Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2(1-8)-2084/2026 17.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və Inzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, işin ümumi məhkəməyə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlundan və Inzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadından cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 276.000 manat pul vəsaitinin və ödənilmiş 566 manat dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 nümayəndəsi, vəkili vəkil1 birinci instansiya məhkəməsinə vəsatət verərək, mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
3. Vəsatət onunla əsaslandırılmışdır ki, tərəflər arasında ## ###### 2025-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetindən müəyyən edilir ki, iddiaçı keçmiş maşın bazarı adlanan ərazidə “XXX” mağazasında birgə fəaliyyət göstərən, avtomobil salonu üçün elektrik avadanlıqlarının alışı, satışı və quraşdırılmasını həyata keçirən cavabdeh2, X1, X2 və cavabdeh3 285000 manat borc vermişdir. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatlardan cavabdehlərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları və vergi ödəyicisi kimi qeydiyyata alınmaları müəyyən olunur. Yuxarıda göstərilənlərdən tərəflərin subyektiv tərkibinin sahibkarlıq statusuna malik olan şəxs olmaları öz təsdiqini tapır. Həmçinin, mülki işin faktiki hallarından müəyyən edilir ki, cavabdehlərə verilmiş borc məbləği sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsinə görə bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)- ***/**** nömrəli qərardadı ilə (hakim R.Əhmədov) mülki işin aidiyyəti üzrə göndərilməsinə dair vəsatət təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 24.3, 25.1, 26.1, 30, 31.1, 32.1, 32.2, 32.4, 40.2-ci maddələrinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020ci il ## ######## tarixli ** nömrəli Qərarına istinad edərək göstərmişdir ki, hazırkı mübahisənin predmeti iddiaçı tərəfindən cavabdehlərə verildiyi bildirilən borc pul vəsaitinin geri qaytarılması, yəni borc müqaviləsindən irəli gələn pul tələbinin təmin edilməsidir. Cavabdeh tərəf vəsatətini əsaslandırarkən cavabdehlərin vergi ödəyicisi kimi qeydiyyatda olmasını və borc məbləğinin “XXX” mağazasında avtomobil salonu üçün elektrik avadanlıqlarının alışı, satışı və quraşdırılması ilə bağlı verildiyini göstərmişdir. Lakin, tərəflər arasında imzalanmış ## ###### 2024-cü il tarixli borc müqaviləsinin 1.3-cü bəndində borcun şəxsi ehtiyaclar üçün verildiyi, sahibkarlıq və kommersiya fəaliyyəti xarakteri daşımadığı təsbit edilmişdir. Odur ki, cavabdehlərin VÖEN-ə malik olması və ya onların sahibkarlıq fəaliyyəti ilə məşğul olması mübahisənin birbaşa olaraq kommersiya mübahisəsi sayılması üçün kifayət etmir. Hazırkı iş üzrə mübahisənin predmeti müqavilədə də qeyd edildiyi kimi şəxsi ehtiyaclar üçün borc öhdəliyindən irəli gələn pul tələbi kimi müəyyən olunur. Bu səbəbdən cavabdehlərin sahibkar statusuna istinad etməsi mübahisənin kommersiya xarakterli olması üçün əsas sayıla bilməz. Iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya mübahisəsi kimi deyil, borc müqaviləsindən irəli gələn mülki hüquqi pul tələbi kimi qiymətləndirilməlidir.
Şikayətin dəlilləri:
6. Cavabdeh cavabdeh2 şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə vəsatətin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Prosessual Məcəllənin 4.1-ci maddələrinin tələbləri pozulmuşdur.
8. Şikayət, işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair vəsatətin məzmununa oxşar tərtib edilmişdir.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)- ***/**** nömrəli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş və baxılması üçün mülki işin materialları ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
10. Şikayətə etiraz verilməmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarının:
11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
13. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.
15. Cavabdeh tərəf cavabdehlərdən üçünün fərdi sahibkar statusuna malik olmalarına, habelə iddiada tələb olunan pul vəsaitinin onların sahibkarlıq fəaliyyətləri üçün verilməsinə istinad etməklə, işin məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. Lakin, bu zaman iddiaçının özünün fərdi sahibkar kimi qeydiyyata alınması vəsatətdə və şikayətdə göstərilməmiş, bununla bağlı sübut iş materiallarına əlavə edilməmişdir.
17. “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il ## ######## tarixli ** saylı Qərarının 12-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
18. Digər tərəfdən, iddiaçının özünün də fərdi sahibkar statusuna malik olması şərti olaraq qəbul edilsə də, mübahisəli hüquq münasibətlərinin xarakteri işin kommersiya məhkəməsinə göndərilməsinə imkan vermir.
19. Belə ki, iş materiallarında olan, iddiaçının tələbinin əsası kimi istinad etdiyi ## ###### 2024-cü il tarixli borc müqaviləsinin 1.3-cü bəndində tərəflər bilavasitə təsdiq və bəyan etmişlər ki, borc məhz şəxsi ehtiyaclar üçün verilir, sahibkarlıq, kommersiya fəaliyyəti və hər hansı digər xarakter daşımır.
20. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin tələbləri, istərsə də Ali Məhkəmənin Plenumunun hüquqi mövqeləri baxımından hazırkı mübahisəyə ümumi məhkəmədə baxılmalıdır.
21. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməlidir.
22. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.