Məhkəmə qərarları › İş №e-2(103)-6933/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-6933/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-6933/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Baratun qızına qarşı iş üzrə (Açar sözlər: məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin azaldılmasına aid ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3.465,18 manat əsas borc və ödənilmiş 73,76 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)- 845/2025 nömrəli qərardadı ilə (H.S.Mahmudova) işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, “Elektron-məhkəmə” informasiya sistemində mövcud olan şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən, Cavabdeh ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır.

4. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi özünün xx.xx.2025-ci il tarixli, e- 2(010)-5956/2025 nömrəli qərardadı ilə (hakim S.M.Miriyeva) mülki işin ərazi aidiyyətinin müəyyən edilməsinə dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Məhkəmə hesab etmişdir ki, müvafiq mülki iş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına daxil olduğu vaxt Cavabdeh rəsmi yaşayış ünvanı məhz Sabunçu rayonu ərazisində yerləşirdi. Məhkəmənin sorğusuna aidiyyəti orqan tərəfindən verilmiş cavabdan da görünür ki, cavabdeh bu işin Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına daxil olmasından altı aydan çox müddət keçməsindən sonra – xx.xx.2025-ci il tarixdə Suraxanı rayonu ərazisində yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Bu vəziyyətdə işə ərazi aidiyyəti üzrə baxmalı olan məhkəmə elə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi olmuşdur.

Tətbiq edilən hüquq normaları:

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. İşdən görünür ki, iddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edən zaman cavabdehin rəsmi qeydə alındığı ünvan Bakı şəhəri, Sabunçu rayonunun ərazisində olmuş, iddia ərizəsi Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən aidiyyət qaydalarına riayət edilməklə icraata götürülmüşdür.

8. Mülki-prosessual qanunvericiliyə görə, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Qanunvericilikdə cavabdehin rəsmi qeydə alındığı yerin dəyişməsi əsası ilə mülki işin ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi nəzərdə tutulmamışdır.

9. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır.

10. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərar aldı:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar