Məhkəmə qərarları › İş №e-2(1-8)-2394/2026

Ali Məhkəmə Qərar — İş №e-2(1-8)-2394/2026

14.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № e-2(1-8)-2394/2026 14.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh3 və cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti, ümumi məhkəmə) Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlundan (mәruzәçi), Kommersiya Kollegiyasının hakimi Qarayev Sәnan Mәmmәd oğlu vә İnzibati Kollegiyasının hakimi Nәbizadә Rahib Sahib oğlundan ibarәt qarışıq mәhkәmә tәrkibindә, iddiaçı İddiaçı QSC cavabdehlәr cavabdeh1, cavabdeh2, cavabdeh3 vә cavabdeh4 qarşı qarşı “pul” tәlәbinә dair iş üzrә Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin e-*(***)-****/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrardadından cavabdeh cavabdeh2 şikayәtinә ## ###### 2026-cı il tarixdә yazılı icraat qaydasında baxaraq, aşağıdakı qәrarı qәbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı QSC (bundan sonra hәmçinin “iddiaçı” vә ya “Bank”) iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdеhlәr cavabdeh4, cavabdeh3, cavabdeh1 vә cavabdeh2 müştәrәk qaydada Bankın хеyrinә ***R********** saylı krеdit sazişi - biznes krediti vә girov barәdә qarışıq razılaşma üzrә 3977,78 manat mәblәğindә krеdit bоrcu, 213,41 manat mәblәğindә faiz bоrcu vә 171,85 manat cәrimә borcu olmaqla, cәmi 4363,04 manat mәblәğindә bоrcun vә ödәnilmiş 63,64 manat dövlәt rüsumunun tutulması barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir.

2. İddia tәlәbi belә әsaslandırılmışdır ki, Qәhrәmanova Leyla Ənvәr qızına, Bankla bağladığı ##.##.2022-ci il tarixli, ***L************ saylı uzunmüddәtli kredit vә tәminat müqavilәsinә әsasәn 120 ay müddәtinә 500000 manat mәblәğindә krеdit хәtti açılmışdır. Bu müqavilәyә әsasәn borcalana vеrilәcәk mәblәğ vә müddәt ayrıca оlaraq, krеdit razılaşması ilә müәyyәn olunmuşdur. Uzunmüddәtli kredit vә tәminat müqavilәsi üzrә Qәhrәmanova X1 bağladığı ##.##.2022-ci il tarixli ***R********** saylı krеdit sazişi - biznes krediti vә girov barәdә qarışıq razılaşma әsasında 24 ay müddәtinә, aylıq faiz dәrәcәsi 1.9167% оlmaqla, ödәniş planı üzrә hissәhissә qaytarmaq şәrti ilә 10000 manat mәblәğindә krеdit götürmüşdür. Tәrәflәrin imzaladıqları ##.##.2023-cü il tarixli ***R**********S saylı sazişlә razılaşmaya vә ödәniş planına dәyişiklik edilmişdir. Qәhrәmanova Leyla Ənvәr qızı uzun müddәtli kredit vә tәminat müqavilәsinin 1.12-ci bәndinin tәlәbini pоzaraq krеdit razılaşması üzrә ödәmәlәri dәfәlәrlә yubatmış, krеdit bоrcu vә faiz bоrcundan ibarәt оlmaqla ödәmәli оlduğu vәsaitlәri ##.##.2024-cü il tarixdәn banka qaytarmamışdır. Qәhrәmanova Leyla Ənvәr qızı götürdüyü krеdit bоrcundan 6022,22 manat ödәmiş, onun 3977,78 manat mәblәğindә kredit borcu qalmışdır. Uzunmüddәtli kredit vә tәminat müqavilәsinin 4.4-cü bәndinә әsasәn faiz qaytarılmalı kredit mәblәği üzrә hәr gün üçün bank tәrәfindәn kreditin verildiyi tarixdәn onun tam qaytarılmasınadәk hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dәrәcәsinin 1/360 hissәsi kimi hesablanır. Qәhrәmanova Leyla Ənvәr qızı kredit borcu vә faiz borcundan ibarәt olmaqla ödәmәli olduğu vәsaitlәri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixә 216 gün üçün hesablanmış faiz borcu 213,41 manat tәşkil edir. Uzunmüddәtli kredit vә tәminat müqavilәsinin 4.9-cu bәndinә uyğun оlaraq borclu ödәniş planı üzrә krеditi vә оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hәr gеcikdirilәn gün üçün kredit qalığının 0.2 % mәblәğindә cәrimә ödәmәlidir. ##.#.2025-ci il tarixә 216 gün üçün hеsablanmış cәrimә 171,85 manat tәşkil edir. Uzunmüddәtli krеdit vә tәminat müqavilәsinin 12.1.2-ci bәndinin “a” yarımbәndinә әsasәn krеdit alan müvafiq оlaraq krеditi vә faizi ödәniş planına uyğun оlaraq qaytara bilmәdikdә Kreditor müqavilәyә vaxtından әvvәl xitam vеrmәk, qalan krеdit mәblәğini, faiz bоrcunu vә müqavilә üzrә hеsablanmış cәrimәni tәlәb еtmәk hüququna malikdir. ##.##.2023-cü il tarixdә cavabdeh2 banka әrizә ilә müraciәt edәrәk bacısı Qәhrәmanova Leyla Ənvәr qızının vәfat etdiyini bildirmiş vә kredit borcunun onun tәrәfindәn ödәnilәcәyini qeyd etmişdir. Bundan sonra ##.##.2023-cü il tarixdә cavabdeh2 ilә ***R**********S saylı saziş bağlanmış vә hәmin sazişә әlavә olunmuş ödәniş cәdvәli üzrә ödәnişlәrin onun tәrәfindәn hәyata keçirilәcәyi ilә bağlı razılığa gәlinmişdir. Bundan әlavә cavabdeh Qәhrәmanova Leyla Ənvәr qızının vәfat etdiyi banka mәlum olduğundan notariat ofislәrinә müvafiq sorğular verilmiş vә Bakı şәhәri * saylı Asan Xidmәt Mәrkәzindә Notariat Ofisinin ##.##.2025-ci il tarixli, **** saylı cavab mәktubu ilә ##.##.2024-cü il tarixdә 2V-621 reyestr nömrәsi ilә rәsmilәşdirilmiş qanun üzrә vәrәsәlik hüququ haqqında şәhadәtnamә verildiyi mәlum olmuşdur. Nәticәdә cavabdeh4, cavabdeh3 vә cavabdeh1 miras әmlakını qәbul etdiklәrindәn onlar Qәhrәmanova Leyla Ənvәr qızının vәrәsәlәri hesab edilir.

3. Cavabdeh cavabdeh2 vәsatәtlә mәhkәmәyә müraciәt edәrәk, mülki işin baxılması üçün aidiyyәti üzrә Bakı Kommersiya Mәhkәmәsinә göndәrilmәsini xahiş etmişdir.

4. Vәsatәt belә әsaslandırmışdır ki, iddia tәlәbindәn dә göründüyü kimi uzunmüddәtli kredit vә tәminat müqavilәsi üzrә Qәhrәmanova Leyla Ənvәr qızı, “xxxx” QSC ilә bağladığı ##.##.2022-ci il tarixli ***R********** saylı krеdit sazişi - biznes krediti vә girov barәdә qarışıq razılaşma әsasında 24 ay müddәtinә, aylıq faiz dәrәcәsi 1.9167% оlmaqla, ödәniş planı üzrә hissә-hissә qaytarmaq şәrti ilә 10000 manat mәblәğindә krеdit götürmüşdür. Yәni mübahisәnin әsasını sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsinә dair QSC ilә fәrdi sahibkar arasında bağlanmış kredit müqavilәsi tәşkil edir.

5. Bakı Şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin e-*(***)-****/**** nömrәli, ## ##### 2026cı il tarixli qәrardadı ilә vәsatәt tәmin edilmәmişdir. (hakim Nərgiz Tağıyeva)

6. Birinci instansiya mәhkәmәsi qeyd etmişdir ki, İddiaçı QSC ilә mәrhum borcalan Qәhrәmanova Leyla Ənvәr qızı arasında bağlanmış müqavilә biznes krediti olmaqla, borcalan tәrәfindәn sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsi ilә bağlı olmuşdur. Mübahisә ilkin olaraq sahibkarlıq fәaliyyәti ilә bağlı kredit münasibәtindәn irәli gәlsә dә, hazırda iddia tәlәbi birbaşa borcalana qarşı deyil, onun vәfat etmәsi sәbәbindәn vәrәsәlәrinә qarşı yönәldilmişdir. Belә olan halda, mübahisәnin hüquqi mahiyyәti artıq sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsi ilә bağlı münasibәtlәrdәn deyil, miras әmlakı qәbul edәn vәrәsәlәrin miras qoyanın öhdәliklәrinә görә mәsuliyyәt daşıması ilә bağlı öhdәlik müәyyәn edәn vәrәsәlik hüquq münasibәtlәrindәn irәli gәlir. Yәni hazırkı mәrhәlәdә cavabdehlәr sahibkarlıq fәaliyyәti ilә bağlı götürülmüş kredit münasibәtinin tәrәfi kimi deyil, miras qoyanın hüquq vә öhdәliklәrini qәbul etmiş vәrәsәlәr kimi mülki prosesdә iştirak edirlәr.

7. Birinci instansiya mәhkәmәsi gәldiyi nәticәni Mülki Prosessual Mәcәllәnin 24.2, 25.1, 26.1-ci maddәlәri vә Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun “İşlәrin ümumi vә yaxud kommersiya mәhkәmәlәrinә aidiyyәtinin müәyyәn edilmәsi, mәhkәmә aidiyyәti ilә bağlı mübahisәlәrә vә mәhkәmәlәr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyәtlәrinә dair” ##.##.2020-ci il tarixli ** nömrәli Qәrarına istinadla әsaslandırmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri

8. Cavabdeh cavabdeh2 şikayәt verәrәk, qәrardadın lәğv, vәsatәtin tәmin edilmәsini, işin baxılması üçün Bakı Kommersiya Mәhkәmәsinә göndәrilmәsini xahiş etmişdir.

9. Şikayәt belә әsaslandırılmışdır ki, qanunverici mәhkәmә aidiyyәtini yeni qaydada müәyyәn edәn zaman, hәm mübahisәnin subyekt tәrkibinin, hәm dә predmetinin mәhz sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsi ilә bağlı olmasını tәlәb edir. Hәmin meyar üzrә qiymәtlәndirmәnin hәyata keçirilmәsi zamanı mübahisәnin predmetini tәşkil edәn tәlәbin tәrәflәrdәn yalnız birinin sahibkarlıq fәaliyyәtindәn irәli gәlmәsi vә ya onun sahibkarlıq fәaliyyәti ilә bağlı olması işin kommersiya mәhkәmәsindә baxılması üçün yetәrli deyildir. İş materiallarından görünür ki, ##.##.2023-cü il tarixdә onunla bank arasında ***R**********S saylı saziş bağlanmış vә hәmin sazişә әlavә olunmuş ödәniş cәdvәli üzrә ödәnişlәrin tәrәfindәn hәyata keçirilәcәyi ilә bağlı razılığa gәlinmişdir. Hazırda mәhkәmәnin icraatında olan mübahisә vәrәsәlәr arasında deyil, sazişlә öhdәliklәri qәbul etmiş bankla onun arasında olmalı vә iddia tәlәbinә aidiyyәti üzrә Kommersiya mәhkәmәsindә baxılmalıdır.

10. Bakı Şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә işlә birlikdә baxılması üçün kassasiya instansiyası mәhkәmәsinә göndәrilmişdir.

11. Birinci instansiya mәhkәmәsi şikayәtin dәlillәrinә münasibәtdә qeyd etmişdir ki, cavabdeh mәrhumun öhdәliklәrinin onun tәrәfindәn ödәnilәcәyinә dair bankla müqavilә bağlamasına istinad etsә dә, özünün sahibkarlıq fәaliyyәti ilә mәşğul olması vә hәmin borcu mәhz sahibkarlıq fәaliyyәtindәn irәli gәlәrәk ödәmәk öhdәliyini üzәrinә götürmәsinә dair hәr hansı sübut tәqdim etmәmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayәtinә qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddә 60 (İ). Hәr kәsin hüquq vә azadlıqlarının mәhkәmәdә müdafiәsinә tәminat verilir; Maddә 62. Mәhkәmә aidiyyәtinin dәyişdirilmәsinә yol verilmәmәsi Hәr kәsin onun işinә qanunla müәyyәn edilmiş mәhkәmәdә baxılması hüququ vardır. Şәxsin razılığı olmadan onun işinә başqa mәhkәmәdә baxılmasına yol verilmir.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddә 15. İşlәrin Azәrbaycan Respublikası qanunvericiliyi ilә müәyyәn edilmiş mәhkәmә aidiyyәtinin dәyişdirilmәsi vә ya әsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddә 13.2.37. Sahibkarlıq fәaliyyәti - şәxsin müstәqil surәtdә, öz riski ilә hәyata keçirdiyi, әsas mәqsәdi әmlak istifadәsindәn, malların tәqdim edilmәsindәn, işlәr görülmәsindәn vә ya xidmәtlәr göstәrilmәsindәn mәnfәәt (fәrdi sahibkarlar tәrәfindәn gәlir) götürülmәsi olan fәaliyyәtidir; Maddә 33.1. Vergi nәzarәtinin hәyata keçirilmәsini tәmin etmәk mәqsәdi ilә vergi ödәyicisi olan hüquqi şәxslәr, olduqları (dövlәt qeydiyyatı haqqında sәnәdlәrdә qeyd olunmuş hüquqi ünvan), vergiyә cәlb olunan gәliri Azәrbaycan mәnbәyindәn olan vә bu gәlirdәn ödәmә yerindә vergi tutulmayan qeyri-rezidentlәr Azәrbaycan mәnbәyindәn gәlirin alındığı yer üzrә, fәrdi sahibkarlar vә bu Mәcәllәnin müddәalarına uyğun olaraq bәyannamә vermәli olan rezident fiziki şәxslәr yaşadıqları, xüsusi notariuslar isә fәaliyyәt göstәrdiyi yer üzrә vergi orqanlarında uçota alınır; Maddә 33.3. Hüquqi şәxsin vә sahibkarlıq fәaliyyәtini hüquqi şәxs yaratmadan hәyata keçirәn fiziki şәxsin (bundan sonra - fәrdi sahibkar) bu Mәcәllә ilә vergi ödәmәsi vәzifәsini şәrtlәndirәn halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödәyicisi kimi uçota alınır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddә 13. Sahibkarlıq fәaliyyәti şәxsin müstәqil surәtdә hәyata keçirdiyi, әsas mәqsәdi әmlak istifadәsindәn, әmtәә satışından, işlәr görülmәsindәn vә ya xidmәtlәr göstәrilmәsindәn mәnfәәt (fәrdi sahibkarlar tәrәfindәn gәlir) götürülmәsi olan fәaliyyәtdir.

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddә 1. Sahibkarlıq fәaliyyәtini şәxsin müstәqil surәtdә hәyata keçirdiyi, әsas mәqsәdi әmlak istifadәsindәn, malların istehsalından vә (vә ya) satışından, işlәr görülmәsindәn vә ya xidmәtlәr göstәrilmәsindәn mәnfәәt (fәrdi sahibkarlar tәrәfindәn gәlir) götürülmәsi olan fәaliyyәtdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddә 24.2. Mübahisәnin ümumi mәhkәmәyә vә ya kommersiya mәhkәmәsinә aidiyyәti işdә iştirak edәn şәxslәrin subyektiv tәrkibi, mübahisәnin predmeti vә hüquq münasibәtlәrinin xarakteri nәzәrә alınmaqla, bu Mәcәllәyә müvafiq olaraq müәyyәn edilir. Maddә 26.1. Sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsi ilә әlaqәdar olan mübahisәlәrә (kommersiya mübahisәlәrinә) dair işlәrә mülki mәhkәmә icraatı qaydasında kommersiya mәhkәmәlәri baxır. Maddә 26.2. Kommersiya mәhkәmәlәri bu Mәcәllәnin 40-5-ci fәslindә nәzәrdә tutulmuş işlәrә, habelә sahibkarlıq fәaliyyәti ilә әlaqәdar olduqda bu Mәcәllәnin 35-ci vә 40-2-ci fәsillәrindә nәzәrdә tutulmuş işlәrә vә qanunla onların sәlahiyyәtlәrinә aid edilәn digәr işlәrә dә baxırlar. Maddә 31.1. Aidiyyәt qaydalarının pozulmasına yol verilmir. Maddә 32.4. Aidiyyәt haqqında mәsәlә qalxdıqda, hakim işin aidiyyәti üzrә göndәrilmәsi vә ya aidiyyәt haqqında әrizәnin rәdd edilmәsi barәdә әsaslandırılmış qәrardad çıxarır. Maddә 44.2.2. İş hәmin mәhkәmәdә baxıldığı zaman onun aidiyyәt qaydalarının pozulması ilә icraata qәbul edildiyi aşkar olarsa mәhkәmә işi başqa mәhkәmәdә baxılmağa verir. Maddә 403-1.1. İşdә iştirak edәn şәxslәr işin mәhkәmә aidiyyәti üzrә göndәrilmәsi vә ya mәhkәmә aidiyyәti haqqında әrizәnin rәdd edilmәsi barәdә qәrardadlardan şikayәt vermәk hüququna malikdirlәr. Maddә 403-1.2. Kasasiya instansiyası mәhkәmәsi tәrәfindәn mәhkәmә aidiyyәtinә dair mübahisәlәrә bu maddәdә müәyyәn edilmiş xüsusiyyәtlәr nәzәrә alınmaqla, bu Mәcәllәnin 43cü fәslindә müәyyәn olunmuş qaydalara uyğun olaraq baxılır. Maddә 403-1.6. Kasasiya instansiyası mәhkәmәsindә mәhkәmә aidiyyәtinә dair mübahisәlәr üzrә şikayәtlәrә vә mәhkәmә aidiyyәtinә dair mәhkәmәlәr arasında fikir ayrılığı mәsәlәlәrinә mülki, kommersiya vә inzibati kollegiyalara daxil olan hakimlәrin qarışıq tәrkibindә tәrәflәrin tәqdim etdiyi sәnәdlәr әsasında, mәhkәmә baxışı keçirilmәdәn vә tәrәflәr izahatları dinlәnilmәk üçün çağırılmadan 10 gün müddәtindә baxılır.[576] Maddә 403-1.7. Kasasiya instansiyası mәhkәmәsi mәhkәmә aidiyyәti mәsәlәsini hәll edәrkәn mәhkәmәlәr tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq edilmәsini yoxlayır. Maddә 403-1.8. Kasasiya instansiya mәhkәmәsi mәhkәmә aidiyyәtinә dair mübahisәlәr üzrә şikayәtә baxarkәn: işin mәhkәmә aidiyyәti üzrә göndәrilmәsi vә ya mәhkәmә aidiyyәti haqqında әrizәnin rәdd edilmәsi barәdә qәrardadı dәyişiklik edilmәdәn, şikayәti tәmin etmәdәn saxlaya bilәr; işin mәhkәmә aidiyyәti üzrә göndәrilmәsi vә ya mәhkәmә aidiyyәti haqqında әrizәnin rәdd edilmәsi barәdә qәrardadı tamamilә lәğv edib, yeni qәrar qәbul edә bilәr; işin mәhkәmә aidiyyәti üzrә göndәrilmәsi vә ya mәhkәmә aidiyyәti haqqında әrizәnin rәdd edilmәsi barәdә qәrardadı tamamilә lәğv edib, әrizәni yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә göndәrә bilәr.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli Qərarı “Azәrbaycan Respublikası Konstitusiyasının 62-ci maddәsinә görә mәhkәmә aidiyyәtinin qanunsuz dәyişdirilmәsinә yol verilmir. Hәmin maddәyә әsasәn hәr kәsin onun işinә qanunla müәyyәn edilmiş mәhkәmәdә baxılması hüququ vardır. Mәhz bu baxımdan mәhkәmә aidiyyәti qanunvericiliklә dәqiq müәyyәn edilmәli vә bu norma mәhkәmә vasitәsindәn istifadә edәn subyektlәr üçün aydın olmalıdır. Mәhkәmә aidiyyәtinin qanunla dәqiq müәyyәn edilmәsi hәr kәsin hüquq vә azadlıqlarının mәhkәmә tәminatı hüququnun sәmәrәli hәyata keçirilmәsinә zәmanәt yaradır. Mәhkәmә aidiyyәti әdalәt mühakimәsinin hәyata keçirilmәsi zamanı şәxsin hüquqlarının vә qanunimaraqlarının әsas prosessual tәminatlarından biri kimi qәbul olunur. Bu isә mәhkәmә aidiyyәti qaydalarının qanunla dәqiq müәyyәn edilmәsini vә aydın başa düşülmәsini tәlәb edir. Əks halda mәhkәmә vә tәrәflәr qarşısında bu vә ya digәr işin hansı mәhkәmәdә baxılması mәsәlәsindә qeyri-müәyyәnliyin yaranması ilә yanaşı, mәhkәmәlәr tәrәfindәn işә ağlabatan müddәtdә baxılmasında çәtinlik yarana vә şәxsin pozulmuş hüquqlarının sәmәrәli bәrpa edilmәsi mümkünsüz ola bilәr. Mәhkәmә aidiyyәtinә dәqiq riayәt edilmәsi mübahisәnin müvafiq mәhkәmә icraatı qaydasında hәrtәrәfli araşdırılmasına zәmanәt yaradır. Mәhkәmә icraatı növündәn asılı olaraq mәhkәmә prosesi xüsusi prinsiplәr vә prosessual qaydalara müvafiq aparılır. Bu prinsip vә prosessual normalara riayәt edilmәsi mübahisәnin ixtisaslaşdırılmış qaydada әdalәtli hәll edilmәsinә şәrait yaradır. Mәhz ona görә mübahisәyә müvafiq mәhkәmә aidiyyәti qaydasında baxılması konstitusion baxımdan ciddi әhәmiyyәt kәsb edir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı 10-cu bәnd. 2019-cu il # #### tarixli Qanunla edilmiş dәyişikliklәrlә mәhkәmә aidiyyәtinin müәyyәn edilmәsi meyarları dәyişmәz qalsa da, onların tәtbiqi mexanizmindә köklü dәyişiklik edilmişdir. Belә ki, MPM-in 24.2-ci maddәsinin qüvvәdәn düşmüş redaksiyasında tәrәflәrin subyekt tәrkibi, mübahisәnin predmeti vә hüquq münasibәtlәrinin xarakterindәn ibarәt sadalanan üç qiymәtlәndirici meyarın hәr biri müstәqil şәkildә mübahisәnin ümumi mәhkәmәyә vә ya inzibatiiqtisadi mәhkәmәyә aidiyyәtini müәyyәn etmәyә imkan verirdisә, yeni redaksiyada mәhkәmә aidiyyәtinin müәyyәn edilmәsindә bu meyarların hәr üçünün qarşılıqlı bağlılığı tәlәb olunur; 11-ci bәnd. O da nәzәrә alınmalıdır ki, MPM-in 1-ci maddәsinin qeyd hissәsindә kommersiya mübahisәlәrinә anlayış verilәrkәn onların mәhz sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsi ilә әlaqәdar olan mübahisәlәrә aid olduğu göstәrilmişdir. MPM-in istinad olunan 1-ci, habelә 25 vә 26-cı maddәlәrinin tәlәblәrinә uyğun olaraq mübahisә üzrә tәrәflәrin hüquq münasibәtlәrinin xarakterinin sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsi ilә bağlı olması işin ümumi vә ya kommersiya mәhkәmәlәrinә aidiyyәtinin müәyyәnlәşdirilmәsi baxımından hәlledici meyardır. Göründüyü kimi, qanunverici mәhkәmә aidiyyәtini yeni qaydada müәyyәn edәn zaman, hәm mübahisәnin subyekt tәrkibinin, hәm dә predmetinin mәhz sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsi ilә bağlı olmasını tәlәb edir. Hәmin meyar üzrә qiymәtlәndirmәnin hәyata keçirilmәsi zamanı mübahisәnin predmetini tәşkil edәn tәlәbin tәrәflәrdәn yalnız birinin sahibkarlıq fәaliyyәtindәn irәli gәlmәsi vә ya onun sahibkarlıq fәaliyyәti ilә bağlı olması işin kommersiya mәhkәmәsindә baxılması üçün yetәrli deyildir. Belә ki, mәsәlәn: verilmiş istehlak krediti üzrә fәrdi sahibkar statusuna malik olan fiziki şәxsә qarşı borc tәlәbinә dair iddianın bankın sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsindәn irәli gәlmәsinә, habelә mübahisәnin hәr iki tәrәfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fәaliyyәtindә istifadә üçün deyil, şәxsi istehlak mәqsәdlәri ilә verilmәsi sәbәbindәn işә ümumi mәhkәmәdә baxılmalıdır; 13-cü bәnd. Əsas tәlәb (yaxud birlikdә baxılması mümkün olan әsas tәlәblәrdәn әn azı biri) üzrә mübahisәnin әn azı iki qarşı tәrәfin birgә hәyata keçirilәn sahibkarlıq fәaliyyәtindәn irәli gәldiyi mübahisәlәrә müqavilә münasibәtlәrindәn yaranan tәlәblәr aiddir. İş üzrә әn azı iki qarşı tәrәfin sahibkarlıq fәaliyyәtinin birgә vә yaxud ayrı-ayrılıqda hәyata keçirdiyi zaman yarana bilәn mübahisәlәrә әşya-hüquqi münasibәtlәrdәn irәli gәlәn istifadә, sahiblik vә mülkiyyәt hüquqlarının müdafiәsi, habelә deliktdәn irәli gәlәn tәlәblәr aiddir. Tәrәflәrin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fәaliyyәtinin hәyata keçirilmәsindәn meydana gәlәn mübahisәlәrә isә kommersiya hüquqi şәxsi ilә bağlı korporativ mübahisәlәr aiddir; 15-ci bәnd. Mәhkәmәlәrә hәmçinin izah edilir ki, kommersiya mübahisәlәrinin subyektlәrinin, habelә baxış predmetinin mümkün dairәsi dә mәhz mübahisә üzrә hüquq münasibәtinin xarakterinin sahibkarlıq fәaliyyәti ilә bağlı olmasına dair bu Qәrarın 13-cü bәndindә әks olunmuş yanaşma baxımından müәyyәnlәşdirilmәlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

13. Mәhkәmә tәrkibi şikayәtin dәlillәrini iş materialları ilә birlikdә araşdıraraq, aşağıdakıları qeyd edir.

14. MPM-in 24.2, 25.1 vә 26.1-ci maddәlәrinin, hәmçinin Ali Mәhkәmәnin istinad edilәn Plenum Qәrarının 10 vә 11-ci bәndlәrinin әlaqәli tәhlilindәn belә nәticәyә gәlinir ki, mübahisәnin ümumi vә ya kommersiya mәhkәmәsinә aidiyyәtinin müәyyәn edilmәsi üçün: 1) tәrәflәrin subyekt tәrkibi; 2) mübahisәnin predmeti; 3) hüquq münasibәtlәrinin xarakterinin sahibkarlıq fәaliyyәti ilә bağlılığı müәyyәn olunmalıdır.

15. İşin müәyyәn edilmiş hallarına әsasәn iddiaçı hüquqi şәxs olsa da, iddiaçı ilә kredit müqavilәsini (razılaşması) bağlamış cavabdehin sahibkar statusu yoxdur.

16. İşdәn görünür ki, Bankla ilkin olaraq borcalan Leyla Qәhrәmanova ilә ## #### 2022-ci il tarixdә sahibkarlıq mәqsәdilә kredit xәtti müqavilәsi vә kredit razılaşması imzalansa da, Leyla Qәhrәmanova vәfat etmiş, onun öhdәliklәrini ## #### 2023-cü il tarixli yeni razılaşma ilә cavabdeh2 öz üzәrinә götürmüşdür.

17. Cavabdeh cavabdeh2 mәrhum bacısının öhdәliklәrinin onun tәrәfindәn ödәnilәcәyinә dair bankla müqavilә bağlamasına istinad etsә dә, özünün sahibkarlıq fәaliyyәti ilә mәşğul olması vә hәmin borcu mәhz sahibkarlıq fәaliyyәtindәn irәli gәlәrәk ödәmәk öhdәliyini üzәrinә götürmәsinә dair hәr hansı sübut tәqdim etmәmişdir.

18. Başqa sözlә, Bankla cavabdeh2 arasındakı münasibәtlәr artıq yeni razılaşma üzrә yaranıb, hәmin razılaşma üzrә dә sonuncunun sahibkarlıq fәaliyyәti hәm müqavilәnin predmeti olan pulun artıq şәxsi istehlak mәqsәdi ilә verilmәsi, hәm cavabdeh2 statusu, hәm dә mübahisәnin xarakteri baxımından istisna edilir.

19. Ali Mәhkәmәnin Plenum Qәrarına görә isә mübahisәnin tәrәflәrdәn әn azı iki qarşı tәrәfin ayrı-ayrılıqda vә ya birgә hәyata keçirilәn sahibkarlıq fәaliyyәtindәn irәli gәlmәli olması işә kommersiya icraatı qaydasında baxılmasına imkan verir. Belәliklә, әn azı ilkin olaraq subyekt tәrkibi baxımından hazırkı mübahisәyә kommersiya mәhkәmәsindә baxılmalı olmadığı üçün birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә әsaslı olmuşdur.

20. Mәhkәmә tәrkibi xatırladır ki, yuxarıda qeyd olunan hәr üç şәrt birlikdә mövcud olduqda mübahisә kommersiya mәhkәmәsinә aid olur. Hüquqi qiymәtlәndirmә üzrә 1-ci test – tәrәflәrin subyekt tәrkibi ilә bağlı şәrt – tәsdiqini tapmadığı halda, digәr 2 testin yoxlanılmasına zәrurәt qalmır. Nәzәrә alınmalıdır ki, bu halda mübahisә kommersiya mübahisәsi kimi qiymәtlәndirilә bilmәz.

21. Belәliklә, mәhkәmә tәrkibi belә nәticәyә gәlir ki, birinci instansiya mәhkәmәsinin işin mәhkәmә aidiyyәti üzrә baxılması üçün kommersiya mәhkәmәsinә göndәrilmәmәsi ilә әlaqәdar gәldiyi nәticә faktiki cәhәtdәn әsaslı, prosessual hüquq normalarının tәtbiqi baxımından qanuni olmuşdur. Buna görә dә şikayәt tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrardadı dәyişdirilmәdәn saxlanmalıdır.

22. Yuxarıda şәrh edilәnlәri vә Mülki Prosessual Mәcәllәnin 403-1.8.1-ci maddәsini rәhbәr tutaraq, mәhkәmә tәrkibi

QƏRARA ALDI: Cavabdeh cavabdeh2 şikayәti tәmin edilmәsin. Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin e-*(***)-****/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılsın. Qәrar qәbul edildiyi andan qüvvәyә minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar