Məhkəmə qərarları › İş №e-2(102)-3063/2025

Ali Məhkəmə Qərar — İş №e-2(102)-3063/2025

16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-3063/2025 16.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya, və İnzibati kollegiyalarının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu və İnzibati kollegiyanın hakimi Vəliyev Sərvər Yaqub oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2025-ci il tarixli e-2(007)-2883/2025 nömrəli qərardadından iddiaçı (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş şikayətə 16 sentyabr 2025-ci il tari xdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək X2 borclu olduğu 510.000 (beş yüz on min) manat və ödənilmiş 800 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim: Həqiqət Əhmədova) xx.xx.2025-ci il tarixli, e-2(007)-2883/2025 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iddiaçıya izah edilmişdir ki, hazırki iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır.

3. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilən sorğu məlumatından görünür ki, İddiaçı (VÖEN: **********) və Cavabdeh (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar.

4. Həmçinin iddiaçı tərəfindən iddia tələbinin əsaslandırılmasına və iddia ərizəsinə əlavə edilmiş materiallara əsasən müəyyən olunur ki, Bakı şəhər sakini X1 2012-2014-cü illər ərzində ona məxsus olan Qobu qəsəbəsindəki sement zavodunun tikintisi və zavod avadanlıq alınması üçün 510.000 (beş yüz on min) manat məbləğində borc almışdır. İddiaçının bildirməsinə görə onlar cavabdehlə razılaşmışlar ki, cavabdeh həmin pulu Amerikadan hissə-hissə və ya oradan maşınlar gətirməklə qaytaracaqdır. Bundan əlavə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş cavabdeh ilə həmin zavodu işlədən Cavanşir adlı şəxs arasında olan ele ktron poçt yazışmaları ilə cavabdeh həmin şəxsdən qeyd olunan zavodun iş rejimi, lazım olan materiallar, yəni iş üzrə olan məlumatlar barədə iddiaçıya məlumat verməsini, iddiaçının iddia ərizəsində göstərilən məbləğdə investisiya qoymasını və onun razılığı ilə iddiaçı tərəfindən zavodun maliyələşməsinə başlanılması bildirmişdir. Bununla da, müəyyən edilmiş hal odur ki, tərəflər arasında hazırki mübahisə hər iki tərəfin həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlir.

5. İddiaçı həmin qərardaddan şikayət verərək, Nizami Rayon Məhkəməsinin e2(007)-2883/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilərək, iddia ərizəsinin icraata götürülərək mahiyyət üzrə baxılması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflərin arasınd a olan münasibətlər sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir. İddiaçı öz şəxsi pulunu borc olaraq cavabdehə vermişdir. İddiaçının pulu verərkən hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmamamışdır. Məhkəmə iddiaçının VÖEN-nin məhz 2025-ci il tarixdə əldə olunmasını nəzərə almamışdır. İddiaçı pulu cavabdehə verəndə VÖEN-i olmamışdır. Bu kimi hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə araşdırmadan əsassız iddia ərizəsini geri qaytarmışdır. İşdə olan sübutlardan iddiaçının leyhinə istifadə etməli olduğu halda, ümumiyyətlə sübutlara əhəmiyyət verməmişdir. Məhkəmənin qərardadda əsaslandığı qanunvericiliyin normalaranı belə ərizənin qaytarılmasına əsas vermir.

7. Məhkəmənin 12 avqust 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə bir likdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

8. Maddə

62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu

9. Maddə

15. Məhkəmə aidiyyətinə riayət edilməsi İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

10. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən ş əxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir;

11. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır;

12. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

13. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir;

14. Maddə 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı old uğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir;

15. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır;

16. Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən:

17. Maddə 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyə ti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı:

18. Bənd 11.... qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməs i və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

19. Bənd

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs oldu ğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Hakimlərin qarışıq tərkibi iş materiallarını araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsinin mübahisəyə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olması ilə əlaqədar gəldiyi nəticə qanuni, şikayətin dəlilləri i sə əsassız olduğu üçün qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.

21. İşdən görünür ki, İddiaçı Cavabdeh borclu olduğu 510.000 (beş yüz on min) manat və ödənilmiş 800 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi tələb edilmişdir. 22. “Elektron Məhkəmə” İnformasiya Sisteminin məlumatlarına görə İddiaçı (VÖEN: **********) və Cavabdeh (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs statusuna malik olması müəyyən edilmişdir.

23. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, tələb olunan pul məbləği birgə fəaliyyətin (sement zavodunun tikintisi və onun fəaliyyəti ilə bağlı) həyata keçirilməsinin təmin edilməsi üçün cavabdehə verilmiş pul vəsait hesab olunur. Birinci instansiya məhkəməsi tələb olun an məbləğin istehlak məqsədi ilə verilməsinin müəyyən olunmadığını qeyd etmişdir.

24. Sözügedən iki hal öz növbəsində kifayət edir ki, hazırkı mübahisə MPM-in (bu Qərarın 12-ci bəndi) tələblərinə və Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının (bu Qərarın 14-cü bəndi) izahlarına əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə, yəni kommersiya mübahisəsi kimi xarakterizə edilsin.

25. İddiaçının şikayətinin dəlilləri MPM-in 24.2-ci maddəsinin (bu Qərarın 12-ci bəndi) mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətinin: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, müəyyən edilməli olması, habelə, 30-cu maddəsinin bir-biri ilə əlaqədar olaraq birlə şdirilən bir neçə tələbdən bir qismi ümumi məhkəməyə, digəri isə kommersiya məhkəməsinə aiddirsə, iddiaya kommersiya məhkəməsində baxılmalı olması barədə tələblərinə, həmçinin, Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı ilə (bu Qərarın 14-cü bəndi) verilən izahlara zidd olduğu üçün, əsassızdır.

26. Qeyd edilməlidir ki, tərəflər arasında münasibətin yaranması zamanı onlardan birinin VÖEN-in olmaması hazırda başlanmış icraat daxilində işin kommersiya məhkəməsində baxılmasını istisna etmir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbinə əsasən işə qüvvədə olan prosessual normaların tələbinə uyğun baxılmalıdır.

27. Beləliklə, hakimlərin qarışıq tərkibi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkə məsinin işin məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olduğu üçün qərardad dəyişiklik edilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.

28. Göstərilənlərə əsasən və MPM-in 24 və 403-1-ci maddələrini rəhbər tutaraq, hakimlərin qarışıq tərkibi Qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2025-ci il tarixli e-2(007)-2883/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar