Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-83/2023 04.04.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan QSC «Bank Standard» KB-nın Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan QSC «Bank Standard» KB Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 352.20 manat əsas, 239.11 manat faiz, 202.68 manat cərimə, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 91.50 manat faiz borcu, ümumilikdə 885.49 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan QSC «Bank Standard» KBnın hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı ilə Cavabdeh arasında 14 oktyabr 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/132111/15 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank cavabdehə illik 28 % faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 352.20 manat məbləğində əsas borc, 239.11 manat məbləğində faiz borcu, 202.68 manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 91.50 manat məbləğində faiz məbləği, ümumilikdə isə 885.49 manat məbləğində borcu qalmışdır. 04 aprel 2023-cü il tarixdə məhkəməyə iddiaçı Ləğv prosesində olan QSC «Bank Standard» KB-nın ərizəsi daxil olmuşdur. Ərizədə iddiaçı mülki işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 14 oktyabr 2015-ci il tarixli 1xx/xx/132111/15 nömrəli müqaviləsindən göründüyü kimi, Cavabdeh ilə QSC «Bank Standard» KB arasında illik faiz dərəcəsi 28 % olmaqla, 24 ay müddətinə 500 manat məbləğində kredit müqaviləsi bağlamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********157 nömrəli maliyyə arayışından göründüyü kimi, Cavabdeh 1xx/xx/132111/15 nömrəli, 14 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 352.20 manat əsas, 239.11 manat faiz, 202.68 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 91.50 manat faiz borcu, cəmi 885.49 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarından göründüyü kimi, cavabdehə borcun ödənilməsi təklif olunmuşdur. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan göründüyü kimi, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə uyğun olaraq hüquqi şəxslər maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən, məhkəmə hesab edir ki, Cavabdeh QSC «Bank Standard» KB ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmiş və bu səbəbdən bank qarşısında cavabdehlik daşıyır, bankın isə məhkəmə qaydasında borcun ödənilməsini tələb etmək hüququ yaranır. İddia tələblərini müzakirə edərkən, məhkəmə aşağıdakı qənaətə gəlir. Belə ki, iddiaçı iddiasında tərəflər arasında 14 oktyabr 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin ləğv edilməsini və cavabdehdən kredit müqaviləsi üzrə 352.20 manat əsas, 239.11 manat faiz, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 91.50 manat faiz borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Habelə iddiaçı cavabdehdən 202.68 manat məbləğində dəbbə pulunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməli və cavabdehdən 202.68 manat cərimə tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir, məhkəmə tərəfindən isə iddiaçının ödəniləcək tələblərinin məbləği iddia tələbinin 100%-ini təşkil edir, buna münasib olaraq ödənilmiş dövlət rüsumu məbləğini təşkil edən 30 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 352.20 manat əsas, 239.11 manat faiz, 202.68 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 91.50 manat faiz borcu, cəmi 885.49 manat məbləğində borcu və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №e-2(094)-83/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-83/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver