Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-347/2023 26.12.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması tələbi"nə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********30 nömrəli kredit müqaviləsi üzrə - 6019,77 manat əsas borc olmaqla, cəmi 6019,77 manat, ödənilmiş 80,20 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Suraxanı filialı ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********30 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən X5 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 6500,0 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 4.4.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu X6 xx.xx.2020ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 33 saylı Notariat ofisi tərəfindən verilən məlumata əsasən xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış, X4 mirasını qəbul etmiş vərəsələri Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6.8 kv.m. olan 1 otaqlı mənzildən ibarətdir. Maliyyə arayışına əsasən, X4 Banka ödənilməmiş borcu - 6019,77 manat əsas borcu olmaqla, cəmi 6019,77 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X4 vərəsələri kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun qaytarılması haqqında tərəfimizdən xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırkı mübahisə üzrə iddia qiyməti 6019,77 manat olduğundan, 80,20 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə verdiyi izahatında bildirdi ki, mərhum Oleq Cəlilovun həqiqətən borcu olmuşdur, lakin onların maddi imkanı yoxdur borcu ödəməyə. Banka onlara möhlət verilməsi üçün müraciət etsələr də, razılaşa bilməmişlər. Borcu az-az ödəyəcəklər. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 digər cavabdehin izahatındakı xüsusatları göstərib iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC ilə X6 arasında xx.xx.2020-ci il tarixli BPM **********30 saylı “tam kart çərçivə müqaviləsi” bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən X5 şəxsi məqsədlər üçün illik 20% hesablanması şərti ilə 48 ay müddətinə 6500,0 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçı Banka 6500,0 manat əsas borc, 2994,23 manat faiz borcu olmaqla, cəmi 9494,23 manat borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli olan maliyyə arayışından görünür ki, X4 banka 6019,77 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə kredit borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixində ölmüşdür. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 33 saylı notariat kontoru tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə ölmüş X4 vərəsələri Cavabdeh1 və Cavabdeh2dir və miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 6.8 kv/m, 1 otaqlı olan mənzildən ibarətdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM **********30 saylı “Tam kart çərçivə müqaviləsi”nə əsasən X5 şəxsi məqsədlər üçün illik 20% hesablanması şərti ilə 48 ay müddətinə 6500,0 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs X6 öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə borclunun banka ümumilikdə 6500,0 manat məbləğində borcu qalmışdır. Borclu X6 xx.xx.2020ci il tarixdə vəfat etmiş, Cavabdeh1 və Cavabdeh2 vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilməsi üçün vərəsəlik işi açılmışdır. Cavabdeh1 və Cavabdeh2 X1mış əmlakı miras kimi qəbul etmişdirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər qanun üzrə vərəsəsi qismində tanınmış X6 Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, na görə də məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, X6 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X6 öldüyündən, Cavabdeh1 və Cavabdeh2 onun vərəsəsi olduğundan və X3 miras qalmış əmlak vərəsəlik qaydasında mülkiyyət əldə etdiyindən bununla da, Cavabdeh1 və Cavabdeh2 borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan, iddia əsaslıdır. Buna görə də iddia təmin edilərək, kredit borcu Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 80,20 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh1 və Cavabdeh2 alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh1 və Cavabdeh2 müştərək alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 6019,77 manat əsas borc, məhkəməyə müraciət etmək üçün ödənilmiş 80,20 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 6100,37 (altı min yüz manat otuz yeddi qəpik) manat müştərək tutularaq “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №e-2(094)-347/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-347/2023
26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver