Məhkəmə qərarları › İş №e-2(102)-994/2024

Ali Məhkəmə Qərar — İş №e-2(102)-994/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-994/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Lcavabdehlər Cavabdeh1, Cavabdeh3 və qarşı iş üzrə QƏRARİ İş № 2(102)-994/2024 Açar sözlər: məhkəmə aidiyyətinin müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı(məruzəçi), Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və qarşı puL tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-6559/ 2023 nömrəli iş üzrə 25 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 13 fevral 2024cü il tarixdə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı filialı ilə cavabdeh arasında bağlanmış 30 dekabr 2009-cu il tarixli 92 nömrəli kredit müqaviləsinə əsasən bank borcalana illik 20% olmaqla, 12 ay müddətinə qaytarılmaq şərti ilə 68000 manat kredit vermişdir.

2. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit biznesinin inkışafı məqsədləri üçün verilmişdir.

3. Cavabdeh1, Cavabdeh3 isə həmin kredit müqaviləsi üzrə ödəliklərin təmin edilməsi üçün öz əmlaklarını ipoteka ilə yüklü etmişdirlər.

4. İddiaçı bankın “Qoç-Daş-T.Ş.T X1” MMC, Cav abdeh1, Cavabdeh3 və digərlərinə qarşı “kredit və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetlərinə yönəldilməsi, cavabdehlərin ipotekaya qoyulmuş mənzillərdən çıxarılması” tələbinə dair iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2010-cu il tarixli, 2(004)2774/2010 saylı qətnaməsi ilə qismən təmin edilmiş və 72599,95 manat borc “Qoç-DaşT.Ş.T X1” MMC-dən tutularaq ipoteka predmetlərinə yönəldilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsində icraat

5. Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı filialı cavabdehlər Cavabdeh1 Aristanbekovna, Cavabdeh3 və «QOÇ-DAŞ-T.Ş.T. X1» MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Aristanbekovna, Cavabdeh3 və "QOÇ-DAŞ-T.Ş.T. X1" MMC-dən müştərək qaydada iddiaçı Pakis tan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialına (Ləğv prosesindədir) ödənilməli olan 72.559,95 manatın ödənilməsinin gecikdirildiyi 20 iyul 2010-cu il tarixdən 21 dekabr 2023-cü il tarixədək olan 4902 gün üçün həmin məbləğə illik 5% (beş faiz) hesablanmaqla 48.724,50 (qırx səkkiz min yeddi yüz iyirmi dörd manat əlli qəpik) manatın və ödənilmiş 236,18 (iki yüz otuz altı manat on səkkiz qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının (Ləğv prosesindədir) xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Gülnar Babazadə) (bundan sonra - birinci instansiya məhkəməsi) e-2(004)-6559/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qə rardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmış, iddiaçıya aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir.

7. Qərardad onunla əsaslandırılmışdır ki, hazırki mübahisə 20 iyul 2010-cu ildən 21 dekabr 2023-cü il tarixədək bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5% olmaqla, 48.724,50 (qırx səkkiz min yeddi yüz iyirmi dörd manat əlli qəpik) manat maddi ziyanın ödənilməsindən ibarətdir. Həmçinin elektron portal çıxarış məlumatlarından müəyyən edilir ki, iddiaçı və cavabdeh «QOÇDAŞ-T.Ş.T. X1» MMC vergi ödəyicisidir (VÖEN **********, VÖEN **********). Göründüyü kimi, hazırki iş üzrə tərəflərin (iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı filialı ilə cavabdeh «Q OÇ-DAŞ-T.Ş.T. X1» MMC) münasibətləri kommersiya xarakterli münasibətlərdən irəli gəlmişdir.

8. Məhkəmə tərəflər arasında olan münasibətlərin xarakterinə və mübahisənin predmetinə münasibətdə isə hesab etmişdir ki, tələbin iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı filialı ilə cavabdeh «QOÇ-DAŞ-T.Ş.T. X1» MMC arasında biznes krediti üzrə ödənilməmiş kredit borcu üzrə vurulmuş maddi zərərin ödənilməsi mübahisəsi olmasını nəzərə alaraq, digər cavabdehlərə qarşı əlaqəli tələblərin də aidiyyətinin MPM-nin 30-cu maddəsi ilə müəyyən edildiyi baxımından hazırki iddia tələbinə məhkəmə aidiyyəti üzrə Yasamal rayon Məhkəməsində deyil, Gəncə Kommersiya Məhkəməsində baxıla bilər.

9. İddiaçı (vəkil Nümayəndə) həmin qərardaddan şikayət verərək, və işin icraata götürülməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı iddia tələbinin tərəflər arasında olmuş kommersiya münasibətlərindən yarandığını qeyd etsə də, nəzərə almamışdır ki, tərəflər arasında kredit, ipoteka və zaminlik müqavilələri üzrə yaranmış mübahisəyə ümumi məhkəmədə baxılmış və yekun məhkəmə aktı qəbul edilmişdir. Belə ki, iddiaçı bankın “Qoç-Daş-T.Ş.T X1” MMC, Cavabdeh1 Aristanbekovna, Cavabdeh3 və digərlərinə qarşı “kredit və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetlərinə yönəldilməsi, cavabdehlərin ipotekaya qoyulmuş mənzillərdən çıxarılması” tələbinə dair iddiası üzrə 1) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2010-cu iltarixli, 2(004)2774/2010 saylı qətnaməsi 2) Bakı Apellyasiya Məhkəməsinin 24 noyabr 2010 -cu il tarixli, 2(103)-4499/2010 saylı qətnaməsi və 3) Ali Məhkəmənin 06 may 2011-ci il tarixli, 2(102)1292/11 saylı qərarı qəbul edilmiş və Bankın iddiası qismən təmin edilmişdir. İddiaçı Banka 72.559,95 AZN (yetmiş iki min beş yüz əlli doqquz manat doxsan beş qəpik) ödənilməmiş borcun qalması ümumi məhkəmədə baxılmış iş üzrə qəbul edilmiş və qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Hazırkı iddia tələbi isə cavabdehlər tərəfindən Bank qarşısında öhdəliklərin icra edilməməsi səbəbindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, öhdəliyin icrasının gecikdirildiyi vaxt üçün Banka ödənilməli olan məbləğə illik 5% hesablanmaqla maddi zərərin ödənilməsidir. Hesab edir ki, iddiaçı Bankla cavabdehlər arasında kredit, ipoteka və zaminlik müqaviləl ərindən yaranmış mübahisəyə ümumi məhkəmədə baxılıb yekun məhkəmə aktı qəbul edildiyindən, hazırkı iddia tələbinə də kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə, cavabdeh fiziki şəxsin- Cavabdeh3 rəsmi qeydə alındığı yerin məhkəməsində- Bakı şəhəri Yasamal rayon Məhkəməsində baxılmalıdır. Lakin məhkəmə bu hala diqqət yetirməmiş və işə aidiyyatı üzrə kommersiya məhkəməsində baxılmalı olduğu qənaətinə gəlmişdir. Göründüyü kimi, məhkəmə iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 Aristanbekovna, Cavabdeh3 və «QOÇ-DAŞ-T.Ş.T. X1» MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəmə aiddiyatı üzrə düzgün təqdim edilməməsini əsas gətirərək, geri qaytarmaqda haqlı olmamışdır. Məhkə mənin qəbul etdiyi qərardaddan belə çıxır ki, iddiaçı Bank hazırkı tələblə kommersiya məhkəməsinə müraciət etməlidir. Bu halda Bank qarşısında icra edilməmiş öhdəliklərindən xəbərdar olan və bundan qəsdən yayınan cavabdehlərin və iddiaçı Bankın mediasiya prosesində iştirakı zəruridir. Halbuki, bütün bunlar mübahisənin həllinin uzadılmasına xidmət edir. Bununla da hazırda şikayət verilən Qərardadın qəbul edilməsi öz növbəsində iddiaçı Bankın qanunla təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxartmışdır.

11. Birinci instansiya məhkəməsinin 07 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

12. Maddə 24.2. M übahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

13. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

14. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

15. Maddə

30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.

16. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

17. Maddə 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.

18. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi qaytarılmalıdır.

19. Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər.

20. Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır.

21. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.

22. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə hazırki işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır.

24. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da t ərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır”

25. Həmin Qərarın 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir.

26. İ şdən görünür ki, iddiaçı və cavabdehlərdən “Qoç-Daş-T.Ş.T X1” MMC vergi ödəyiciləridir. Tələb hər iki hüquqi şəxs arasında bağlanmış kredit müqaviləsi üzrə pul öhdəliklərinin vaxtında icra edilməməsinə görə faizlərin tutulması barədə kommersiya xarakterli münasibətlərdən irəli gələn mübahisədir. Digər cavabdehlər fiziki şəxslər olsalar da, MPM-nin 30-cu maddəsinin tələbinə əsasən onlara qarşı eyni tələb də hüquqi şəxsə qarşı tələblə birlikdə kommersiya məhkəməsində baxılmalıdır.

27. İddiaçı kassasiya şikayətində eyni tərəflər arasında eyni kredit müqaviləsindən irəli gələn tələbə 2010-cu ildə ümumi məhkəmədə baxılmasına istinad edərək hazırki tələbə də ümumi məhkəmədə baxılmalı olduğunu bildirsə də, onun bu dəlili əsassızdır.

28. Belə ki, qanunvericiliyə edilmiş 2020-ci ilin yanvar ayını n 1-dən qüvvəyə minən dəyişikliklərə əsasən inzibati-iqtisadi məhkəmələrin əvəzinə ayrıca inzibati və kommersiya məhkəmələri yaradılmış, habelə işlərin məhkəmə aidiyyətinin, yəni ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə, eləcə də məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının yeni qaydaları müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 3.1.-ci maddəsinə əsasən isə məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır.

29. Göründüyü kimi, birinci instansiya məhkəməsi aidiyyətlə bağlı məsələni həll edərkən mülki prossesual normaların tələblərinə və müvafiq Plenum qərarının müddəalarına u yğun hərəkət etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır.

30. Birinci inatsniya məhkəməsi iddiaçıya Gəncə Kommersiya məhkəməsinə müraciət etməsini izah etsə də, MPM-nin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bildiyindən, iddiaçı cavabdelərdən birinin ünvanı üzrə müvafiq Kommersiya məhkəməsinə müraciət etmək hüququna malikdir.

31. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(006)-6559/2023 nömrəli iş 25 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

32. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci m addəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-6559/2023 nömrəli iş üzrə 25 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar