Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-1579/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı MMC-nin cavabdehlər Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 35 saylı Dövlət Notariat Kontoru və Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: notariusun verdiyi icra qeydıərinin ləğvi, işin məhkəmə aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğl undan ibarət məhkəmə tərkibində, İddiaçı MMC-nin cavabdehlər Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 35 saylı Dövlət Notariat Kontoru və Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydlərinin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 3682/2025 saylı qərardadından İddiaçı MMC-nin şikayətinə yazılı icraat qaydasında baxaraq, İşin halları
1. İddiaçı MMC kommersiya qurumu kimi dövlət qeydiyyatına alınmışdır.
2. Maraqlı şəxs ASC ilə İddiaçı MMC arasında xx.xx.2019-cü il tarixli və xx.xx.2019cu il trarixli kredit müqavilələri bağlanmış, sonuncuya kredit verilmişdir.
3. Həmin kredit müqavilələri üzrə notariuslar icra qeydi vermişlər.
4. İddiaçı MMC ve rilmiş icra qeydləri ilə razılaşmır. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MMC (bundan sonra “iddiaçı” və ya “MMC”) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Bakı şəhəri 32 saylı Notariat Ofisi tərəfindən aparılmış xx.xx.2023-cü il tarixli, 8İ-3340 Reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 8İ8689 Reyestr nömrəli, Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən aparılmış xx.xx.2023cü il tarixli, 8İ-4234 Reyestr nömrəli, Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən aparılmış xx.xx.2023-cü il tarixli, 8İ-6757 Reyestr nömrəli və Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən aparılmış xx.xx.2023-cü il tarixli, 8İ-3359 Reyestr nömrəli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Maraqlı şəxs ASC iddia ərizəsində üzrə maraql ı şəxs qismində qeyd edilib.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3682/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsini geri qaytarılmış, iddiaçıya aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. (hakim Leyla Şövkətli-Mənsimli)
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı kommersiya qurumu kimi dövlət qeydiyyatına alınmışdır. Maraqlı şəxs ASC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cü il tarixli və xx.xx.2019-cu il trarixli kredit müqavilələrinin məqsədi ticarət və xidmət sektorudur.
9. İddiaçı (vəkil-nümayəndə X1) vəkili şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir
10. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyil və i ddiaçı ilə cavabdehlər arasındakı münasibətlər sahibkarlıq fəaliyyətindən irəli gəlmir. İddiaçı notariat orqanlarının apardığı qeydi (dolayısı ilə notariat orqanının hərəkətini) mübahisələndir və bu tipli mübahisələrə baxılması MPMnin 26-cı maddəsinə əsasən kommersiya məhkəmələrinin səlahiyyətlərinə aid edilməmişdir. Belə ki, kommersiya məhkəmələri xüsusi ixtisaslaşdırılmış məhkəmələr olduğu üçün həmin məhkəmələrin baxa biləcəyi mübahisələrin dairəsi MPM-nin 26-cı maddəsi ilə konkret olaraq müəyyənləşdirilmişdir. MPM-nin 26.2-ci maddəsində kommersiya məhkəmələrinin qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxması qeyd olunsa da, hazırki iddia tələbinə dair işlərə məhz kommersiya məhkəmələri tərəfindən baxılması ilə bağlı qanunvericilikdə hər hansı bir norma yoxdur. Digər tərəfdən hazırki iddia tələbi ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə əsasən də iddiaçının kommersiya hüquqi şəxsi olmasından və icra qeydinin verilməsinə əsas olmuş müqavilənin sahibkarlıq fəaliyyəti ilə əlaqədar bağlanmasından asılı olmayaraq bu tipli iddialara ümumi məhkəmələr, apellyasiya və kassasiya instansiya məhkəmələrinin isə Mülki Kollegiyaları tərəfindən baxılır. Bununla bağlı Ali Məhkəmənin Mülki Kollegiyasının çoxsaylı qərarları mövcuddur və həmin qərarlardan bir neçəsini (xx.xx.2024-cü il tarixli, 2(102)-247/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2(102)-3211/2024 saylı qərarlar) misal göstərmək olar. Bu səbəbdən də həm göstərilən prosessual hüquq normalarının tələbləri, həm də hazırki iddia tələbinə dair mübahisələrə baxılması ilə bağlı formalaşmış məhkəmə təcrübəsi məhkəmə tərəfindən pozulmuş və əsassız qərardad qəbul edilmişdir.
11. Xətai Rayon Məhkəməsinin e-2(011)-3682/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət əsassız sayılaraq baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində n əzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. Maddə 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarı Bənd
11. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MP M-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetər li deyildir. Bənd
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndində qeyd edilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik i ki halla məhdudlaşdırmışdır, birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Kassasiya instansiya məhkəməsinin mövqeyi
12. Məhkəmə tərkibi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin mövqeyini və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, qərardad ləğv olunmalı və iş mahiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir.
13. Belə ki, MPM-in “Mülki məhkəmə icraatı haqqında qanunvericilik” adlanan birinci maddəsinin qeyd hissəsində göstərilmi şdir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.
14. MPM-in 24.2 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
15. Məhkəmə tərkibi qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterini müəyyən etməklə yanaşı, tərəflərin subyektiv tərkibini araşdırmaq da, diqqətdən kənarda qalmamalıdır. 16. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilmə si, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının 11-ci bəndində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanu nverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
17. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
18. Hazırkı iş üzrə də iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxs statusuna mali k olsa da, cavabdehlər olan notariat ofisləri sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxs statusuna malik deyildir.
19. Buna görə də hazırkı mübahisə subyektiv tərkib baxımından kommersiya mübahisələrinin şərtlərinə uyğun gəlmir.
20. Bundan başqa iddia ərizəsindən görünür ki, tələb notariusun icra qeydinin ləğvi ilə əlaqədardır. Tələb məhz notariat ofislərinə qarşı yönəlmişdir. 21. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli Qərarının 8-ci bəndi ilə notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması müəyyənləşdirilmişdir.
22. Bu isə ona dəlalət e dir ki, mübahisə mahiyyət baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir.
23. Digər tərəfdən “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldən görünür ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq - Xüsusi notarius və vəkillərin peşə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan mübahisələrə ümumi məhkəmələ r baxır.
24. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırki ərizənin aidiyyəti üzrə ümumi məhkəməyə verilməsi düzgün olsa da, birinci instansiya məhkəməsinin ərizəni aidiyyət qaydalarına uyğun verilməməsi əsası ilə geri qaytarması həm prosessual qanunvericiliyə, həm Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun istinad olunan qərarlarında əks edilən hüquqi mövqelərə əsasən artıq formalaşmış məhkəmə təcrübəsinə zidd olmuşdur.
25. Beləliklə, qərardad ləğv olunmalı və aidiyyət qaydalarına uyğun olaraq iş mahiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir.
26. Beləliklə, qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 24.2, 26.1, 26.2, 32.7, 403-1.6, 403-1.7 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin olunsun. İddiaçı MMC-nin cavabdehlər Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 35 saylı Dövlət Notariat Kontoru və Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydlərinin ləğv edilməsi tələbinə dair” iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)3682/2025 saylı qərardadı ləğv olunsun. İş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.