Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2(1-8)-1532/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və Inzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi, icarə haqqının ödənilməsi və evin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, işin kommersiya məhkəməsinə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlundan və Inzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, iddiaçı Iddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi, icarə haqqının ödənilməsi və evin boşaldılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, e-*(*-*)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının cavabdeh cavabdeh1 ilə aralarında ** saylı notariat ofisində bağlanmış 3M-XXX reyestr nömrəsi ilə qeyd edilmiş ##.##.2025-ci il tarixli müqavilənin ləğv edilmiş hesab edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 498.9 kv.m olan fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılaraq, boş vəziyyətdə iddiaçıya təqdim edilməsi, cavabdehlər tərəfindən mülkiyyətə müdaxiləni qadağan etməklə icarə haqqı kimi 8.000 manat və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 498.9 kv.m olan fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılan günə kimi hər ay 2.000 manat məbləğində pul vəsaitinin cavabdeh cavabdeh1 tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim H.Mahmudova) iddia qismən təmin edilməklə, iddiaçı Iddiaçı ilə cavabdeh cavabdeh1 arasında Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış 3M-XXX reyestr nömrəsi ilə qeyd edilmiş ##.##.2025-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 498.9 kv.m olan fərdi yaşayış evinin cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən boşaldılaraq, boş vəziyyətdə iddiaçıya təqdim edilməsi, ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək 8.000 manat icarə haqqının, ##.##.2025-ci il tarixindən hazırkı qətnamə qanun qüvvəsini alan tarixədək hər ay 2.000 manat icarə haqqının cavabdeh cavabdeh1 tutularaq, iddiaçıya ödənilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərə aid edilməklə, müştərək qaydada onlardan iddiaçının xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, e- *(*-*)-****/**** nömrəli qərardadı ilə (hakim X.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər V.Sadıqov və R.Səmədov) cavabdeh cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
4. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 31.1, 384.0.4-cü maddələrinə, “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli, ** saylı qərarına istinad edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 498.9 kv.m olan fərdi yaşayış evi iddiaçı Iddiaçı mülkiyyətindədir. Onunla cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2025-ci il tarixli icarə müqaviləsi ilə 2.000 manat icarə haqqı müəyyən olunmaqla, həmin əmlak ##.##.2028-ci il tarixədək cavabdehin icarəsinə verilmişdir.
5. Apellyasiya kollegiyası qeyd etmişdir ki, hazırda tərəflərin VÖEN-ləri olmaqla fərdi sahibkar statusundadırlar və işin hallarından da görünür ki, müqavilədə ev kimi göstərilən sahə faktiki olaraq şadlıq evi kimi istifadə edilir.
6. Iddiaçı qeyd edir ki, icarə müqaviləsinin 13-cü bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 14-cü maddəsinin tələbləri, icarəyə götürülən sahənin yaşayış sahəsi olması, digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmamaq, sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilməməsi icarəçiyə izah edilsə də, cavabdeh həmin tələbi pozaraq, qeyd olunan əmlakı digər cavabdeh cavabdeh2 ilə birlikdə ictimai-iaşə obyekti kimi istifadə edir. Bundan başqa, cavabdeh müqavilənin 6-cı bəndinin də (fors-major hadisəsindən sığortalanma “icarəçi”-nin vəzifəsidir) tələbini pozmuşdur. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə ##.##.2025-ci il tarixində bildiriş göndərilmişdir. Bunlardan başqa, cavabdeh cavabdeh1 hazırkı vaxtadək icarə haqlarını ödəməmişdir.
7. Apellyasiya kollegiyası ilk olaraq tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli icarə müqaviləsinə münasibətdə qeyd etmişdir ki, həmin müqavilədə icarəyə götürülən sahənin yaşayış sahəsi olması, digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, eyni zamanda yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmamaq, həmçinin sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilməməsi icarəçiyə izah edilməsi qeyd edilsə də, Mülki Məcəllənin tələblərinə əsasən “icarə müqaviləsinin” mahiyyəti ondan ibarətdir ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir, bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir.
8. Göründüyü kimi icarə müqaviləsində, istifadə ilə yanaşı, əmlakdan bəhrə (gəlir) götürmək məqsədi var. Yəni icarəyə götürən şəxs həmin obyektdən istifadə edərək məhsul əldə edir və ya gəlir qazanır.
9. Bundan başqa, cavabdeh apellyasiya şikayətində qeyd edir ki, sözügedən fərdi yaşayış evi tərəfindən ##.##.2025-ci il tarixli müqavilə əsasında icarəyə götürülərkən icarə müddəti ##.##.2028-ci il tarixədək müəyyən edilmiş, icarə haqqı və onun ödənilmə müddəti həmin müqavilədə razılaşdırılmışdır. Icarə obyekti tərəfindən yalnız təyinatı üzrə istifadə edilmiş, lakin fəaliyyətə yeni başladığına görə ilk dövrlərdə müştəri bazası müvəqqəti zəif olmuş və müvəqqəti maliyyə çətinlikləri yaranmışdır.
10. Qeyd olunanlara əsasən məhkəmə müəyyən etmişdir ki, hazırkı mülki iş, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir.
11. Belə olan halda apellyasiya kollegiyası hesab etmişdir ki, mübahisə kommersiya xarakterlidir, işə baxmış birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraata götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir.
12. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir.
Kassasiya şikayətinin dəlilləri:
13. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 152, 675-ci, Mülki Prosessual Məcəllənin 24.2, 24.3, 88-ci maddələri pozulmuşdur.
15. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyatorun müqavilə tərəfi olmamasını və müqaviləni mübahisələndirmək hüququn olub-olmamasını araşdırmamışdır. Belə ki, müqavilənin həqiqi tərəfi olan cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olub şikayət verməmişdir. Şikayət verən tərəf müqavilə tərəfi olmamış və cavabdeh1 tərəfindən mülkiyyətçiyə heç bir xəbər verilmədən icarə obyektinə gətirib salınmışdır. cavabdeh2 VÖEN-i olub-olmamasından asılı olmayaraq, hazırkı mülki iş üzrə icarəyə götürən şəxs sayılmır. Iddia üzrə cavabdeh2 ona görə cavabdeh qoyulmuşdur ki, məhkəmə qətnaməsi gələcəkdə icra olunduqda əlavə çətinliklər ortaya çıxmasın, icarə obyekti məhkəmə qərarı əsasında boşaldırılarkən ona da tətbiqi mümkün olsun. Icarə müqaviləsi cavabdeh1la bağlanmış və tərəflərin sahibkarlıq maraqlarından irəli gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin tələblərinə düzgün hüquqi qiymət verməmiş və hesab etmişdir ki, fərdi yaşayış evi sahibkarlıq məqsədi ilə istifadə edildiyi üçün tərəflər arasındakı icarə münasibəti sahibkarlıq münasibətidir və bu səbəbdən də, işə kommersiya məhkəməsində baxılmalıdır. Halbuki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verilmiş əmlak konkret olaraq “fərdi yaşayış evi”dir. Bu evin sahibkarlıq fəaliyyətinin obyekti kimi qiymətləndirilməsi düzgün deyildir. Sənədə görə sahibkarlıq fəaliyyətinin predmetinə daxil olmayan əmlakın faktiki olaraq sahibkarlıq məqsədi üçün istifadəsi mübahisənin kommersiya məhkəməsinin icraatına verilməsi anlamına gələ bilməz. Bundan əlavə olaraq, Vergilər Məcəlləsinin 99.1-ci maddəsində qeyd edilir ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Həmin Məcəllənin 99.3-cü maddəsində əmlakın icarəyə verilməsini qeyri-sahibkarlıq fəaliyyətindən gəlir kimi qeyd edir. Vergilər Məcəlləsinin bu cür tələbi onu deməyə əsas verir ki, icarə münasibəti kommersiya mübahisəsi doğura bilməz. Bundan əlavə, fərdi yaşayış evi ilə bağlı icarə münasibəti kommersiya mübahisəsinə heç bir aidiyyəti ola bilməz.
16. Kassasiya şikayətinə etiraz verilməmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 384.0.4. Apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: Maddə 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarının:
11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Qarışıq məhkəmə tərkibi kassasiya şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.
21. Hazırkı işin mübahisəsiz hallarına görə, tərəflərin hər üçünün fərdi sahibkarlıq statusuna məxsus fiziki şəxslər olmaqla, mübahisə onlardan iddiaçı və cavabdeh cavabdeh1 arasında bağlanmış icarə müqaviləsindən irəli gəlir.
22. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması və iddianın tərəflərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə kommersiya məhkəməsinə aid olması qənaətinə gəlmişdir.
23. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə istinadı da əsassızdır. Belə ki, Vergi Məcəlləsinin qeyd olunan maddəsinin məqsədi vergi ödəyicisi ilə vergi orqanları arasında münasibətlərdə gəlirlərin sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətindən əmələ gəlməsinin müəyyən olunmasına yönəldilmişdir. Iddiaların məhkəmə aidiyyətini isə Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları müəyyən edir.
24. Həmçinin, icarə obyektinin daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi qeydə alınması kassasiya şikayətinin təmini üçün əsas ola bilməz. Bu səbəbdən ki, tərəflərdən iddiaçı həmin əmlakı icarəyə verməklə gəlir əldə etmiş, cavabdehlər isə bu əmlakı sahibkarlıq məqsədləri üçün istifadə etmişlər.
25. “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il ## ######## tarixli ** saylı Qərarının 11 və 12-ci bəndlərində formalaşdırılmış hüquqi mövqeyə görə, tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
26. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin tələbləri, istərsə də Ali Məhkəməsi Plenumunun hüquqi mövqeləri baxımından hazırkı mübahisəyə ümumi məhkəmədə baxılması istisna olunur.
27. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməlidir.
28. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, e-*(*- *)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.