Məhkəmə qərarları › İş №e-2(103)-2244/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-2244/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-2244/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki iş üzrə ərazi aidiyyatının müəyyən edilməsi barədə məhkəmələr arası fikir ayrılığına dair məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 avqust 2017-ci il tarixdə onunla cavabdeh X3 arasında bağlamış icarə müqaviləsinə müddətin bitdiyinə görə xitam verilməsi və cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ev 528-ci məhəllə bina B-də yerləşən 203,9 kv.m sahədən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında baxılarkən xx.xx.2023-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron qaydada ərizə təqdim edərək, iddia tələbində cavabdeh kimi qeyd olunan X1 Cavabdeh Məhdud Məsulyyətli Cəmiyyəti əvəzləşdirilməsi və iddia tələblərinin əsl cavabdehə yönəldilməsini xahiş etmiş və məhkəmə tərəfindən iddiaçının vəsatətinə əsasən, X3 əsl cavabdeh olan Cavabdeh Məhdud Məsulyyətli Cəmiyyəti ilə əvəz edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-646/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmə araşdırması zamanı, iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək cavabdeh X1 əsl Cavabdeh Məhdud Məsulyyətli Cəmiyyəti ilə əvəz olunması və Cavabdeh Məhdud Məsulyyətli Cəmiyyətinin «AZEMİS» elektron məhkəmə informasiya sistemi çıxarışına əsasən hüquqi ünvanının ünvan 1 ilə mülki işin aidiyyət üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması qənaətinə gəlinərək 2(011)-646/2024 saylı mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi hesab etmişdir ki, iş üzrə tərəflər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarından, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməli idi. Göründüyü kimi məhkəmə tərəfindən ilk növbədə işin məhkəmə aidiyyəti müzakirə olunmalı olduğu halda, həmin hala qiymət verilmədən, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı iddia ərizəsini Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim etdiyindən və məhkəmə tərəfindən də, iddia ərizəsi aidiyyət qaydaları pozulmadan icraata qəbul edildiyindən, məhkəmə sonradan mulki işin MPM-nin 44.2.2, 45.1-ci maddələrinə istinad edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Bu səbəbdən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1632/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki işə baxılmasının aidiyyətinin müəyyən edilməsi üçün mülki iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Beləliklə, mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Hazırki işdən göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi aidiyyət qaydaları pozulmadan icraata qəbul edilmiş, daha sonra iş uzrə iddiaçının ərizəsi əsasında cavabdeh X3 əsl Cavabdeh MMC ilə əvəz olunmuş və əsl cavabdehin hüquqi ünvanının Yasamal rayon ərazisi olması əsası ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İlk öncə qeyd edilməlidir ki, məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. Həmçinin iş materiallarına əlavə edilmiş vergi ödəyicilərinin məlumatlarından görünür ki, İddiaçı (VÖEN **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur və fəaliyyət növü mal-qara bazarının icarəyə verilməsindən ibarətdir. Eyni zamanda Cavabdeh MMC (VÖEN **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur və fəaliyyət növü sementin pərakəndə satışından ibarətdir. İddia tələbindən və onun əsaslandırıldığı hallardan görünür ki, hazırki iddia tələbinin predmetini tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi təşkil edir. İddiaçı fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla mülkiyyətində olan qeyri-yaşayış sahəsini icarəyə verərək gəlir əldə etməklə mənfəət qazanmışdır. Belə olan halda məhkəmə kollegiyası göstərilənləri, habelə hazırki mübahisənin məhz tərəflər arasında yaranmış kommersiya mübahisəsindən irəli gəldiyini nəzərə alıb, belə qənaətə gəlir ki, bu halın mövcudluğu məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar kimi çıxış edərək, işə məhkəmə aidiyyəti baxımından ümumi məhkəmə, baxılmasını qeyrimümkün edir və işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 45-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi” iddia tələbi üzrə mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar