Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2(1-8)-1857/2026 02.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və Inzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin Iddiaçılar iddiaçı6, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2, cavabdeh1ə və cavabdeh3 MMC-yə qarşı “pul” tələbinə dair ilk və iddiaçılar cavabdeh1in cavabdehlər iddiaçı6ə, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 qarşı “qəbzin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, işin ümumi məhkəməyə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlundan və Inzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından cavabdehlər tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçılar iddiaçı6, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçı iddiaçı1 xeyrinə 6.000 manat, iddiaçı iddiaçı6 xeyrinə 125.000 manat, iddiaçı iddiaçı4 xeyrinə 25.000 manat, iddiaçı iddiaçı2 xeyrinə 75.000 manat, iddiaçı iddiaçı5 xeyrinə 75.000 manat, iddiaçı iddiaçı3 xeyrinə 64.000 manat pulun, habelə pul vəsaitləri müqabilində qazanc olaraq vəd edilmiş 92.500 manat məbləğində pul vəsaitinin və ümumilikdə ödənilmiş 760 manat dövlət rüsumunun alınaraq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. Iddia onunla əsaslandırılmışdır ki, 2024-cü ilin yay aylarından etibarən dostları X1 vasitəçiliyi ilə iddiaçılar müxtəlif məbləğlərdə pul vəsaitləri cavabdehlərdən biri cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi cavabdeh1ə iş görülməsi məqsədilə təqdim etmişlər. Belə ki, iddiaçı1 tərəfindən 6.000 manat, iddiaçı6 tərəfindən 125.000 manat, iddiaçı4 tərəfindən 25.000 manat, iddiaçı2 tərəfindən 75.000 manat, iddiaçı5 tərəfindən 75.000 manat, iddiaçı3 tərəfindən isə 64.000 manat olmaqla, ümumilikdə 370.000 manat məbləğində pul vəsaiti işgüzar fəaliyyət (geyim mallarının alınması və satışı) məqsədi ilə cavabdeh1ə verilmişdir. Cavabdeh həmin pulu alaraq, xarici ölkələrdən ikinci əl geyim əşyalarını ölkə ərazisinə idxal edərək satıb, əldə olunacaq qazancı verilən pullara mütənasib olaraq böləcəyini vəd etmişdir. Lakin, bir neçə aydan sonra vədinə əməl etmədiyinə görə verilən pulların geri qaytarılmasını tələb etmişlər. Bu tələbdən sonra cavabdeh müxtəlif bəhanələr gətirərək öhdəliyini yerinə yetirməkdən və pullarını qaytarmaqdan yayınmışdır. Sonuncu dəfə cavabdeh cavabdeh1 ilə 2025-ci ilin ## ### tarixində şəxsən birlikdə görüş keçirmişlər. Həmin görüş zamanı onlar cavabdehə verilmiş pul vəsaitlərinin 5 gün ərzində tam şəkildə geri qaytarılması ilə bağlı tələblərini bir daha açıq şəkildə bildirmişlər. Cavabdeh isə bu tələblərini qəbul etdiyini bildirərək, vəsaiti qeyd olunan müddət ərzində tam şəkildə qaytaracağına dair söz vermiş və bu barədə yazılı öhdəlik – öz xətti ilə əlyazma formasında tərtib olunmuş sənəd imzalamışdır. Bu sənəd cavabdehin öhdəliyi könüllü şəkildə qəbul etdiyini və vəsaiti qaytarmaq niyyətində olduğunu rəsmi şəkildə təsdiq edən sübutdur. Əlavə olaraq cavabdehi onlarla tanış edən XXXlə “whatsapp” yazışmaları və səs qeydləri də vardır ki, məhkəmənin hazırlıq iclasında həmin sübutlar “disk” formasında məhkəməyə təqdim olunacaqdır. Hazırda onlarda olan məlumata əsasən cavabdeh cavabdeh1 Azərbaycan Respublikasının hüdudlarını tərk etmişdir. Bu hal onun üzərinə düşən öhdəlikləri, xüsusilə də onlara məxsus pul vəsaitini qaytarmaqdan yayınmaq niyyətində olduğunu göstərir və həmin davranış hüquqi baxımdan öhdəlikdən boyun qaçırma kimi qiymətləndirilməlidir. Əlavə olaraq qeyd edirlər ki, cavabdeh onlara məxsus olan vəsaiti uzun müddət ərzində qanunsuz olaraq özündə saxlamış və həmin pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Belə ki, əldə etdikləri məlumatlara əsasən cavabdeh həmin vəsaiti sahibi olduğu şirkət vasitəsilə mal alışı üçün həyat yoldaşı – digər cavabdeh cavabdeh2 adına müxtəlif nəqliyyat vasitələrinin alınması, habelə digər şəxsi ehtiyaclarını təmin etmək məqsədilə istifadə etmişdir. Bu faktlar göstərir ki, cavabdeh onlara qarşı etibardan sui-istifadə etmiş, aldadıcı hərəkətlərlə pullarını mənimsəmişdir. Cavabdeh cavabdeh1ə təqdim olunan pul vəsaitləri müqabilində o, öhdəlik götürmüşdür ki, ümumilikdə bir il ərzində onlara əlavə olaraq 92.500 manat məbləğində verilən pulların ümumi 25 faizi həcmində qazanc (gəlir) ödəyəcəkdir. Bu məbləğ tərəflər arasında razılaşdırılmış və təqdim edilən əsas pul vəsaitlərinin məbləğinə mütənasib şəkildə onlar arasında bölüşdürülməli idi. Lakin cavabdeh nəinki qazancı ödəməmiş, hətta tərəflərindən verilmiş əsas məbləğləri belə geri qaytarmaqdan imtina etmişdir.
3. Iddiaçı cavabdeh1 cavabdehlər iddiaçı6ə, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə cavabdehlərə borcunun olmasına dair yazdığı qəbzin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı Suriya Ərəb Respublikası və Rusiya Federasiyası vətəndaşıdır. Azərbaycan Respublikası vətəndaşı cavabdeh2 ilə 2006-cı ildən rəsmi nikahdadır. Ailəsi ilə birlikdə Bakı şəhərində yaşayırlar. Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur, o cümlədən cavabdeh3 MMC-nin təsisçisi və direktorudur. Pandemiyadan sonrakı dövrdə fəaliyyətində sıxıntılar olduğundan bir sıra banklardan kredit götürməli olmuşdur. Eyni zamanda, MMC-də işləyən X1 vasitəsilə faizlə pul da götürmüşdür. O, aldığı pulların müqabilində XXXa külli miqdarda faiz pulu vermişdir. Lakin XXX onunla razılaşmayıb, pul götürdükləri adamların yüksək faiz ödəmələri tələb etdiklərini, onların təhlükəli adamlar olduqlarını deyib ona təsir edirdi. O da, Bakı şəhərində əcnəbi kimi yaşadığından, ailə-uşaqlarından narahat olduğundan onun dediklərini real təhlükə kimi qəbul edirdi. ## #### 2025-ci il tarixdə X1 onu tanımadığı bir restorana söhbət üçün dəvət etdi. Orada əvvəllər və indi də tanımadığı iddiaçı3, iddiaçı5, iddiaçı4, iddiaçı6, iddiaçı1, iddiaçı2 və başqa adamlar əyləşmişlər. Onlar həqiqətən XXXun təsvir etdiyi kimi davranaraq, ona təsir etməyə başladılar. O, azərbaycan dilində bilmir, rus dilində tam olmasa da, aşağı səviyyədə bilir. Xüsusi hərəkətlərlə, öz aralarında danışmaqla təzyiq edərək onlara borcunun olmasına dair qəbz yazmağı ondan tələb etdilər. XXX da ona təkid edib yazmağı, özünə problem yaratmamağı, sonra çalışıb yoluna qoyacağını dedi. O da məcbur olub diktə ilə qəbzi yazıb onlara verdi. Əslində onun həmin adamlara heç bir borcu yoxdur. Ona bir manat da pul verməyiblər, onları tanımır. Qeyd etdiyi kimi ona pulu XXX təşkil edib və onunla aralarında pul məsələsi olub. Qanunsuz fəaliyyətlə məşğul olub, faizlə pul verən şəxlərin ona qarşı mütəşəkkil qaydada, hədə-qorxu ilə təsir edib, borclu olmadığı halda tanımadığı şəxslərə müxtəlif məbləğlərdə borca dair etiraf qəbzi yazdıran şəxslərin qanunazidd əməlləri barədə aidiyyəti üzrə polis orqanına şikayət etmişdir. Hazırda araşdırma aparılır. Əgər onun həmin adamlara borcu varsa və guya qəbzi könüllü yazmışdırsa, o zaman borcun etirafina dair notariat orqanında qanuni sənəd təsdiq etmək olardı. Məhz bu səbəbdən iddiaçılar ona qanunsuz təsir etməklə etiraf etdirmək yolunu tutmuşlar.
5. Birinci instansiya məhkəməsində ilk iddia üzrə cavabdeh cavabdeh2 nümayəndəsi, vəkil vəkil2 vəsatət verərək göstərmişdir ki, iddiaçılardan iki nəfərinin adlarına VÖEN-ləri vardır, o cümlədən cavabdeh cavabdeh3 MMC olaraq vergi ödəyicisidir. Hazırkı mübahisə ümumi məhkəmədə deyil, ixtisaslaşdırılmış Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Iş yanlış olaraq ümumi məhkəməyə verildiyindən, aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilməlidir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qərardadı ilə (hakim Ş.Əzizova) vəsatət təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1.1, 24.2, 25, 26, 31.1, 32.1, 32.2, 32.4, 32.5-ci maddələrinə, “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ######## 2020-ci il tarixli Qərarına istinad edərək göstərmişdir ki, mübahisənin tərəflərinə diqqət yetirdikdə ilkin iddia üzrə iddiaçılardan yalnız iddiaçı3 və iddiaçı4 vergi ödəyicisi olması müəyyən edilmiş, digər iddiaçıların isə sahibkarlıq subyekti olması öz təsdiqini tapmamışdır. Işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə vəsatətin tərəflərin iştirakı ilə müzakirəsi zamanı izahatları dinlənilmiş hər iki iddiaçının vaxtı ilə vergi ödəyicisi kimi qeydiyyata alındıqlarını qəbul etsələr də, bunun çox uzun zaman öncə baş verdiyini, bu vaxtadək hər hansı sahibkarlıq fəaliyyətini həyata keçirmədiklərini və VÖEN əldə etməkdə məqsədləri yalnız bağladıqları əmək müqavilələri ilə əlaqəli olduğunu bildirmişlər. Bununla da, ilkin iddia üzrə cavabdehlərdən biri hüquqi şəxs olsa belə, qalan tərəflərin (o cümlədən ilkin iddia üzrə digər cavabdeh olan cavabdeh2) sahibkarlıq subyekti olmadığı müəyyən edilir. Digər tərəfdən, tərəflər arasında yaranmış hüquq münasibətinə diqqət etdikdə cavabdehlərdən cavabdeh3 MMC-nin hüquqi şəxs olması, dolayısı ilə də, sahibkarlıq fəaliyyətini həyata keçirməsi müəyyən olunsa da, hazırkı mübahisə tərəflərin birgə yaxud ayrı-ayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən qaynaqlanmamışdır. Belə ki, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə vəsatətlə müraciət edən cavabdeh tərəf elə özünün təqdim etdiyi vəsatətdə (o cümlədən qarşılıqlı iddia ərizəsində) cavabdeh1in hüquqi şəxsin təsisçisi olaraq iddiaçıları tanımadığını qeyd etmiş, pulları öz işçisi vasitəsilə əldə etdiyini bildirmişdir ki, bu halda tərəflərin birgə fəaliyyətindən söhbət gedə bilməz. Vəsaitin hansı qaydada alınması, qəbzin hansı şəraitdə tərtib edilib imzalanması, bununla da hər iki iddia tələblərinin əsaslı olub-olmaması isə məhkəmə araşdırması nəticəsində müəyyən edilməlidir. Bununla da, məhkəmənin qənaətinə görə hazırkı iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin ümumi məhkəməyə aid olduğu müəyyənləşdirilir.
Şikayətin dəlilləri:
8. Ilk iddia üzrə cavabdehlər cavabdeh2 və cavabdeh1 ayrı-ayrılıqda şikayətlər verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişlər.
9. Məzmunları eyni olan şikayətlər belə əsaslandırılmışdır ki, iddiaçıların iddia tələbini cavabdehlər qəbul etməsələr də, bu tələb predmetindən, mübahisə subyektlərindən və xususiyyətlərindən asılı olaraq məhkəmə aidiyyəti pozulmaqla icraata qəbul edilmişdir. Çünki, iddia edilən pul vəsaitinin investisiya məqsədilə verildiyi iddia edilir. Cavabdeh iddiaçılardan birbaşa deyil, XXX vasitəsilə faizlə pul aldığını və qaytardığını bildirir. Hər bir halda iddiaçı tərəfindən iki nəfərin adına VÖEN olduğunu, cavabdehlərdən cavabdeh3 MMCnin vergi ödəyicisi olduğunu, tələb edilən pul məbləğinin investisiya məqsədilə verildiyinin iddia edilməsini və iddiaçıların əsasən tərəflərin arasında yazılı müqavilə qüvvəsinə malik sənəd hesab etdikləri qəbzin olması əsas verir ki, bu iddia mülki məhkəmədə deyil, Bakı Kommersiya Məhkəməsində baxılsın. Nəzərə almaq lazımdır ki, iddiaçılardan iki nəfərin adlarına VÖEN-ləri vardır, o cümlədən, cavabdeh cavabdeh3 MMC olaraq vergi ödəyicisidir. Mübahisə predmeti olan pul tələbi isə investisiya məqsədilə cavabdeh3 MMC-yə verildiyi iddia edildiyindən, hazırkı mübahisə ümumi məhkəmədə deyil, ixtisaslaşdırılmış Bakı Kommersiya Məhkəməsində baxılmalıdır.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müvafiq olaraq ## #### 2026-cı il və ## #### 2026-cı il tarixli qərardadları ilə cavabdehlərin şikayətləri təmin edilməmiş və baxılması üçün mülki işin materialları ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
11. Şikayətlərə etiraz verilməmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin
18. qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarının:
11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
Kassasiya instansiya məhkəməsinin mövqeyi
14. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.
16. Hazırkı işin mübahisəsiz hallarına görə, cavabdeh MMC – hüquqi şəxs, iddiaçılardan isə iddiaçı3 və iddiaçı4 VOEN-ə malik olan şəxslərdilər. Digər tərəflər fərdi sahibkar statusuna malik deyillər.
17. Həmçinin müəyyən olunur ki, hazırkı mübahisənin predmeti – pul tələbi ilə bağlıdır. Belə ki, iddiaçılar cavabdehlərdən Abdalla Amada müxtəlif məbləğlərdə borc verdiklərini iddia etməklə, həmin borcun məhkəmə qaydasında tutulmasını xahiş etmişlər. Sonuncu isə qarşılıqlı iddiasında ilk tələbin sübutu kimi təqdim olunan sadə yazılı qəbzin etibarsızlığı tələbini irəli sürmüşdür. Bununla belə, hüquqi münasibətlərinin xarakterinə hüquqi qiymət verərkən birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırkı mübahisə tərəflərin birgə, yaxud ayrıayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Belə ki, şikayəti verən cavabdeh1in özü qarşılıqlı iddiasında, vəsatət və şikayətində hüquqi şəxsin təsisçisi olaraq iddiaçıları tanımadığını qeyd etmiş, onlarla borc münasibətlərində olmadığını göstərmişdir.
19. “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il ## ######## tarixli ** saylı Qərarının 12-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
20. Digər tərəfdən, məhkəmə tərkibi qeyd edir ki, ilk iddia ## ### 2025-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuş, cavabdehlər iddia barədə məlumatlandırılaraq, nümayəndəsi vasitəsi ilə hazırlıq iclaslarında iştirak etmiş, qarşılıqlı iddia vermiş, məhkəmənin qəbul etdiyi qərardadlardan şikayətlər etmiş və cavabdeh yalnız ## #### 2026-cı ildə, yəni təxminən 10 ay sonra işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair ərizə vermişdir. Məhkəmə tərkibi hesab edir ki, həmin hal da, Mülki Prosessual Məcəllənin 31.2ci maddəsinə
21. əsasən şikayətin təmin edilməməsi üçün əsas kimi qiymətləndirilməlidir.
22. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, cavabdehlər tərəfindən verilmiş şikayət təmin edilməməlidir.
23. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
Cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.