Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(1-8)-2794/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 ASC-yə və Bakı şəhəri * saylı Notariat Ofisinə qarşı iddiasına dair iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə olunmadıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-****/**** nömrəli iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 ASC-yə və Bakı şəhəri Səbail rayon Icra və Probasiya şöbəsinə (Bakı şəhəri * saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri * saylı Notariat Ofisinin X1 tərəfindən ##.##.2026 tarixdə aparılmış icra qeydi icra edilməməli hesab olunaraq ləğv edilməsi və istehlakçı hüququ pozulduğundan ona vurulmuş 19765,52 manat (cavabdeh cavabdeh3 ASC-nin tələb etdiyi həcmdə) mənəvi ziyan ödənilməsi, həmin icra qeydi əsasında başlanmış icra icraatı (Səbail rayon Icra və Probasiya şöbəsində) dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Rəna Qafarova) ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri * saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli icra qeydinin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, mənəvi zərər barədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-****/**** nömrəli iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsi (hakim Ikram Şirinov) ilə apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Iddiaçı İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin ləğv olunmasını, mənəvi zərərin məbləğinin müəyyən edilməsi üçün əlavə hüquqi qiymətləndirmənin zəruriliyi halında isə qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. MPM-in 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Hazırkı iş üzrə iddiaçı kassasiya şikayətində dövlət rüsumundan azad olduğunu əsaslandırmış və istehlakçıların hüquqlarının pozulması ilə bağlı verdikləri iddialar üzrə iddiaçıların dövlət rüsumundan azad edilməsinə dair müddəaya istinad etmişdir. Lakin tərəflər arasındakı hüquq münasibəti kredit öhdəliyindən irəli gələn münasibət olduğundan, istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı münasibət hesab edilə bilməz. Belə ki, “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən istehlakçı statusunun müəyyən edilməsi üçün şəxsin malı, işi və ya xidməti şəxsi tələbatının, yaxud digər istehlak məqsədlərinin ödənilməsi məqsədilə əldə edən və ya sifariş verən fiziki şəxs olması nəzərə alınmalıdır. Hazırkı iş üzrə isə mübahisənin istehlakçı hüquqularının müdafiəsi ilə bağlı olması və bu səbəbdən dövlət rüsumundan azad edilməsi üçün qanuni əsaslar mövcud deyil. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla MPM-in 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.3 və 408.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-****/**** nömrəli iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(1-8)-2794/2026
Ali Məhkəmə Qərardad — İş №e-2(1-8)-2794/2026
11.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver