Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-2533/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARI Açar sözlər: məhkəmə aidiyyəti, kommersiya mübahisəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlunun (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan Kommersiya kollegiyasının hakimi X1 ibarət qarşıq tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3742/2024 saylı, 10 may 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən veril miş şikayətə 21 iyun 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq İşin halları və iş üzrə qəbul olunmuş məhkəmə aktları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 9.560 manat maddi ziyan, 100 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 115,6 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)3742/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin, o cümlədən ödənilmiş 115,60 (yüz on beş manat, altmış qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışd ır.
3. İddiaçının nümayəndəsi, Vəkil Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-3742/2024 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və işə Binəqədi Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini geri qaytarılmışdır. Məhkəmə hesab etmişdir ki, mübahisə hər iki tərəfin birgə və ayrı-ayrılıqda həyata keçirdiyi sahibkarlıq fəlaliyyətindən irəli gəldiyindən kommersiya mübahisəsi hesab edilir və işə ümumi məhkəmədə baxıla bilməz. Bakı şəhəri Binəqədi rayon Məhkəməsi məhkəmə aidiyyəti ilə bağlı yanlışlığa yol vermişdir. Çünki, İddiaçı vergi orqanında qeydiyyatdan keçərək vergi ödə yicisinin eyniləşdirmə nömrəsini alsa da onun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab edilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 96.1-ci maddəsinin 3-cü bəndinə əsasən ödəmə mənbəyində vergi tutulduğu halda, vergi tutma obyekti vergiyə cəlb olunan gəlir. Həmin Məcəllənin 97.3-cü maddəsinə əsasən gəlirlərə aid edilir: - Muzdlu işlə əlaqədar əldə edilən gəlir; - Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; - vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gə lirdir. VM-in 99.1-ci maddəsinə əsasən muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə görə sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir: 99.2.1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir; 99.2.2. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir; 99.2.3. əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər; Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə görə əmlakın icarəyə verilməsindən əldə edilən gəlir qeyrisahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlir hesab edilir. İddiaçı əmlakın icarəy ə verilməsindən gəlir əldə edən və ödəmə mənbəyində vergi tutulan vergi ödəyicisidir. Məhkəməyə təqdim edilən icarə müqaviləsindən də görünür ki, X2 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi nəqliyyat vasitəsinin icarə verilməsindən irəli gələn münasibətləri tənzimləyir. Bu baxımdan iddiaçının fəaliyyəti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan fəaliyyətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 25.1ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçiri lməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində isə qeyd edilir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarl ıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 14-cü bəndində qeyd edilir ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin ş əxsin sahibkarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış e-2(001)-3742/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı ləğv edilməlidir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkməsinin 29 may 2024-cü il tarixli, 2(001)3742/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
5. Birinci instansiya məhkəməsi MPM-in 24.2, 26.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, yaranmış mübahisə qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasındadır və mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağl ı delikt əsasında yaranmış kommersiya mübahisədir.
6. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
7. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahis ələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 8. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subye kt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
9. Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblər dən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
10. Bundan əlavə, həmin Qərarın 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı mey arın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.
11. Baxılan işdə iddiaçı lizinq müqaviləsi əsasında əldə etdiyi nəqliyyat vasitəsini icarə müqaviləsi üzrə digər tərəfin icarəsinə verən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İcarə müqaviləsinin digər tərəfi isə həmin nəqliyyat vasitəsindən taksi fəaliyyəti kimi istifadə edən fiziki şəxsdir. Mübahisə isə sahibarkrlıq fəaliyyəti ilə məşğul o larkən yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlıdır.
12. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallardan da müəyyən olunur ki, iddiaçı minik avtomobillərinin və avtofurqonların sürücüsüz icarəsi fəaliyyəti üzrə vergi ödəyicisidir, cavabdeh isə taksi fəaliyyəti ilə məşğul olan vergi ödəyicisidir. Mübahisə isə Cavabdeh icarə müqaviləsi əsasında İddiaçı icarəyə götürdüyü nəqliyyat vasitəsinə vurulmuş zərərlə bağlıdır. Mübahisə hər iki tərəfin birgə və ya ayrı-ayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən kommersiya mübahisəsi hesab edilir və işə ümumi məhkəmədə baxıla bilməz.
13. Məhkəmə tərkibi birinci nstansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, hazırkı mübahisə kommersiya subyektləri arasında onların ayrı- ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlir. Bu baxımdan, birinci instansiya məhkəməsinin işə aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə gəldiyi qənaət qanuni və əsaslıdır.
14. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dai r mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1).
15. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və 403-1.6 və 403-1.8.1ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3742/2024 nömrəli, 10 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.