Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2(1-8)-1353/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARDAD (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin elektron qaydada verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ümumi istifadədə olan otaqdan istifadə hüququnun tanınması və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayonu, Mirzə Mənsur küçəsində yerləşən ** saylı evin eyvanında iddiaçı tərəfindən yerləşdirilmiş “qabyuyan çanağın” kommunikasiya xətlərinin həmin evin 2-ci mərtəbəsinin eyvanında mövcud olan kommunikasiya xəttinə birləşdirilməsi və cavabdeh Cavabdeh bununla bağlı iddiaçıya törətdiyi maneənin aradan qaldırılması, iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi, cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun 50 manatının tutulması qət edilmişdir. (hakim Şahin Abdullayev)
2. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiyası məhkəməsinə göndərilmişdir. (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Günay Axundova)
5. Apellyasiya şikayətini qeyri-mümkün hesab edən apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdehin apellyasiya şikayəti “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə PDF formatında yüklənmiş, şikayətin özü mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq elektron imza ilə imzalanmamışdır. Birinci instansiya məhkəməsi isə mülki-prosessual qanunvericiliyin tələblərini nəzərə almamış, cavabdehin apellyasiya şikayətlərini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcllənin 10-
6. və 10-1.7-ci maddələri ilə əsaslandırmışdır. 1.2, 10-1.3
Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
7. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin mümkün hesab edilərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 10-1.3, 366.1, 366.2, 363.1, 363.1.5-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, PDF formasında apellyasiya şikayətinin elektron kabinetə yüklənməsi ASAN imza (və ya digər elektron imza) ilə imzalama vasitəsi ilə mümkün olduğundan, PDF formasında apellyasiya şikayətinin elektron kabinetdə mövcud olması belə bu apellyasiya şikayətinin məhz apellyator tərəfindən yüklənməsi anlamına gəlir. Başqa sözlə tələb edilən imzalanma aparılmadan zatən sənədlər yüklənmir və elektron sistemdə görünmür. b) Kassasiya şikayətinə etirazın dəlilləri
9. Iddiaçı İddiaçı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
10. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
11. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır.
12. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
13. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya instansiyası məhkəməsi şikayətii qeyri-mümkün hesab edərkən şikayətin “Elektron məhkəmə” informasiya sistemi (EMIS) vasitəsilə elektron qaydada verilməməsinə istinad etmişdir.
14. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
15. Prosessual qanunvericiliyin tələbinə görə şikayətin apellyasiya mümkünlüyü üçün prosessual əsasların olması zəruridir. Belə əsaslardan biri də şikayətin qanunla müəyyən edilmiş forma və qaydada EMIS vasitəsilə verilməsidir. Əks halda, şikayət mümkün sayılmamalıdır.
16. Apellyasiya instansiyasının müəyyən etdiyi işin hallarından da görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətini PDF formatında vermiş, şikayət elektron qaydada imzalanmamışdır.
17. Nəzərə alınsa ki, prosessual qanunvericiliyin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir, belə olan halda apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən şikayəti qeyrimümkün sayarkən düzgün nəticəyə gəlmişdir.
18. Kassasiya şikayətinin dəlilləri isə imperativ qaydada müəyyən edilən qaydanın istisna edilməsinə yönəlmişdir ki, bu da “Elektron məhkəmə” informasiya sisteminin əhəmiyyətini heçə endirməklə yolverilməz hesab edilməlidir.
19. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.