Məhkəmə qərarları › İş №e-2(102)-5387/2022

Ali Məhkəmə Qərar — İş №e-2(102)-5387/2022

19.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-5387/2022 19.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş kommersiya məhkəməsinə aiddir Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Rəsulbəyova Nigar İmran qızı və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı maddi ziyan tələbinə dair iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1849/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qərardadında n iddiaçı tərəfindən verilmiş şikayətə 15 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – cavabdeh) pretenziya məktubu ilə müraciət edərək, bildirmişdir ki, ona məxsus tikinti bazarının yerləşdiyi torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli sərəncamı ilə ona ayrılmışdır. xx.xx.2021-ci il tarixdə cavabdehin əməkdaşları heç bir xəbərdarlıq etmədən və məhkəmə qərarı olmadan ağır texnikalarla bazarın ərazisini dağıtmış və bunun nəticəsində ona 645.370 manat məbləğində ziyan dəymişdir.

2. Cavabdeh 02 may 1996-cı il tarixli cavab məktubu ilə bildirmişdir ki, qeyd edilən əraz idən yüksək gərginlikli hava elektrik verilişi xətlərində mühafizə zonasının pozulması ilə baş verən ardıcıl açılmalara görə onlara ziyan dəymiş və bununla əlaqədar ərazi təmizlənmişdir.

3. İddiaçı cavabdehə qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə ilk öncə kommersiya məhkəməsinə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)6386/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş və iddiaçıya hazırkı tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qərardadda qeyd olunmuşdur ki, hazırkı tələb inzibati orqana qarşı sonuncunun hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmaqla inzibati icraat qaydasında baxılmalıdır.

4. Bundan sonra iddiaçı cavabdehə qarşı sonunc unun hərəkətlərinin qanunsuz hesab edilməsi və bunun nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə inzibati iddia qaldırmış, həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)4757/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadda qeyd olunmuşdur ki, iddia ərizəsinin məzmununa görə iddiaçı cavabdehdən xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi vurduğu ziyanla bağlı kompensasiya tələb edir. Belə kompensasiyanın tutulması isə publik hüquq sahəsində həyata keçirilən fəaliyyətlə bağlı dəymiş ziyana görə deyil, cavabdehin hərəkətləri nəticəsində vurulmuş ziyanla bağlı olduğundan yaranmış mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı idd ia ərizəsi ilə ümumi məhkəməyə müraciət edərək, cavabdehin təqsirli hərəkəti nəticəsində vurulmuş 645.370 manat maddi ziyanın və ödənilmiş 936 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbinin faktiki əsası qismində işin yuxarıda sadalanan faktiki hallarına, hüquqi əsası kimi isə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinə istinad etmişdir.

6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(009)-1849/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qərardadı ilə (hakim Rəna Qafarova) iddia ərizəsi geri qaytarılmış və iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur.

7. Birinci i nstansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 26.1, 32.2, 32.2-ci maddələrinə istinadla gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər hüquqi şəxs olmaqla vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və onlar arasında yaranmış mübahisə nəticə etibarilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aiddir. Belə olan halda, iddiaçı mövcud iddia tələbi ilə ümumi məhkəməyə deyil, kommersiya məhkəməsinə müraciət edə bilər.

8. İddiaçı (Vəkil) həmin qərardaddan şikayət verərək, ləğv edilməsini, iddia ərizəsinin icraata götürülməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Şikayət belə əsaslandırılmışdır ki, iddia tələbi ilə bağlı məhkəmə aidiyyəti istənilən halda birinci instansiya məhkəmələri ndən birinə aid olduğu üçün onlardan biri tərəfindən icraata götürülməlidir. Lakin hazırkı vəziyyətdə aidiyyəti birinci instansiya məhkəmələri işin onlara aid olmaması ilə bağlı qərar qəbul etdiyindən kassasiya instansiya məhkəməsi işin məhkəmə aidiyyətini müəyyənləşdirməlidir.

10. Birinci instansiya məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq MPM

11. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

12. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilm əsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

13. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

14. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. 15. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixl i qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).

16. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki t ərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir (bənd 14).

17. Baxılan işdə hər iki tərəf (iddiaçı və cavabdeh) kommersiya hüquqi şəxsi olmaqla aralarındakı mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş maddi ziyanın ödənilməsi barədə hazırkı mübahisə ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlir.

18. Bu baxımdan, birinci instansiya məhkəməsinin işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olması barədə gəldiyi qənaət qanuni və əsaslıdır.

19. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1).

20. Məhkəmə tərkibi, həmçinin qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən məhkəmə aidiyyəti ilə bağlı yaranmış mübahisələrin və məhkəmələr arasında fikir ayrılıqlarının həlli barədə məsələ birbaşa kassasiya ins tansiyası məhkəməsinin səlahiyyətinə aid edildiyindən, habelə Azərbaycan Respublikası ərazisində ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verildiyindən Bakı Kommersiya Məhkəməsinin hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmasının yolverilməzliyi barədə qərardadı iddiaçının eyni iddia ərizəsi ilə həmin məhkəmədə iddia qaldırmasına mane olan hal kimi qiymətləndirilməməlidir.

21. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1849 /2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar