ******* saylı Kredit Müqaviləsinə əsasən «X5» Açıq Səhmdar Cəmiyyətinə olan asas və ona hesablanmış faiz borcu 19870.81 (on doqquz min səkkiz yüz yetmiş manat səksən bir qəpik manat, xx.xx.2023-cü il tarixli ******* saylı Kredit Müqaviləsinə əsasən «X5» Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 3824.77 (üç min səkkiz yüz iyirmi dörd manat yetmiş yeddi qəpik) manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılması və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh2 illik 16,5 faiz ödəmək şərti ilə 48 ay müddətinə 20000,0 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh1 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 Banka 18473,91 manat əsas kredit borcu, 1396,90 manat kreditdən istifadəyə görə faiz borcu, cəmi 19870,81 manat borcu var. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, ******* saylı kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh2 illik 16,5 faiz ödəmək şərti ilə 48 ay müddətinə 4000,0 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 Banka 3566,73 manat əsas kredit borcu, 258,04 manat kreditdən istifadəyə görə faiz borcu, cəmi 3824,77 manat borcu var. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, ******* saylı kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbindən görünür ki, iddiaçı müqavilədən yaranmış borcu həm Fərzəliyev Elmir Qəhrəman oğlundan həm də zamin X1 birgə tələb edir. Məhkəmə hesab edir ki, iddia zaminə qarşı da təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş müddət qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsində zaminliyin müddətinin kredit müqaviləsindən irəli gələn öhdəliyin tam icra olunduğu günədək qüvvədə olması nəzərədə tutulmuşdur. Göründüyü kimi, kredit müqaviləsi hələ qüvvədədir. Odur ki, məhkəmə hesab edir ki, iddia zaminə qarşı da təmin edilməlidir. Kredit müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi üçün iddiaçı tərəfindən cavabdehlərə rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmiş, lakin buna baxmayaraq cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilməmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdehlər iddiaçı ilə aralarında bağlanmış müqavilələrin şərtlərini pozmuş, müqavilələr ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 161.49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000,0 manatdan 100.000,0 manatadək olduqda 120,0 manat + 10.000,0 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbindən görünür ki, dövlət rüsumu olaraq ödənilmiş 161.49 manatın cavabdehdən tutulması xahiş olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 161.49 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 18473.91 manat əsas, 1396.90 manat faiz, cəmi 19870.81 manat, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə 3566.73 manat əsas, 258.04 manat faiz, cəmi 3824.77 manat borc, həmçinin ərizəyə görə ödənilmiş 161.49 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 18473.91 manat əsas borc, 1396.90 manat faiz borcu olmaqla, cəmi 19870.81 (on doqquz min səkkiz yüz yetmiş (,81)) manat məbləğində pul vəsaiti, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh2 3566.73 manat əsas borc, 3566.73 manat faiz borcu olmaqla, cəmi 3824.77 (üç min səkkiz yüz iyirmi dörd (,77)) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 161.49 manat məbləği tutulsun. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar