Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-36/2025 14.01.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X19 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı "borcun alınması" tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5494,53 manat əsas, 19,17 manat faiz borcu olmaqla, cəmi 5513,70 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 75,54 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 şəxsi (istehlak) məqsədləri üçün 24 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 6000,0 manat məbləğində kredit verilmiş və bununla bağlı”Azər-Türk Bank” X16 ilə X6 arasında xx.xx.2023-cü il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin şərtlərinə əsasən, X4 xx.xx.2024-cü il tarixinə əsas borcu 5494,53 manat, faiz borcu 19,17 manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ-İİ №298816 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə etdiyiiz məlumata əsasən X2 vəfatından sonra 5 saylı Bakı “Asan Xidmət” Mərkəzindəyerləşən Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2024-cü il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq, xx.xx.2024-cü il tarixində vərəsəlik işi açılmışdır və X2 vərəsəsi – Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyata olan Ağayeva X14r. Borcun ödəniləsi tələbi ilə cavabdehin vərəsəsinə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mükün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, X2 vərəsəsi Cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehin vərəsəsinə göndərilmişpretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. xx.xx.2023-cü il tarixli ******* saylı Kredit müqaviləsi üzrə Borcalan pul məbləğinin ödəniləsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununla da cavabdehin vərəsəsindən Kredit üqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanış faiz borcu 5513,70 manat təşkil edir ki, bu borcun da cavabdehin vərəsəsi tərəfindən ödənilməsi təmin edilməlidir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə prosesinin iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, həqiqətən də mərhum həyat yoldaşı X6 bankdan kredit götürmüşdür. Lakin qəflətən vəfat etdiyinə görə banka ödəniş edə bilməmiş və borc yaranmışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə X6 arasında xx.xx.2023-cü il tarixli ******* saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə 6000,0 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək iddiaçı Banka 6000,0 manat əsas borc, 947,90 manat faiz borcu olmaqla, cəmi 6947,90 manat borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli olan maliyyə arayışından görünür ki, X2 banka 5494,53 manat əsas borc, 19,17 manat faiz borcu, cəmi 5513,70 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə kredit borcunun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixində ölmüşdür. İşin materiallarında olan 5 saylı Bakı “ASAN xidət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2023-cü il tarixdə ölmüş X2 vərəsələri Cavabdehdır və miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərzai İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X3 verilmiş **********52-05101-093016 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72,05 kv/m, yaşayış sahəsi 50,15 kv/m, yardımçı sahəsi 21,9 kv/m olan 4 otaqlı mənzildən ibarətdir. İş materiallarında olan kredit hesabından çıxarışdan görünür ki, X6 xx.xx.2023-cü il tarixli ******* saylı müqavilə üzrə cəmi 605,89 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinə ünvanlanmış ərizənin surətindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə vəfat edən əri X1 qalan mirasın-ünvan 4 ünvanında yerləşən mənzildən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin veriləsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinə ünvanlanmış ərizənin surətindən görünür ki, digər vərəsələr olan X7 və X5 bildirişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum atası X2 ölümündən sonra miras qalmış əmlakın onlara düşən miras əmlak payından imtina etmişdirlər. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona istehlak məqsədləri üçün 24 ay müddətinə 6000,0 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs X6 öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə borclunun banka ümumilikdə 5494,53 manat əsas borc, 19,17 manat faiz borcu, cəmi 5513,70 manat məbləğində borcu qalmışdır. Borclu X6 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, Cavabdeh vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilməsi üçün vərəsəlik işi açılmışdır. Cavabdeh X1 qalmış əmlakı miras kimi qəbul etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər qanun üzrə vərəsəsi qismində tanınmış Cavabdehdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, na görə də məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, X6 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X6 öldüyündən, Cavabdeh onun vərəsəsi olduğundan və X1 miras qalmış əmlak vərəsəlik qaydasında mülkiyyət əldə etdiyindən bununla da, Cavabdeh borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan iddia tələbi əsaslı olaraq təmin edilməli, kredit borcu Cavabdehdan tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 75,54 manat məbləğində dövlət rüsumunun alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdehdan alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5494,53 manat əsas borc, 19,17 manat faiz borcu, məhkəməyə müraciət etmək üçün ödənilmiş 75,54 manat dövlət rüsumu olmaqla, cəmi 5589,24 (beş min beş yüz səksən doqquz manat iyirmi dörd qəpik) manat müştərək tutularaq “Azər-Türk Bank" ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №e-2(094)-36/2025
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-36/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver