Məhkəmə qərarları › İş №e-2(1-8)-2086/2026

Ali Məhkəmə Qərar — İş №e-2(1-8)-2086/2026

31.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2(1-8)-2086/2026 31.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş formada verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının e-*(*-*)-***/**** nömrəli, # #### 2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı (vəkil Nümayəndə) qərardadından iddiaçı İddiaçı (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 10.235 manat pulun, vəkilə ödənilmiş 350 manat və 122 manat dövlət rüsumunun alınıb iddiaçı İddiaçı verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Göygöl Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-*(***)- ****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Leyla Hüseynzadə) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 8.235 manat məbləğində borc pul, vəkilə ödənilmiş 350 manat və 122 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

3. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, İddiaçı cavabdeh Cavabdeh qarşı, cəmi 10.235 manat pulun alınıb iddiaçıya verilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) e-*(*-*)-***/**** nömrəli, # #### 2026-cı il tarixli qərardadı ilə (hakimlər Tural Məmmədov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Fikrət Mehtiyev) iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilmişdir.

5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti elektron formada tərtib edilərək elektron imza ilə təsdiq edilsə də, şikayətdə yalnız işin halları əks olunmuş, məhkəmənin gəldiyi nəticə ilə bağlı faktiki halların aydınlaşdırılmamasına, nəticənin işin hallarına uyğun gəlməməsinə dair dəlillər “Əlavə 2”-də göstərilmiş forma və məzmuna uyğun tərtib edilməmiş, bununla yanaşı, apellyasiya şikayəti verən şəxsin mübahisənin həlli ilə bağlı qərarın qəbul edilməsinə dair tələbləri birinci instansiya məhkəməsinin qətnaməsi ilə uyğun deyil. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının xeyrinə cavabdehdən 8.235 manat borc pulun tutulması qət edilmiş olsa da, apellyasiya şikayətində apellyator tərəfindən 10.235 manat borc pulun tutulması xahiş edilmişdir.

6. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2, 10-1.3, 10-1.7, 361.1, 363.1.1-1, 363.4, 364, 366.1, 366.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

7. Qərardaddan iddiaçı İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən onun təqdim etdiyi sübutlar araşdırılmamış, onların əsassız qiymətləndirilməsi (nümayəndənin izahatını inandırıcı hesab etməməsi və bu mövqeyini əsaslandırılmaması), işin hallarının tam araşdırılmaması,bu hallar göstərir ki, konvensiyada nəzərdə tutulmuş qərəzsiz, ədalətli və açıq araşdırılması prinsipləri pozulmuşdur.

9. İşin həqiqi halları ondan ibarətdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ölkədən xaricə, xüsusən də Türkiyəyə gedib-gəlmək üçün sənədlərin qeydiyyata alınmasına və yanacağına 8.235 manat və avtomobilinin təmiri üçün ona hissə-hissə 2.000 manat, cəmi 10.235 manat pul vermiş və Cavabdeh müxtəlif bəhanələr gətirərək İddiaçı etiraf etmişdir ki, 4.000 ABŞ dolları qazanc əldə etmiş, onun verdiyi 2.000 manatı isə avtomobilin təmirinə xərcləmişdir. Ancaq avtomobilini təmir etdirməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Avtomobili İddiaçı təhvil verən zaman avtomobil başqa ustalara göstəriləndə avtomobilin təmir edilməməsi müəyyən olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsində İddiaçı tərəfindən ona hissə-hissə 8.235 manat və avtomobilin təmiri üçün ona hissə-hissə 2.000 manat verdiyini, həmin 2.000 manatını avtomobilə və Türkiyədə olarkən yemək içməyə xərclədiyini etiraf etmişdir. Məhkəməyə özü tərəfindən yazılmış vərəq göstərsə də məhkəmə onu sübut kimi işə əlavə etməmişdir. Apellyasiya instansiyası məhkəməsi bu halları nəzərə almamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

10. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

11. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

12. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

13. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı.

14. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

15. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.

16. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.

17. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

18. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

20. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

21. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı İddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qərardadın tam hissədə qanuniliyinin yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada və məzmunda verilməlidir. Şikayətin məzmunu Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddənin tələblərinə uyğun deyildir. Şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

27. Mülki Prosessual Məcəlləyə Əlavə 2-in “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” adlı 6-cı bəndində göstərilmişdir ki, Bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

28. MPM-ə Əlavə 2-in “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” adlı 7-ci bəndində göstərilmişdir ki, Bu hissədə şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

29. MPM-ə Əlavə 2-in “Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər” adlı 8-ci bəndində göstərilmişdir ki, bu hissədə məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir.

30. MPM-ə Əlavə 2-in “Apellyasiya şikayəti verən şəxsin tələbi” adlı 12-ci bəndində isə göstərilmişdir ki, bu hissədə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

31. Apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi iddiaçı İddiaçı qərardaddan verdiyi şikayətdə, iddiaçı tərəfindən apellyasiya şikayəti elektron formada tərtib edilərək elektron imza ilə təsdiq edilsə də, şikayətdə yalnız işin halları əks olunmuş, məhkəmənin gəldiyi nəticə ilə bağlı faktiki halların aydınlaşdırılmamasına, nəticənin işin hallarına uyğun gəlməməsinə dair dəlillər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin “Əlavə 2”-də təsbit edilmiş formasına uyğun olaraq tərtib edilməmiş, orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar tam doldurulmamış, bununla yanaşı, apellyasiya şikayəti verən şəxsin mübahisənin həlli ilə bağlı qərarın qəbul edilməsinə dair tələbləri birinci instansiya məhkəməsinin qətnaməsi ilə uyğun deyil. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının xeyrinə cavabdehdən 8.235 manat borc pulun tutulması qət edilmiş olsa da, apellyasiya şikayətində apellyator tərəfindən 10.235 manat borc pulun tutulması xahiş edilmişdir.

32. Məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qənaətə gəlmişdir.

33. Yuxarıda qeyd olunanlara əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.

34. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Mülki Prosessual Məcəlləsinin 363.4-cü maddəsinə əsasən həmin Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının e-*(*-*)-***/**** nömrəli, # #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar