Məhkəmə qərarları › İş №e-2(094)-29/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-29/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-29/2024 27.02.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X15 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması tələbi"nə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və X2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 9671.58 manat məbləğində kredit borcunun və ödənilmiş 116.72 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh3 cavabdeh qismində cəlb edilməsini, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 9671.58 manat məbləğində kredit borcunun və ödənilmiş 116.72 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 cavabdeh qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********09 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 10000 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir Borclu X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 5 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X3 xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış, Cavabdeh1 və X5 xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlak Texniki İnventarlaşdırma və Mülkiyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə X4 verilmiş 30/02 qeydəalma nömrəsi ilə 96ÖZ nömrəli kitabın 14337-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 37.04 kv/m olan 3 otaqlı mənzilin ona aid olan payından ibarətdir. Maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş– 9671.58 manat əsas borcu qalmışdır. Cavabdehlər Cavabdeh1 və X7X3 vərəsələri kimi müəyyən olunmalarına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh1 və X5 borcun qaytarılması haqqında xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 9671.58 manat olduğundan, Bank tərəfindən 116.72 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək bildirdi ki, X6 onun anasıdır. O və digər bacıları da anasından miras qalan əmlaka vərəsədir. İddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək bildirdi ki, X6 onun anasıdır. O və digər bacıları da anasından miras qalan əmlaka vərəsədir. İddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul edərək bildirdi ki, X6 onun anasıdır. O və digər bacıları da anasından miras qalan əmlaka vərəsədir. İddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC ilə X6 arasında xx.xx.2020-ci il tarixli BPM **********09 saylı “tam kart çərçivə müqaviləsi” bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən X4 şəxsi məqsədlər üçün illik 24% hesablanması şərti ilə 48 ay müddətinə 10000,0 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdən xx.xx.2024cü il tarixədək iddiaçı Banka 10000,0 manat əsas borc, 5646,4 manat faiz borcu olmaqla, cəmi 15646,4 manat borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli olan maliyyə arayışından görünür ki, X3 banka 9671,58 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə kredit borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixində ölmüşdür. İşin materiallarında olan 5 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə ölmüş X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2dır və miras əmlak Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 14 ünvanında yerləşən 43 saylı mənzildən ibarətdir. Onların hər birinin payı 1/6-dir. İşin materiallarında olan 5 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə ölmüş X3 vərəsələri Cavabdeh3dır və miras əmlak Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 14 ünvanında yerləşən 43 saylı mənzildən ibarətdir. Onun payı 1/6-dir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM **********09 saylı “Tam kart çərçivə müqaviləsi”nə əsasən X4 şəxsi məqsədlər üçün illik 24% hesablanması şərti ilə 48 ay müddətinə 10000,0 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs X6 öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə borclunun banka ümumilikdə 9671,58 manat məbləğində borcu qalmışdır. Borclu X6 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilməsi üçün vərəsəlik işi açılmışdır. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X1 qalmış əmlakı miras kimi qəbul etmişdirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər X3 qanun üzrə vərəsəsi qismində tanınmış Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, ona görə də məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, X6 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X6 öldüyündən, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun vərəsəsi olduğundan və X1 miras qalmış əmlak vərəsəlik qaydasında mülkiyyət əldə etdiyindən bununla da, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan, iddia əsaslıdır. Buna görə də iddia təmin edilərək, kredit borcu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 116,72 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən müştərək alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 9671,58 manat əsas borc, məhkəməyə müraciət etmək üçün ödənilmiş 116,72 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 9788,7 (doqquz min yeddi yüz səksən səkkiz manat yetmiş qəpik) manat müştərək tutularaq “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar