Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(105)-1082/2023 02.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi üzrə məhkəmələr arasında ərazi aidiyyəti məsələsinin müəyyən edilməsinə dair mülki işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏNETDİ Gəncə Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(125)-1284/2023 nömrəli qərardadı ilə (hakim Z.İmanov) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərardadı ilə (hakim C.Səfiyeva) iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasını müəyyən etmək üçün mülki işin Sumqayıt Apelyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası ərazi aidiyyətinin müəyyən edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit edilmişdir. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir (Mülki Prosessual Məcəllənin 44.1. maddəsi). İşdən görünür ki, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, Gəncə Şəhər Məhkəməsi Cavabdeh hal-hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 215 ünvanda qeydiyyatda olduğuna görə mülki iş onun qeydiyyatda olduğu ünvan üzrə verilməli olmasını, iddianın ərazi üzrə verməməklə aidiyyət qaydalarını pozması ilə mülki işin Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmış, Abşeron Rayon Məhkəməsi isə hazırki mülki iş üzrə Cavabdeh Abşeron rayonu ərazisində qeydiyyatda olsa da, miras əmlakın ünvan 2 ünvanında yerləşdiyini qeyd edərək gəldiyi nəticənin prosessual hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 39.2. maddəsinə istinad etmişdir. Baxılan iş üzrə məhkəmələr arasında ərazi aidiyyətinə görə fikir ayrılığı olduğuna görə mülki işin Azərbaycan Respublikası MPM-in 45.4-cü maddəsinə əsasən ərazi aidiyyətinə görə hansı məhkəmədə baxılmalı olmasınının müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir (Mülki Prosessual Məcəllənin 39.2. maddəsi). Qanunun mənasına görə miras qoyanın kreditorları tərəfindən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar verilən iddialar vərəsəlik vərəsələr tərəfindən qəbul edilənə qədər irəli sürülərsə, müstəsna aidiyyət qaydası tətbiq edilir. Bu halda iddia miras qalan əmlakın və yaxud onun hissəsinin olduğu yerin məhkəməsinə verilir. Əgər iddia vərəsəlik vərəsələr tərəfindən qəbul olunandan sonra qaldırılarsa, onda ümumi ərazi aidiyyəti qaydaları tətbiq olunmalıdır. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh miras əmlakı qəbul etmişdir. İş üzrə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi üzrə məlumatlardan görünür ki, cavabdeh Hacıyev X1 rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 215 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 35.1. maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Prosessual normanın məzmununa görə hər bir kəs qanunla qorunan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı şəxs digər şəxs tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət edirsə, onda iddia tələbi tələbin yönəldiyi şəxsin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edilməlidir. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir (Mülki Prosessual Məcəllənin 45.4. maddəsi). Məhkəmə kollegiyası MPM-nin 44.1. maddəsinin tələbi baxımından hesab edir ki, Bərdə Rayon Məhkəməsi işi aidiyyət qaydalarına riayət etməklə öz icraatına qəbul etdiyindən, sonradan aidiyyət qaydaları dəyişsə də, hazırkı iş elə həmin məhkəmədə baxılmalıdır. Bu baxımdan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 45.4., 263, 264, 400cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(105)-1082/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(105)-1082/2023
02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver