Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-1494/2024 19.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə məhkəmələrarası ərazi aidiyyətinin mübahisələndirilməsinə dair məsələyə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2972,31 manat əsas, 682,41 manat faiz, cəmi 3654,72 manat borcun və 56,55 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(125)-6479/2023 nömrəli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh rəsmi qeydiyyat ünvanı ünvan 1ənzil 33-dir (“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumat). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş Cavabdeh şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdehin qeydiyyat ünvanı Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, döngə 8, 47A-dır. Həm Gəncə şəhər Məhkəməsi, həm də Sabunçu Rayon Məhkəməsi tərəfindən “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarında Cavabdeh qeydiyyatda olduğu ünvan fərqlidir. Tərəflərin arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsində də cavabdehin ünvanı «Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, döngə 8, 47A» qeyd edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, hazırkı mülki iş baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1). İş materiallarından görünür ki, iddiaçının tələbi kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır. Bu tələbə isə cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsində baxılmalıdır. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş son çıxarışa əsasən Cavabdeh qeydə alındığı hüquqi ünvan Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, döngə 8, 47A-dır, yəni Gəncə şəhəri ərazisində yerləşir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən məhkəmədə baxılan işlər üzrə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Ona görə də mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası müstəsna aidiyyət qaydalarının tətbiqi üçün əsas müəyyən etmədi. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(103)-1494/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-1494/2024
19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver