Məhkəmə qərarları › İş №e-2(102)-1877/2024

Ali Məhkəmə Qərar — İş №e-2(102)-1877/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-1877/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının Cavabdeh qarşı “pul və əşyaların təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ İş № 2(102)-1877/2024 Açar sözlər: məhkəmə aidiyyəti, işin kommersiya məhkəməsinə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının Cavabdeh qarşı “pul və əşyaların təhvil verilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, e-2(011)-3983/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə olunmamış icarə müddəti üçün iddiaçı tərəfindən cavabdehə ödənilmiş 10500 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; icarə obyektində qalmış 2185 manat pulun və siyahı üzrə 59 adda əşyaların cav abdeh tərəfindən iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(011)3983/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, iddiaçıya müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir.

3. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 25.1, 26.1, 26.2, 31.1, 152.1.3, 152.4-cü maddələrinə istinad edərək göstərmişdir ki, tərəflər arasında 20 may 2011-ci il tarixində icarə müqaviləsi bağlanmış, 13 iyun 2023-cü il tarixində isə İcarə müqaviləsinə dəyişiklik edilməsi barədə Razılaşma imzalanmışdır. İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialıdır, cavabdeh is ə X1 Nömrəsinə (VÖEN) malikdir, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Odur ki, mübahisənin hər iki tərəfinin münasibət yaranan zaman VÖEN-ə malik olması, münasibətin özünün gəlir götürmək məqsədi daşıması, sahibkarlıq fəaliyyətindən irəli gəlməsi, mübahisənin icarə haqqı, icarəyə verilmiş əşyalarla bağlı olması səbəbindən hazırki tələbə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Şikayətin dəlilləri:

4. İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın icraata götürülməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir.

5. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Vergi Məcəlləsinin 99.3.3-cü, Mülki Prosessual Məcəllənin 26-cı maddələrinin təl əbləri pozulmuşdur. Belə ki, məhkəmə iddia tələbinin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini qeyd etsə də, nəzərə almamışdır ki, əmlakın icarəyə verilməsi qeyri-sahibkarlıq fəaliyyətidir. Tərəflər arasında bağlanmış icarə müqaviləsi əsasında icarə münasibətləri yaranmışdır. İcarə fəaliyyəti isə sahibkarlıq fəaliyyətinə aid edilmədiyindən tərəflər arasında yaranmış mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gəldiyi qənaətinə gəlinməsi qanunsuz olunmuşdur. Həmçinin məhkəmə qərardadında “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarına istinad etsə də, həmin qərarın 12 və 14-cü bəndlərini nəzərə almamışdır.

6. Birinci instansiya məhkəməsinin 08 aprel 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə etiraz verilməmişdir. Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahi bkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələr inə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının:

11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyy ətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

10. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

12. Hazırki işin mübahisəsiz hallarına görə, iddiaçı hüquqi şəxs olmaqla, cavabdeh isə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. O cümlədən, cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsini iddiaçının icarəsinə verməklə, gəlir əldə etmişdir.

13. İddiaçının mübahisələndirdiyi hal, icarə müqaviləsindən irəli gələn münasib ətlərin sahibkarlıq fəaliyyətinə aid olub-olmamasıdır. İddiaçı hesab edir ki, Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən icarə münasibətləri qeyri-sahibkarlıq fəaliyyətinə aid olduğundan, hazırki mübahisəyə aidiyyəti üzrə ümumi məhkəmələrdə baxılmalıdır.

14. Məhkəmə kollegiyası iddiaçının şikayətinin bu dəlili ilə razılaşmayaraq izah edir ki, işlərin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən olunması üçün Vergi Məcəlləsinin müddəalarına istinad əsassızdır. Vergi Məcəlləsinin qeyd olunan maddəsinin məqsədi vergi ödəyicisi ilə vergi orqanları arasında münasibətlərdə gəlirlərin sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətindən əmələ gəlməsinin müəyyən olunmasına yönəldilmişdir. İddiaların məhkəmə aidiyyətini isə Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları müəyyən edir. 15. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 11 və 12-ci bəndlərində formalaşdırılmış hüquqi mövqeyə görə, tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

16. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin tələbləri, istərsə də Ali Məhkəməsi Plenumunun hüquqi mövqeləri baxımından hazırkı mübahisəyə ümumi məhkəmədə baxılması istisna olunur.

17. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməlidir.

18. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Pakistan Mi lli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3983/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar