Məhkəmə qərarları › İş №e-2(094)-411/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-411/2025

29.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-411/2025 29.12.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı ** AM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsiu sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanan “Nissan Murano” markalı ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı tərtib olunan qərara əsasən “Toyota Prius” markalı ** AM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 370 manat məbləğində maddi zərər dəymişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi X4 tərəfindən “Yol nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın təqdiq edilməsi barədə Qərar qəbul edilmişdir. Bu qaydalara əsasən hesablaşma zərərçəkənin sığortası ilə zərərvuranın sığortaçısının arasında həyata keçirilir. Bu hesablaşmların həyata keçirilməsi məqsədilə İcbari Sığorta Bürosu tərəfindən hesablaşma bankında açılan və iştirakçılar tərəfindən vəsaitlərin ödənildiyi bank hesabı – xüsusi hesab mövcuddur. Beləliklə, "xxxx" ASC qeyd edilən yol nəqliyyatı hadisəsində zərərvuran tərəfin sığortaçısı olduğu üçün zərərçəkən tərəfin sığortaçıs olan "xxxx" ASC-nin hesabına 370 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunanlara əsasən Cavabdeh 370 (üç yüz yetmiş) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 400 (dörd yüz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığortaçının subroqasiya hüququnu yaradan əsas kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə (subroqasiya hüququ) əsasən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermis sığortaçının istifadə etmək hüququ mövcuddur. Həmin Məcəllənin 1108.1-ci maddəsinə (ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət) əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Həmin Məcəllənin 1114-cü maddəsinə əsasən (zərər vurmuş şəxsə reqres hüququ) əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Belə ki, iş materiallarında olan PME********** nömrəli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, “Toyota Prius (HİBRİD)” markalı ** AM *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalanmışdır. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:30 dəqiqədə Cavabdeh idarə etdiyi “Toyota Prius (HİBRİD)” markalı ** AM *** dövlət qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi “Nissan Murano” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermis, hadisə nəticəsində X1 idarə etdiyi “Nissan Murano” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli CLM**********44 nömrəli ödəniş aktından görünür ki, zərərvuranın sığortaçısı "xxxx" ASC tərəfindən zərərçəkənin sığortaçısı "xxxx" ASC-nə dəymiş zərərin əvəzi olaraq 370 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan REspublikası İXM-nin 332.1 və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30,0 (otuz) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xx.xx.2024-cü il tarixdə Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı ** AM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsiu sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanan “Nissan Murano” markalı ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 370 manat məbləğində maddi zərər dəymişdir və "xxxx" ASC qeyd edilən yol nəqliyyatı hadisəsində zərərvuran tərəfin sığortaçısı olduğu üçün zərərçəkən tərəfin sığortaçısı olan "xxxx" ASC-nin hesabına 370 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000,0 manatdək olduqda 30,0 (otuz) manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30,0 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı "xxxx" ASC-nin xeyrinə Cavabdeh 370 (üç yüz yetmiş) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 30,0 manat dövlət rüsumu olmaqla, ümumilikdə 400 (dörd yüz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149,150, 284-2, 284-3, 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı Meqa Sığorta» ASC-nin xeyrinə Cavabdeh 370 (üç yüz yetmiş) manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 30,0 manat dövlət rüsumu olmaqla, ümumilikdə 400 (dörd yüz) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə (elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar