Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(102)-4252/2024 09.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Şikayətin icraata qəbulundan imtina barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq məhkəmə tərkibində, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6518/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, “RAVON R3 SX” m inik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərə görə 8103,8 manat məbləğində pulun, “RAVON NEXİA R3 SX” minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xətalara görə 389 manat məbləğində inzibati cərimə və 105 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq iddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6518/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. (hakim Fuad Fərhadov) İddiaçı qərardaddan şikayət vermişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6518/2024 nömrəli, xx.xx.2024-c ü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Məhkəmə tərkibi hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 403-1.3-cü maddəsinə görə məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə görə isə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Prosessual qanunvericiliyin qeyd edilən maddələrindən də görünür ki, məhkəmə aidiyyətindən verilən şikayətlər kassasiya şikayətlərinə bərabər tutulur, kassasiya şikayətinə münasibətdə irəli sürülən tələblər bir qay da olaraq məhkəmə aidiyyətindən olan şikayətlərə də şamil edilir, üstəlik, aidiyyət qərarlarından şikayətin vəkil tərəfindən verilməli və imzalanmalı olması qanunvericilikdə xüsusi olaraq müəyyən edilib. Hazırki şikayətə vəkilin orderi əlavə edilsə də, şikayət vəkil tərəfindən elektron qaydada imzalanmayıb. Halbuki prosessual qanunvericiliyə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir və elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. (MPM, 10-1.3, 10-1.7) Məhkəmə tərkibi əlavə olaraq on u da qeyd edir ki, şikayətə vəkilin 23 noyabr 2024-cü il tarixli orderi əlavə edilmişdir. Amma şikayət Elektron Məhkəmə İnformasiya sisteminə 18 noyabr 2024-cü il tarixdə, yəni vəkillə müqavilə bağlanmasından 5 gün əvvəl yerləşdirilmişdir. Bu da o deməkdir ki, şikayət vəkil tərəfindən də tərtib edilməyib. Bundan əlavə, şikayətdə iddiaçının nümayəndəsi barədə məlumatlar göstərilməmiş, şikayəti elektron qaydada imzalayan şəxs kimi “rəhbər Abbasov Zaur” qeyd edilmişdir. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişikliklər edilmişdir. Dəyişikliklərdən biri də kassasiya şikayətinin MPM-in 3 saylı Əlavəsində müəyyən olunmuş formada verilməli olması tələbidir. Kassasiya şikayətinə münasibətdə MPM-in 3 saylı Əlavəsinin 3-cü bəndində şikayəti verən şə xsin nümayəndəsi barədə müfəssəl məlumatın qeyd edilməsi barədə tələblər əks edilmişdir. Buna baxmayaraq, iddiaçının şikayətində qeyd edilən tələblərə əməl edilməmiş, şikayəti imzalayan nümayəndə barədə heç bir məlumat göstərilməmişdir. Eyni zamanda şikayəti imzalayan şəxsin iddiaçının rəhbəri və ya nümayəndəsi olması barədə heç bir sənəd şikayətə əlavə edilməmişdir. Baxmayaraq ki, Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 403-1.4-cü maddəsinə görə şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsind ə nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti geri qaytarılır. Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinə görə işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət bu maddədə nəzərdə tutulmuş əsaslarla birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırki işdə qeyd edilən prosessual tələblərə əməl edilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi şikayəti Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu y oxlamadan kassasiya instansiyasına göndərmişdir. Bu səbəbdən şikayət Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən tələblərinə uyğun olmadığı üçün şikayətin icraata qəbulundan imtina edilməli, şikayət Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinin tələblərinə əməl edilməsi üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 403-1.3 və 403-1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6518/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayət icraata qəbul edilməsin və şikayət Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinin tələblərinə əməl edilməsi üçün Gəncə Şəhər Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №e-2(102)-4252/2024
Ali Məhkəmə Qərardad — İş №e-2(102)-4252/2024
09.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver