Məhkəmə qərarları › İş №e-2(094)-276/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-276/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-276/2024 17.09.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 12321.50 manat məbləğində kredit borcunun və ödənilmiş 126.97 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh Fərzəliyev Çingiz Ömər oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********69 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 2500 manat məbləğində kredit verilmişdir. Bundan başqa "xxxx" ASC ilə cavabdeh Fərzəliyev Çingiz Ömər oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********11 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 30 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 12000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən borcalan Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 Ömər oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 5 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən Fərzəliyev Çingiz Ömər oğlunun vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 miras əmlakını qəbul etmiş və xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlakı xx.xx.2016-cı il tarixli AC667485 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən 1998ci il buraxılışlı Hyundai Galloper minik markalı ** LJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Maliyyə arayışına əsasən, Fərzəliyev Çingiz Ömər oğlundan kredit borcu üzrə Banka ödənilməmiş borcu – 765.53 manat əsas borcu olmaqla, cəmi 765.53 manat borcu qalmışdır. Maliyyə arayışına əsasən, Fərzəliyev Çingiz Ömər oğlundan kredit borcu üzrə Banka ödənilməmiş borcu – 11555.97 manat əsas borcu olmaqla, cəmi 11555.97 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 Fərzəliyev Çingiz Ömər oğlunun vərəsələri kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 borcun qaytarılması haqqında bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 12321.5 manat olduğundan, 126.97 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək bildirdi ki, Fərzəliyev Çingiz Ömər oğlu onun atasıdır. İddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək bildirdi ki, Fərzəliyev Çingiz Ömər oğlu onun atasıdır. İddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul edərək bildirdi ki, Fərzəliyev Çingiz Ömər oğlu onun yoldaşıdır. İddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul edərək bildirdi ki, Fərzəliyev Çingiz Ömər oğlu onun atasıdır. İddianın təmin edilməsinə etiraz etmədi. Cavabdeh5 məhkəməyə teleqram göndərərək işə iştirakı olmadan baxılmasını və yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC ilə Fərzəliyev Çingiz Ömər oğlu arasında xx.xx.2020-ci il tarixli BPM **********69 saylı tam kart çərçivə müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən Fərzəliyev Çingiz Ömər oğluna şəxsi istehlak məqsədləri üçün illik 24% hesablanması şərti ilə 36 ay müddətinə 2500,0 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Fərzəliyev Çingiz Ömər oğlunun banka 765.53 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC ilə Fərzəliyev Çingiz Ömər oğlu arasında xx.xx.2021-ci il tarixli BPM **********11 saylı kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən Fərzəliyev Çingiz Ömər oğluna şəxsi istehlak məqsədləri üçün illik 20% hesablanması şərti ilə 30 ay müddətinə 12000,0 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Fərzəliyev Çingiz Ömər oğlu xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Banka 12000,0 manat əsas borc, 3346,62 manat faiz borcu olmaqla, cəmi 15346,58 manat borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Fərzəliyev Çingiz Ömər oğlunun banka 11555.97 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə kredit borcunun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli bildiriş göndərilmişdir. İşin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Fərzəliyev Çingiz Ömər oğlu xx.xx.2021-ci il tarixində ölmüşdür. İşin materiallarında olan 5 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2021-ci il tarixdə ölmüş Fərzəliyev Çingiz Ömər oğlunun vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5dur və miras əmlak xx.xx.2016-cı il tarixli AC667485 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən 1998-ci il buraxılışlı Hyundai Galloper minik markalı ** LJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir ibarətdir. Onların hər birinin payı 1/5-dir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti ilə Fərzəliyev Çingiz Ömər oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM **********69 saylı “Tam kart çərçivə müqaviləsi”nə əsasən Fərzəliyev Çingiz Ömər oğluna şəxsi məqsədlər üçün illik 24% hesablanması şərti ilə 36 ay müddətinə 2500,0 manat məbləğində, xx.xx.2021-ci il tarixli BPM **********11 saylı kredit müqaviləsinə əsasən isə illik 20% hesablanması şərti ilə 30 ay müddətinə 12000,0 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Fərzəliyev Çingiz Ömər oğlu öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə borclunun banka ümumilikdə 12321.50 manat məbləğində borcu qalmışdır. X1 Ömər oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmiş, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilməsi üçün vərəsəlik işi açılmışdır. Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 Fərzəliyev Çingiz Ömər oğlundan qalmış əmlakı miras kimi qəbul etmişdirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər Fərzəliyev Çingiz Ömər oğlunun qanun üzrə vərəsəsi qismində tanınmış Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, ona görə də məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, Fərzəliyev Çingiz Ömər oğlu müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 onun vərəsəsi olduğundan və Fərzəliyev Çingiz Ömər oğludan miras qalmış əmlaka vərəsəlik qaydasında mülkiyyət əldə etdiklərindən, iddia əsaslıdır. Buna görə də iddia təmin edilərək, kredit borcu Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 126,97 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, kredit borcu Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 12321.50 manat əsas borc, məhkəməyə müraciət etmək üçün ödənilmiş 126,97 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 12448,87 (on iki min dörd yüz qırx səkkiz (,87)) manat müştərək qaydada tutularaq “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə (elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar