Məhkəmə qərarları › İş №e-2(102)-3070/2024

Ali Məhkəmə Qərar — İş №e-2(102)-3070/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-3070/2024 05.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı iş üzrə Qərarı Açar sözlər: işin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlunun (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarşıq tərkibdə, İddiaçı ASC-nin cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 pul tələbinə dair iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3 iyul 2024-cü il tarixli e-2(005)-2971/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 5 avqust 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank) cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – Şirkət) və Cavabdeh2 qarşı (bundan sonra – borclu) pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 73.909,96 manat pulun (33.188,62 manat əsas, 33.419,84 manat faiz borcu, 7.301,50 cərimə borcu və 312 manat dövlət rüsumu) cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Şirkət arasında sonuncunun tikdiyi mənzillərin maliyyələşdirilməsi üçün həmin m ənzillərin Bank tərəfindən kreditləşdirilməsi barədə birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, borclu həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı iki dəfə 5 təqvim günündən çox pozduqda Bankın tələbi ilə borcun ödənilməsi öhdəliyi Şirkətin üzərinə düşür.

3. Bundan sonra, Bank ilə borclu arasında bağlanmış 6 aprel 2011-ci il tarixli kredit müqaviləsi ilə sonuncuya mənzil alınması məqsədilə 239 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 34.741,12 manat məbləğində kredit verilmişdir. Pulun ödənilməsi barədə borcluya dəfələrlə şifahi müraciətlər olunmasına və xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, o öz üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Səbinə Nuriyeva) e-2(005)2971/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə aidiyyatı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

5. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, baxılan iş üzrə Bank ilə Şirkət arasında ilkin olaraq 5 mart 2010-cu il tarixdə bağlanmış birgə fəaliyyət haqqında müqavilə hüquqi şəxs olan hər iki tərəfin qarşılıqlı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Bankın Şirkətə qarşı tələbinin əsasında bu iki kommersiya hüququ şəxsinin birgə sahibkarlıq fəaliyyətindən irəli gələn həmin birgə fəaliyyət haqqında müqavilə öhdəliklərinin icrası dayanır. Həmin mübahisə həm subyekt tərkibi, həm mübahisənin predmeti, həm də hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsidir. Eyni zamanda tərəflər arasında sonuncu müqavilə üzrə borcun tutulması ilə bağlı mübahisə də vardır.

6. Göründüyü kimi, iş üzrə bir biri ilə əlaqədar olan və bir icraatda baxılması mümkün olan iki tələbdən biri - Bankın borcluya qarşı kredit müqaviləsi üzrə öhdəliyin icrası tələbi ümumi məhkəməyə, digər tələb – Bankın Şirkətə qarşı birgə fəaliyyət müqaviləsi üzrə öhdəliyin icrası tələbi isə kommersiya məhkəməsinə aiddir.

7. Belə olduğu təqdirdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyatı qaydalarına uyğun olaraq verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qismi ümumi, digərləri isə kommers iya məhkəməsinə aid olduğu halda tələblərə kommersiya məhkəməsində baxılmalıdır.

8. Həmin qərardaddan narazı qalan iddiaçı şikayət verərək onun ləğv edilməsini, əks halda şikayətə baxılması üçün işin kassasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki,hazırkı mübahisəyə aidiyyatı üzrə kommersiya məhkəməsində baxılması vahid məhkəmə təcrübəsinin pozulması ilə nəticələnəcəkdir. Belə ki, Şirkət ilə Bank arasında müqavilə tələblərindən irəli gələn 10-dan artıq məhkəmə mübahisəsi olmuş və həmin işlərə ümumi məhkəmələrdə baxılmışdır.

10. Kassasiya şikayətinin digər dəlilinə görə isə, verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlı q fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq faəliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2971/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki iş materialları ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

12. Maddə

62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi

13. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə ba xılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu

14. Maddə15.İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 24.2.Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir;

16. Maddə 25.1.Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır;

17. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol veri lmir;

18. Maddə 32.7.Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir;

19. Maddə 403-1.6.Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır;

20. Maddə 403-1.8.Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 21. 403-1.8.1. İşin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;

22. Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisə li hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı: 24.... 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibət lərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.

25. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə ai diyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərə finin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 26.... əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətin in həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 27.... işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

28. Qarışıq mə hkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).

29. MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür (bənd 17).

30. Baxılan iş üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında yaranmış alqı-satqı, habelə Bankla Cavabdeh2 ilə yaranmış kredit hüquq münasibətləri həm subyektlər dairəsi, həm də hüquq münasibətlərinin məzmunu baxımından kommersiya mübahisəsi deyildir. Lakin Bankın ASC-ya qarşı tələbinin əsasınd a bu iki kommersiya hüququ şəxsinin birgə sahibkarlıq fəaliyyətindən irəli gələn müqavilə öhdəliklərinin icrası dayanır. Həmin mübahisə həm subyekt tərkibi, həm mübahisənin predmeti, həm də hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsidir.

31. Göründüyü kimi, iş üzrə bir-biri ilə əlaqədar olan və bir icraatda baxılması mümkün olan iki tələbdən biri (kredit müqaviləsi üzrə öhdəliyin icrası tələbi) ümumi məhkəməyə, digəri isə (birgə fəaliyyət müqaviləsi üzrə öhdəliyin icrası tələbi) kommersiya məhkəməsinə aiddir. MPM-in 30-cu maddəsinə əsasən həmin tələblər üzrə birlikdə verilmiş iddiaya kommersiya məhkəməsində baxılmalıdır.

32. Birinci instansiya məhkəməsi istinad olunan maddənin tələbini nəzərə alaraq, işin kommersiya məhkəməsinə aidiyyətini müəyyən edərək iddia ərizəsi nin və əlavə edilmiş sənədəri geri qaytarmış və səlahiyyətli məhkəməyə müraciət etmək hüququ tərəfə izah edilmişdir. Qarışıq məhkəmə tərkibi həmin mövqe ilə razılaşır.

33. Yuxarıda göstərilənlərə əsasən, qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.

34. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 4031.8.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2971/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar