Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(102)-3018/2025 03.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti vəkil tərəfindən tərtib olunmadıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu, İnzibati kollegiyasının hakimi Vəliyev Sərvər Yaqub oğlundan ibarət tər kibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3855/2025 nömrəli, 2025-ci il 6 avqust tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi, Cavabdeh1 və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması, dayandırılan əlavənin bərpası və maddi-mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3855/2025 nömrəli, 2025-ci il 6 avqust tarixli qərardadı ilə iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Həmin qərardaddan iddiaçı ş ikayət vermiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2025-ci il 26 avqust tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) nəzərdə tutulmamışdır. Bu səbəbdən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPMin 153.2, 153.2. 1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan məhkəmə aidiyyəti ilə bağlı şikayətlərə baxılmasının yeni qaydası yalnız mülki və kommersiya mübahisələri üzrə məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılıqlarının olduğu hallara aiddir. Prosessual qanun vericiliyin tələblərinə və yuxarıda ifadə edilmiş hüquqi mövqeyə əsasən mülki işə və ya kommersiya mübahisəsinə baxılması zamanı işin aidiyyəti üzrə inzibati məhkəmədə baxılması qərarına gəlinərsə bu halda icraata qəbul olunmuş iş üzrə işin müvafiq inzibati məhkəməyə göndərilməsi ilə bağlı deyil, başlanmış işin icraatına xitam verilməsinə dair qərar qəbul olunmalıdır. Həmin qərardaddan şikayət verildiyi halda isə MPM-in 269.3-cuü maddəsində nəzərdə tutulan qaydada şikayətə baxılaraq təmin edilmədiyi halda, şikayət işlə birlikdə yenidən baxılması üçün müvafiq yurisdiksiya üzrə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Təsadüfü deyil ki, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə edilən dəyişikliyə əsasən işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması halında icraa ta xitam verilməsi qaydası müəyyən edilmişdir. Bu zaman məhkəmə işin inzibati icraat qaydasında baxılmasını müəyyən etdikdən sonra işin icraatına xitam verməli və MPM-in 262.3-cü maddəsinə əsasən qərardadda ərizəçinin hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını göstərməlidir. Qeyd olunanlara baxmayaraq birinci instansiya məhkəməsi işin inzibati məhkəməyə göndərilməsi barədə qərardad qəbul etmiş və həmin qərardaddan verilmiş şikayəti təmin etməyərək MPM-in 32.5-ci maddəsinə istinad etməklə şikayəti baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin qaydada verilən şikayətə Ali məhkəmədə baxılması yol verilən deyildir. Çünki aidiyyət məsələləri ilə bağlı fikir ayrılıqları mülki və ya kommerasiya məhkəmələri arasında yarandıqda MPM-nin 32.5 və 269.3-cü maddələrinə əsasən qəbul olunmuş qərardadlardan verilən şikayətlərə göstərilən xüsusi qaydada baxılması yolveriləndir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya m əhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir Bununla əlaqədar olaraq İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)3855/2025 nömrəli, 2025-ci il 6 avqust tarixli qərardadından verdiyi şikayət qeyri-mümkün hesab edilməli və şikayətə MPM-in 269.3-cu maddəsində göstərilən qaydada baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-nin 32.5, 269, 403-1 və 408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3855/2025 nömrəli, 2025-ci il 6 avqus t tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. İddiaçının şikayətinə prosessual qanunvericiliyin müəyyən etdiyi qaydada baxılması üçün iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №e-2(102)-3018/2025
Ali Məhkəmə Qərardad — İş №e-2(102)-3018/2025
03.09.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver