Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(105)-1618/2024 30.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X4” ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X5 Məmmədov və X1 ibarət tərkibdə, X6 iştirakı ilə, İddiaçı “X4” ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının müəyyən edilməsi məsələsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “kredit borcu tələbi”nə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir.
Birinci instansiya məhkəmələrində icraat
Lənkəran Rayon Məhkəməsində icraat
2. Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(049)- 2634/2024 nömrəli qərardadı ilə (hakim Anar Pənahov) iddiaçı “X4” ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “kredit borcu tələbi”nə dair mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Elektron məhkəmə” İnformasiya sistemi vasitəsilə əldə edilmiş çıxarışdan müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh “ünvan 1 ünvanında qeydiyyatdadır. Bu səbəbən də hazırkı iş aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyindən, Sumqayıt Şəhər Məhkəməsində baxılmağa verilməlidir.
Sumqayıt Şəhər Məhkəməsində icraat
4. Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, e-2(060)- 6367/2024 nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) iddiaçı “X4” ASC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə 2(060)-6367/2024 saylı mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən cavabdeh Ağayev X3 rayonu, Sütəmuradov ərazi dairəsi, Sütəmuradov kəndi, hərbi şəhərcik, ev 30 ünvanında rəsmi qeydiyyatdadır (şəxsiyyət vəsiqəsinin verilmə tarixi xx.xx.2023-cü il). Bu səbəbən də hazırkı mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası araşdırılan məsələyə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Göründüyü kimi Lənkəran Rayon Məhkəməsi ilə Sumqayıt Şəhər Məhkəməsi arasında ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı baş vermiş, ərazi aidiyyətinin müəyyən edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli qərardadına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(049)- 2634/2024 nömrəli qərardadı ilə iddiaçı “X4” ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “kredit borcu tələbi”nə dair mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Elektron məhkəmə” İnformasiya sistemi vasitəsilə əldə edilmiş çıxarışdan müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh “ünvan 1 ünvanında qeydiyyatdadır. Bu səbəbən də hazırkı iş aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyindən, Sumqayıt Şəhər Məhkəməsində baxılmağa verilməlidir.
12. Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, e-2(060)- 6367/2024 nömrəli qərardadı ilə iddiaçı “X4” ASC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə 2(060)-6367/2024 saylı mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən cavabdeh Ağayev X3 rayonu, Sütəmuradov ərazi dairəsi, Sütəmuradov kəndi, hərbi şəhərcik, ev 30 ünvanında rəsmi qeydiyyatdadır (şəxsiyyət vəsiqəsinin verilmə tarixi xx.xx.2023-cü il). Bu səbəbən də hazırkı mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
14. Göründüyü kimi, Sumqayıt Şəhər Məhkəməsi Lənkəran Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı “X4” ASC tərəfindən Cavabdeh qarşı iddia tələbi aidiyyət qaydalarına riayət edilməklə Lənkəran Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə ki, iş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən cavabdeh Ağayev X3 rayonu, Sütəmuradov ərazi dairəsi, Sütəmuradov kəndi, hərbi şəhərcik, ev 30 ünvanında rəsmi qeydiyyatdadır (şəxsiyyət vəsiqəsinin verilmə tarixi xx.xx.2023-cü il).
15. Məhkəmə kollegiyası məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə bağlı məsələyə baxaraq aşağıda şərh olunanları qeyd edir:
16. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə təhlil edərək hesab edir ki, iddiaçı “X4” ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir.
17. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
18. Qeyd edilən maddədə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuş, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir.
19. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər.
22. Qeyd olunmalıdır ki, mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir və ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.
23. Kollegiya vurğulayır ki, məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).
24. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixində Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmənin cavabdehin - “ünvan 1 ünvanında qeydiyyatda olmasına dair istinad etdiyi məlumat xx.xx.2018-ci il tarixdə cavabdehə verilmiş şəxsiyyət vəsiqəsinə aid olmuşdur.
25. Hazırda “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən cavabdehə xx.xx.2023-cü il tarixdə yeni şəxsiyyət vəsiqəsi verilmiş və onun ünvan 3nında qeydiyyatda olduğu göstərilməklə hazırda da həmin ünvanda qeydiyyatdadır.
26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
27. Göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərkən cavabdehin rəsmi qeydə alındığı ünvan ünvan 3nı olmaqla, ərazi aidiyyət qaydalarının pozulmasına yol verilməmişdir.
28. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh Ağayev X3 rayonu, Sütəmuradov ərazi dairəsi, Sütəmuradov kəndi, hərbi şəhərcik, ev 30 ünvanında rəsmi qeydiyyatda olduğuna görə hazırkı işə ərazi aidiyyətinə görə Lənkəran Rayon Məhkəməsində baxılmalıdır.
29. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 35, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı “X4” ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.