Məhkəmə qərarları › İş №e-2(103)-6282/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-6282/2025

21.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-6282/2025 21.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Jalə Vadət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kreditor qarşısında birgə borclu kimi borcun ödənilməsi ilə bağlı pul tələbinə dair” mülki iş üzrə məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “kreditor qarşısında birgə borclu kimi borcun ödənilməsi ilə bağlı pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 30.000 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi ilə ödənişin və 243 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6042/2025 saylı iş üzrə xx.xx.2025ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “kreditor qarşısında birgə borclu kimi borcun ödənilməsi ilə bağlı pul” tələbinə dair mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sorğu vasitəsilə əladə edilmiş məlumatlar əsasında Cavabdeh ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olduğu müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5392/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “kreditor qarşısında birgə borclu kimi borcun ödənilməsi ilə bağlı pul” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-5392/2025 saylı mülki işin ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 36.1. Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Maddə 36.12. Azərbaycan Respublikasının vətəndaşı və yaxud hüquqi şəxsi olan və başqa dövlətin ərazisində yerləşən cavabdehə qarşı iddia iddiaçının olduğu yerə və ya cavabdehin əmlakının olduğu yerə görə verilə bilər. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh rəsmi qeydiyyat ünvanı ünvan 3kası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh faktiki olaraq Bakı şəhəri Nəsimi rayonu A.Məhərrəmov küçəsi 34A ünvanında müvəqqəti qeydiyyatdadır. Mülki işdən görünür ki, İddiaçı Cavabdeh qarşı “kreditor qarşısında birgə borclu kimi borcun ödənilməsi ilə bağlı pul” tələbinə dair iddia ərizəsi ilə özünün qeydiyyatda olduğu ünvan üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki işdən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi aidiyyət qaydalarını pozmaqla hazırkı mülki işi icraata qəbul edilməsini işə məhkəmədə baxıldığı zaman aşkar etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materialları araşdırıldığı zaman müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi icraata qəbul edilmiş, lakin sonradan aidiyyat qaydalarının pozulmasını müəyyən edərək mülki işi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən iş materialları araşdırılaraq ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmış və bu zaman məhkəmə mövqeyini onunla əsaslandırılmışdır ki, iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olduğu zaman iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü məhkəmə tərəfindən yoxlanılaraq məhkəmənin e-2(011)- 6042/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadına əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, iddiaçı MPM-nin 36.12-ci maddəsinə əsasən ərazi aidiyyəti üzrə özünün qeydiyyatda olduğu ünvan üzrə (cavabdehin yaşayış yeri məlum olmadığından) düzgün qaydada müraciət etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, MPM-nin 44.2.1-ci maddəsinə əsasən əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə məhkəmə işi aiddiyatı üzrə başqa məhkəmədə baxılmağa göndərə bilər. Qeyd edilən normaların tələbləri baxımından iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilməklə məhkəmənin icraatına qəbul edildiyindən, sonradan mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilə bilməz. Beləliklə yuxarıda qeyd olunanlara əsasən işin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində məhkəmələr arasında fikir ayrılığının yarandığı müəyyən edilir. Bu səbəbdən də hesab edilir ki, İddiaçı Cavabdeh qarşı “kreditor qarşısında birgə borclu kimi borcun ödənilməsi ilə bağlı pul” tələbinə dair müki iş, qeyd olunan xüsusatlar məhkəmələr arasında fikir ayrılığının yaranmasına səbəb olduğundan və yaranmış fikir ayrılığına hüquqi qiymət vermək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edildiyindən mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Kollegiya qeyd edir ki, prosessual qanunvericiliyin tələblərinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçının seçiminə görə iddia yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Azərbaycan Respublikasının vətəndaşı və yaxud hüquqi şəxsi olan və başqa dövlətin ərazisində yerləşən cavabdehə qarşı iddia iddiaçının olduğu yerə və ya cavabdehin əmlakının olduğu yerə görə verilə bilər. Hazırkı mülki işdən müəyyən olunur ki, Azərbaycan Respublikasının vətəndaşı olan Cavabdeh rəsmi qeydiyyat ünvanı ünvan 5lduğu ünvan ünvan 6iq olunan sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi aidiyyəti məhkəmədə baxılmağa verməli olduğundan, hazırkı mülki işə ərazi aidiyyəti qaydalarına əsasən, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsi tərəfindən baxılmalı olduğundan, prosessual qanunvericiliyin tələblərinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmədiyindən hazırki işə Ağdam Rayon Məhkəməsində baxılmalıdr. Belə ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərar aldı: İddiaçı Cavabdeh qarşı “kreditor qarşısında birgə borclu kimi borcun ödənilməsi ilə bağlı pul tələbinə dair” mülki iş aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar