Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(104)-803/2024 26.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyası hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli qərardadına əsasən mülki iş üzrə aidiyyət məsələsinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən icarəyə götürdüyü ünvan 1 ünvanda yerləşən qeyri yaşayış sahəsinə görə ödənilməmiş 93.000 manat məbləğində borcun, ixtisaslı hüquqi yardımın göstərilməsi üçün 500 manatın və ödənilmiş 369,00 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(067)-3022/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair e-2(067)-3022/2023 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi aidiyyətlə bağlı gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin arayışında Cavabdeh Gəncə şəhəri Nizami rayonunda qeydiyyatda olduğunun göstərilmişdir. Gəncə Şəhər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli qərardadı ilə, məhkəmələr arasında fikir ayrılığı olduğu üçün, aidiyyət məsələsinin həll edilməsi üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmən qeydə alındığı yerin məhkəməsinə verilir. 45.4-cü maddəsinə görə, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. 45.5-ci maddəsinə görə, işin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası tərəfindən əldə edilmiş Cavabdeh şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, xx.xx.2020-ci il tarixdən ünvan 2 ünvanında pasport qeydiyyatda dayanır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatda olduğu üçün, mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 45, 263-264 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(104)-803/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(104)-803/2024
26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver