Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-41/2023 24.01.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi X1 iddiaçı «X3 Azərbaycan» QSCnin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı «X3 Azərbaycan» QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 394.82 manat əsas, 46.02 manat faiz, 25.53 manat cərimə, 7.08 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 4.80 manat bildirişin göndərilməsi üzrə poçt xərcləri, cəmi 478.25 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq iddiaçı X3 Azərbaycan» QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, «X3 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli Bank hesabı, debet kartı, kredit karti və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 4.26-cı maddəsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 400 manat məbləğində kredit kartı limiti ayrılmşdır. «X3 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X3 Azərbaycan» QSC-yə 394.82 manat əsas, 46.02 manat faiz, 25.53 manat cərimə, 7.08 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 4.80 manat bildirişin göndərilməsi üzrə poçt xərcləri, cəmi 478.25 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh müvafiq qaydada və müddətdə iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli Bank hesabı, debet kartı, kredit karti və zaminlik haqqında qarışıq müqavilədən görünür ki, həmin müqavilə «X3 Azərbaycan» QSC ilə Cavabdeh arasında 400 manat məbləğində kredit limiti ayrılması haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından göründüyü kimi Cavabdeh xx.xx.2013-cü il tarixli Bank hesabı, debet kartı, kredit karti və zaminlik haqqında qarışıq kredit müqaviləsi üzrə 394.82 manat əsas, 46.02 manat faiz, 25.53 manat cərimə, 7.08 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 4.80 manat bildirişin göndərilməsi üzrə poçt xərcləri olmalqa cəmi 478.25 manat ödənilməmiş borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən xx.xx.2013-cü il tarixli Bank hesabı, debet kartı, kredit karti və zaminlik haqqında qarışıq müqavilə üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Eyni zamanda hazırki iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 462.1, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 394.82 manat əsas, 46.02 manat faiz, 25.53 manat cərimə, 7.08 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 4.80 manat bildirişin göndərilməsi üzrə poçt xərcləri, cəmi 478.25 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı «X3 Azərbaycan» QSC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-230, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 394.82 manat əsas, 46.02 manat faiz, 25.53 manat cərimə, 7.08 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 4.80 manat bildirişin göndərilməsi üzrə poçt xərcləri, cəmi 478.25 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq iddiaçı «X3 Azərbaycan» QSC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №e-2(094)-41/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-41/2023
24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver