Məhkəmə qərarları › İş №e-2(103)-6129/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-6129/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-6129/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə ərazi aidiyyatının müəyyən edilməsi barədə məhkəmələr arası fikir ayrılığına dair məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit borcu üzrə Banka ödənilməmiş borcu – 936.37 manat əsas borcu olmaqla, cəmi 936.37 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-2011/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-2011/2024 nömrəli qərardadına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə istinad edilməklə və cavabdehin faktiki olduğu yer Azərbaycan Respublikası ƏN PX 17 saylı cəzaçəkmə müəssisəsi olduğundan, həmin cəzaçəkmə müəssisə Bakı şəhəri Nizami rayonu ərazisində deyil, Xəzər rayonu ərazisində olduğundan, işə ərazi aidiyyati üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi hesab etmişdir ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə olan halda iddiaçı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməklə, həmçinin öz hüquqlarından istifadə etməklə cavabdehin qeydiyyat ünvanının olduğu ərazi üzrə aidiyyəti məhkəməyə müvafiq iddia ərizəsi ilə müraciət etmiş, iddia ərizəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatına aidiyyət qaydalarına riayət olunmaqla qəbul olunmuşdur. Bu səbəbdən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4048/2024 xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün mülki iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Beləliklə, mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia iddia ərizəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Hazırki işdən göründüyü kimi, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Nizami Rayon Məhkəməsi Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvan ünvan 3ə mülki işə Xəzər Rayon Məhkəməsində baxılmalı olması barədə qənaətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hətta belə olmuş olsa belə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanuna əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən yalnız ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında həyata keçirilə bilər. Qanunun mənasından göründüyü kimi, şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yəni müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması kimi qəbul edilə bilməz. Prosessual qanunvericilikdə isə iddianın cavabdehin rəsmi qeydə alındığı məhkəməyə verilməli olmasını göstərilmişdir. Bundan başqa, "Yaşayış yeri və olduğu yer haqqında" Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internatevləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi, qanunvericilikdə cəzaçəkmə müəssisəsini şəxsin yaşayış yeri kimi nəzərdə tutmamışdır. Başqa sözlə, cəzaçəkmə müəssisələri "Yaşayış yeri və olduğu yer haqqında" Qanununda qeyd edilmiş yaşayış yerləri sırasına daxil deyildir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin cəzaçəkmə müəssisəsində cəza çəkməsi onun yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından görünür ki, iddiaçı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməklə, həmçinin öz hüquqlarından istifadə etməklə cavabdehin qeydiyyat ünvanının olduğu ərazi üzrə aidiyyəti məhkəməyə müvafiq iddia ərizəsi ilə müraciət etmiş, iddia ərizəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatına aidiyyət qaydalarına riayət olunmaqla qəbul olunmuşdur. Belə olan halda kollegiya hesab edir ki, hazırki iddia tələbinə cavabdehin qeydiyyat ünvanın Nizami rayon ərazisində olduğundan hazırki iddia tələbi üzrə mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 45-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia tələbi üzrə mülki iş ərazi aidiyyəti qaydalarına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar