Məhkəmə qərarları › İş №e-2(102)-2707/2025

Ali Məhkəmə Qərar — İş №e-2(102)-2707/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-2707/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 Birliyinin Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ElmiMədəni Mərkəzinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual məsələlər, işin məhkəməyə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1108/2025 nömrəli, 10 iyun 2025-ci il tarixli qərardadından Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “İcarəyə verən” qismində çıxış edən Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzi ilə “İcarəçi” qismində İddiaçı X2 Birliyi arasında 22 avqust 2024-cü il tarixində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 182,67 kv.m. olan 2129 saylı yaşayış evinin qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı X2 Birliyi Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzinə qarşı “icarə müqaviləsi üzrə hüquqların tam bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə “İçəri şəhər” Qoruq İdarəsinin Elmi Mədəni Mərkəzinin direktoru tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2027-ci ilə qədər qüvvədə olan icarə müqavil əsi üzrə icarəyə verilmiş sahədə - ünvan 2 ünvanda yerləşən 2129 inventar nömrəsi olan yaşayış evinin sahəsi 182,67 kv.m. olan qeyri-yaşayış hissəsində icarəçinin hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2(009)-1108/2025 saylı qərardadı ilə İddiaçı X2 Birliyinin Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzinə qarşı “icarə müqaviləsi üzrə hüquqların tam bərpası” tələbinə dair mülki işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim R.Qafarova).

4. Məhkəmə iş üzrə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxs, cavabdehin isə dövlət orqanı olmasını, eləcə də mübahisənin iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirməs i ilə əlaqədar yaranmasını nəzərə alaraq hesab etmişdir ki, mülki işə məhkəmə aidiyyəti üzrə müvafiq mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, Ali Məhkəmənin 18 sentyabr 2020-ci il tarixli Plenum Qərarına əsasən, dövlət orqanları mülki dövriyyədə digər hüquqi şəxslər kimi sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərdə iştirak etdikdə, bu münasibətlərdən irəli gələn mübahisələr iqtisadi məzmun daşıyır və bu cür mübahisələrə kommersiya məhkəmələri baxmalıdır. Həmçinin, qanunvericilik dövlət orqanının kommersiya mübahisəsində tərəf olmasını istisna etməmişdir. Bu səbəbdən, iş üzrə mübahisənin predmeti və tərəflərin hüquqi statusu nəzərə alınmaqla, onun kommersiya məhkəməsinin səlahiyyətinə aid olduğu qənaətinə gəlinmişdir.

5. İddiaçı X2 Birliyi şikayət v erərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2(009)-1108/2025 saylı qərardadının ləğv edilməsi və mülki işin mahiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmasına davam etdirilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(009)-1108/2025 saylı qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli qərardadı ləğv edilmiş, iş üzrə məhkəmə iclası 10 iyun 2025-ci il tarixə, saat 11:40-a təyin edilməsi qərara alınmışdır.

7. Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzi məhkəməyə yazılı ərizə ünvanlayaraq mülki işə məhkəmə aidiyyəti məsələsinə yenidən baxılması və işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, iddia üzrə məhkəmə aidiyyəti düzgün müəyyənləşdirilməmişdir. Belə ki, iddianın predmetini iddiaçı və cavabdeh arasındakı 22 avqust 2024-cü il tarixli icarə müqaviləsi təşkil etməkdədir. Sözügedən hüquq münasibəti isə kommersiya xarakteri daşımaqdadır.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1108/2025 saylı 4 iyun 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli qərardadından şikayətin verilməsi nəzərdə tutulmadığından cavabdehin şikayəti qeyrimümkün hesab edilərək geri qaytarılmışdır.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1108/2025 saylı iş üzrə 10 iyun 2025-ci il tarixli qərardadı ilə mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair cavabdehin ərizəsi təmin edilməməsi qərara alınmışdır (hakim R.Qafarova).

11. Məhkəmə cavabdehin ərizəsinin dəlillərini, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini və iş materiallarını müqayisəli şəkildə araşdıraraq hesab etmişdir ki, hazırkı mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olaraq yaranması halı öz təsdiqini tapmadığından və sübut təqdim edilmədiyindən Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzinin mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair ərizəsi təmin edilməməlidir.

12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24, 25.1, 26.1, 26.2, 31.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Ka ssasiya şikayətinin dəlilləri

13. Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzi (vəkili Vəkil2) kassasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(009)-1108/2025 saylı qərardadının ləğv edilməsi və işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

14. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi aidiyyət məsələsinə dair qəbul etdiyi qərardadlarda ziddiyyətli və qanuna zidd mövqe sərgiləmişdir. Belə ki, məhkəmə 13 may 2025-ci il tarixli qərardadında aidiyyət məsələsinə dair kassasiya şikayəti qaydasını düzgün müəyyən etdiyi halda, 10 iyun 2025-ci il tarixli qərardadında eyni məsələyə dair qanunvericiliyə zidd olaraq apellyasiya şikayətinin verilməsi imkanını nəzərdə tutmuşdur. Halbu ki, Ali Məhkəmənin 18 sentyabr 2020-ci il tarixli Plenum Qərarının 4–7-ci və 9-cu bəndlərində və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən müddəalarında aidiyyət məsələsinə dair qərardadlardan yalnız kassasiya şikayəti verilə biləcəyi açıq şəkildə təsbit olunmuşdur. Məhkəmə bu ziddiyyətli yanaşmaya baxmayaraq, iddiaçının aidiyyət məsələsi üzrə kassasiya şikayəti verməli olduğu halda apellyasiya şikayəti verməsini düzgün qiymətləndirməmiş, həmin şikayəti MPM-nin 408.1-ci maddəsinin tələblərinə zidd olaraq geri qaytarmamış, əksinə onu təmin etmişdir. Bununla da məhkəmə prosessual qanunvericiliyin tələblərini davamlı şəkildə pozmuş, iş üzrə obyektivlik və qərəzsizlik prinsipinə şübhə yaratmışdır.

15. Ali Məhkəmənin 18 sentyabr 2020-ci il tarixli 10 saylı Plenum Qərarının 20–21 və 23-cü bəndlərinə əsasən, belə münasibətlər kommersiya xarakterli sayıldığından, bu mübahisəyə kommersiya məhkəməsində baxılmalı idi. Dövlət orqanı və ya publik hüquqi şəxs tərəfindən sahibkarlıq fəaliyyəti çərçivəsində bağlanan əqdlər üzrə mübahisələrə kommersiya məhkəmələrində baxılması qanunvericiliyin tələblərinə uyğundur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır.

18. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxsləri n subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

19. Maddə 25.1.Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

20. Maddə 26.1.Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

21. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

22. Maddə 403-1. 1.İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər.

23. Maddə 403-1.4.Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.

24. Maddə 403-1.6.Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin t əqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı

25. Bənd 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.

26. Bənd

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi ba xımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olma sına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

27. Bənd 12.Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

28. Bənd

13. Əsas tələb (yaxud birlikdə baxılması mü mkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

29. Bənd 14. əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər i ki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir.

30. Bənd

15. Kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir.

31. Bənd

24. Nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli o laraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektlər i arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Həmçinin nəzərə alınmalıdır ki, təbii inhisar subyektləri olan “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC-yə qarşı sahibkarlıq subyektlərinin, dövlət, bələdiyyə orqa nlarının, eləcə də kommersiya məhkəmələrinə aid olduğu halda qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərin iddialarına, sonuncunun yerləşdiyi yer üzrə müvafiq kommersiya məhkəmələrində baxılması MPM-in 36.11-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.

32. Bənd 25.Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəa liyyətlərindən irəli gəlmədikdə isə işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sa hibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Kassasiya instansiyası məhkəməsi, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə hazırki işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalı olduğundan, birinci instansiya məhkəməsi cavabdehin ərizəsini rədd etməklə düzgün nəticəyə gəlmişdir.

34. İşlərin kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xar akteri ilə bağlıdır.

35. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir.

36. İddiaçı qeyri-kommersiya hüquqi şəxsdir və onun fəaliyyəti sahibkarlıq fəaliyyəti ilə bağlı deyil.

37. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt ümumi məhkəmənin yurisdiksiyasına aid edilə bilər ki, mübahisə şəxsin bilavasitə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmamış olsun.

38. Eyni hüquqi mövqe “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında da təsbit etmişdir.

39. Həmin Qərarın 11-ci bəndinə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar hesab edilir.

40. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.

41. Həmin Qərarın 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikd ə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur.

42. Bu baxımdan qarışıq məhkəmə tərkibi hesab edir ki, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1108/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və MPM-in 32 və 403-1.8-ci maddələrini rəhbər tutaraq, hakimlərin qarışıq tərkibi QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsin in e-2(009)-1108/2025 nömrəli, 10 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar