Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-34/2024 04.06.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülkiişə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsiilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış 29 aprel 2022-ci il tarixli borc müqaviləsinə əsasən tərəfindən 3500,00 manat məbləğində pul vəsaiti Cavabdeh borc olaraq verilmişdir. Müqavilənin 2.2.1-ci bəndinin şərtinə görə Cavabdeh götürülmüş borc məbləğini, həmçinin ödəniləcək günədək 10% faiz məbləğini 29 dekabr 2022-ci il tarixədək ona qaytarmalı idi. Lakin bugünədək cavabdeh tərəfindən ona cəmi 1000,00 manat məbləğində vəsait ödənilmişdir. Halbuki 29 dekabr 2022-ci il tarixədək razılaşdırılmış faiz məbləği daxil olmaqla ona 3850,00 manat məbləğində vəsait ödənməli idi. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Aralarında bağlanılmış müqavilənin 2.2.2-ci bəndinə görə borc məbləği tam bağlanılanadək hər ay 10% depozit məbləği ödənilməli idi. Həmin bəndin tələbinə əsasən cavabdehin 2022-ci ilin may ayından bugünədək borc məbləğini qaytarmadığı üçün 17 ay üzrə hesablanmış 5950,00 manat məbləğində faiz məbləği ödəməlidir. Həmçinin müqavilənin 1.4-cü bəndinə görə aylıq ödənişlərin gecikməsinə görə də onun tərəfindən borc məbləğinin 1%-i məbləğində gündəlik dəbbə pulu hesablanaraq ona ödənilməli idi. Tərəfindən müqavilə münasibətlərinə uyğun olaraq 04 oktyabr 2023-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərilərək borc məbləğinin qaytarılması xahiş edilsə də, bugünədək sözügedən məbləğ ona qaytarılmamışdır. Beləliklə aralarında bağlanılmış müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq əqd hesab edilir. Həmin əqdə əsasən cavabdehin götürdüyü borcu qaytarmaq və qanunvericiliyə əsasən sair vəzifələri yaranmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 29 aprel 2022-ci il tarixdə ondan borc olaraq götürülmüş 3500,0 manat məbləğində pul vəsaitinin və 5950,00 manat məbləğində faiz məbləğinin, qeyd edilən məbləğ bugünkü tarixə gecikdirildiyi vaxtadək əlavə 436,00 manat məbləğində faiz məbləğinin, məhkəməyə müraciət üçün çəkdiyi 700,00 manat məbləğində pul vəsaitinin və 115,00 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, cavabdeh tərəfindən ödənilmiş 1000,0 manat pul vəsaiti faiz məbləğindən çıxılmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi və etirazını onunla əsaslandırdı ki, iddianın əsaslandığı borc müqaviləsində cavabdehin imzası saxtalaşdırılmışdır. Cavabdeh elə bir müqavilə bağlamamışdır. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, Osmanlı X1 Aynurə Zahid qızına 3500,0 manat pul vəsaitini aylıq 10 faiz depozit şərti ilə borc vermiş, sonuncu həmin borcu xx.xx.2022-ci il tarixədək qaytarmağı, borc məbləğinin 10 faizini depozit olaraq borc tam həcmdə bağlanana qədər hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh əsas və faiz borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. İddia tələbindən görünür ki, iddiaçı cavabdehlə aralarında xx.xx.2022-ci il tarixli borc müqaviləsinin bağlandığını əsas gətirərək həmin müqavilə üzrə ödənilməmiş 3500,0 manat əsas borc, müqaviləyə uyğun olaraq aylıq 10 faizlə hesablanmış 5950,0 manat (ödənilmiş 1000,0 manat çıxılmaqla) və borcun ödənilməsini gecikdirilməsinə görə 436,00 manat faiz məbləğinin tutulmasını xahiş edir. Cavabdeh tərəf iddiaya etiraz edərək, onlar arasında hər hansı borc müqaviləsinin bağlanmadığını, iddiaçının istinad etdiyi müqavilədəki imza və xəttin cavabdeh tərəfindən icra edilmədiyini irəli sürmüşdür. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 4/251 saylı xx.xx.2024-cü il tarixli rəyinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsində Cavabdeh adından olan imzalar – Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, ekspertizanın rəyini digər sübutlarla yanaşı qiymətləndirərək və hazırkı halda iddia predmetinin araşdırılması xüsusi bilik tələb etdiyindən, ekspert rəyini sübut kimi qəbul edərək onunla razılaşır. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli borc müqaviləsi İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır və cavabdehin öz etirazının əsası kimi irəli sürdüyü dəlili əsassızdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən İddiaçı tərəfindən ona xx.xx.2022-ci il tarixədək 3500,0 manat məbləğində borc pul verilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh borcun qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etməmiş, cəmi 1000,0 manat ödəniş etmişdir. Bundan başqa hazırkı iddianın məhkəmədə qaldırılması üçün hüquqi yardıma görə 700,0 manat, dövlət rüsumuna görə 115,0 manat ödəmişdir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. Belə ki, iddiaçı müqaviləyə əsasən borc məbləğinin qaytarılmadığı 17 ay üzrə hesablanmış 5950,0 manat faiz məbləğinin tutulmasını xahiş edir. Lakin işdən görünür ki, iddiaçı müqavilə müddəti ərzində cavabdehə pretenziya məktubu ilə müraciət etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, aylıq 10 faiz məbləği müqavilə müddətinin sonunadək hesablanmalı və 2800,0 (350x8) manat müəyyən edilməlidir. Məhkəmə göstərilənləri və cavabdeh tərəfindən faiz məbləğindən 1000,0 manat ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, ödənilməmiş 1800,0 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” özgəsinin pul vəsaitini qanunsuz saxlanılması, onu qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3- cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır Göründüyü kimi, mülki qanunvericilikdə zərər vurulması (mülki hüquq pozuntusu) öhdəliyin yaranma əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək, daha böyük məbləğ tələb edə bilmirsə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borclu Cavabdeh müqavilə üzrə borcunu gecikdirdiyindən, tələbkar gecikdirilmiş vaxt üçün əldən çıxmış faydaya görə cavabdehdən pul tələb etməkdə haqlıdır. Belə ki, hazırda İddiaçı xx.xx.2022-ci il tarixli borc müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı iddia ərizəsinin birinci instansiya məhkəməsinə təqdim edildiyi xx.xx.2023-cü il tarixədək olan müddət üçün illik 5 faiz olmaqla, 436,0 manat pulun tutularaq ona ödənilməsini xahiş edir. Halbuki tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən hazırkı iddia ərizəsinin birinci instansiya məhkəməsinə təqdim edildiyi xx.xx.2023-cü il tarixədək olan müddət 10 ay 15 gün edir. Belə olan halda cavabdehin qətnamə ilə müəyyən edilmiş 3500,0 ödəmədiyi dövrdə gecikdirilmiş günlər üçün illik 5 faiz dərəcəsi ilə hesablanmalı olan məbləğ (3500,0 x 5% = 175,0; 10 ay 15 gün= 151,0 manat faiz) təşkil edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən ödənilməsi gecikdirilmiş 3500,0 manat məbləğinə illik 5% hesablamaqla 151,0 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddiaçı həmçinin məhkəməyə müraciət üçün çəkdiyi 700,00 manat məbləğində pul vəsaitinin və 115,00 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iddianı həmin hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq hüquqi xidmət üçün ödənilmiş 386,0 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddia ərizələrindən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 63,0 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 142, 77.1, 88, 2160, 227, 358, 360 və 362-ci maddələrini rəhbərtutaraq, QƏT E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 3500,0 manat əsas borc, 1800,0 manat faiz borcu, 151,0 manat gecikdirilmiş vaxt üçün faiz borcu, ödənilmiş hüquqi yardıma görə 386,0 manat, ödənilmiş dövlət rüsumuna görə 63,0 manat olmaqla cəmi 5900,0 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №e-2(094)-34/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-34/2024
04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver