Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-306/2024 05.11.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əmlakına vurulmuş maddi ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3859.23 manat məbləğin, mediasiya xərci kimi ödənilmiş 55 manat məbləğin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Pirallahı Rayon Məhkəməsinin e-2(094)-306/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş iddia icraatına keçirilmiş, iş üzrə hazırlıq iclası xx.xx.2024-cü il tarixə, saat 11:20-ə təyin edilmiş və tərəflərə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2019-cu il tarixli 391-K saylı əmrlə adminstrator vəzifəsinə işə qəbul olunmuş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli 511 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində İddiaçı MMCnin “OBA 28 May 7” mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 5183 (beş min bir yüz səksən üç) manat 79 (yetmiş doqquz) qəpik, xx.xx.2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3152 (üç min bir yüz əlli iki) manat 63 (altmış üç) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmiş, iltizamnaməyə imza atmaqla kəsr gələn mallara heç bir etiraz bildirməmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 3859 (üç min səkkiz yüz əlli doqquz) manat 23 (iyirmi üç) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 3859 (üç min səkkiz yüz əlli doqquz) manat 23 (iyirmi üç) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin işin mediasiya mərhələsində həll edilməsi üçün Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixində Mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Mediasiya mərhələsində tərəflər arasında barışıq olmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işə iştirakı olmadan baxılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMCdə “satıcı-kassir” vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il tarixli 391-K saylı əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin satış departamentinin satış şöbəsində xx.xx.2019-cu il tarixindən “administrator” vəzifəsinə keçirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli X1 haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-də administrator vəzifəsinə qəbul edilərkən, tam maddi məsul vəzifəyə işə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 511 saylı əmrdən çıxarışın surətindən görünür ki, cəmiyyətin satış departamentinin satış şöbəsinin administratoru Cavabdeh əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin sabiq administratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 3859.23 manat çatışmazlıq müəyyən edilmişdir. İş materiallarında olan “xx.xx.2022-ci il tarixli OBA-28 May 7 filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun akt”dan görünür ki, 5183.80 manat manat əskikgəlmə məbləği müəyyən edilmişdir. Həmin akt “inventarizasiya nəticələri mənim iştirakım ilə aparıldı. Çıxarılan nəticə ilə razıyam” qeydi ilə Cavabdeh tərəfindən imzalanmışdır. İşin materiallarından görünür ki, İddiaçı MMC Cavabdeh borcun ödəməsinə dair xx.xx.2023-cü il tarixli xəbərdarlıq göndərmişdir. İş materiallarından görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən xx.xx.2023-cü il tarixli “mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən, Cavabdeh MMC-də satıcı-kassir, sonradan isə administrator vəzifəsinə işə qəbul edilmişdir. Eyni zamanda tərəflər arasında X1 haqqında müqaviləyə əsasən cavabdeh iddiaçı MMC-də işlədiyi müddətdə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması və s. öhdəliklərin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinin “a” bəndinə əsasən, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, işəgötürən İddiaçı MMC tərəfindən OBA-28 May 7 filialında xx.xx.2022-ci il tarixdə aparılmış inventarizasiya nəticəsində maddi sərvətlərin miqdarında əskikgəlmələr müəyyən edilmişdir. Həmin vaxt filialın müdiri və maddi-məsul şəxs Cavabdeh olmuşdur. Cavabdeh nəzarətində olan maddi sərvətlərin əskikgəlmələri nəticəsində tərəfindən 5183.80 manat iddiaçıya ziyan vurulması müəyyən edilmiş, iddiaçı tərəfindən güzəşt edilərək, qalıq 3859.23 manat cavabdehdən tələb edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən iddiaçıya zərər vurulması iş materialları ilə öz təsdiqini tapmışdır. Odur ki, iddiaçı qanunvericiliyin tələblərinə əsasən ona vurulmuş ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 3859.23 manat məbləğində vurulmuş ziyan alınaraq, İddiaçı MMC-nə ödənilməlidir. Məhkəmə həmçinin iddianın 55 manat məbləğində mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı mediasiya şurasına müraciət etməsi üçün 55 manat ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının mediasiya xərcinin ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin, hesab edir ki, iddia təmin edildiyindən, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 228, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh maddi zərərə görə 3859.23 (üç min səkkiz yüz əlli doqquz (,23)) manat, mediasiya xərcinə görə ödənilmiş 55.0 (əlli beş) manat və ödənilmiş dövlət rüsumuna görə 30.0 manat pul vəsaiti tutularaq İddiaçı MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №e-2(094)-306/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-306/2024
05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver