Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-3975/2025 07.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin bağlanmamış hesab edilməsi tələbinə dair mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasındakı fikir ayrılığı məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin bağlanmamış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2206/2025 saylı, 23 aprel 2025-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırıb ki, “LPO Cavabdeh ASC-nin hüquqi ünvanı iddia ərizəsində ünvan 1də, LPO Cavabdeh ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 olduğu müəyyən edilmişdir”. Bundan sonra, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5289/2025 saylı, 05 iyun 2025-ci il tarixli qərardadına əsasən, mülki iş ərazi aidiyyəti üzrə məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardadda göstərib ki, iddia tələbi Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 314k/k nömrəli kredit müqaviləsinin bağlanmamış hesab edilməsi və həmin kredit müqaviləsinə görə əsassız hesablanmış borcun silinməsi barədədir, iddia ərizəsindən və “Elektron məhkəmə” İnformasiya sistemi vergi ödəyiciləri məlumatları barədə elektron Çıxarışdan görünür ki, Cavabdeh ASC-nin (ləğv prosesindədir) hüquqi ünvanı “Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, ev 31”-dir. Bundan başqa, İddiaçı hazırkı tələb ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin e-2(011)-2598/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmış, həmin qərardaddan isə şikayət verilməmişdir. Göründüyü kimi iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməklə məhkəmə tərəfindən icraata qəbul edilmiş, məhkəmənin öz icraatına qəbul etdiyi işin başqa məhkəməyə verməsi barədə qanunvericiliklə müəyyən edilmiş əsaslar, o cümlədən cavabdehin olduğu ünvanının Xətai rayonu ərazisi olmadığı halda, əsassız olaraq mülki iş baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; Həmin Məcəllənin 45.4-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə tərkibi hesab edir ki, mülki iş baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Çünki “Elektron məhkəmə” İnformasiya sistemindən də Cavabdeh ASC-nin (ləğv prosesindədir) hüquqi ünvanının ünvan 5 Rayon Məhkəməsinin isə cavabdehin hüquqi ünvanının Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 olduğunu necə müəyyən etdiyi işdən görünmür. Bu cür vəziyyətdə MPM-in 44.2.2-ci maddəsinə əsasən mülki işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərməkdə haqlı olmayıb. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin bağlanmamış hesab edilməsi tələbinə dair mülki iş baxılması üçün Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(103)-3975/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-3975/2025
07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver