Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-102/2023 13.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 6754.53 manat məbləğində əsas borc 984.57 manat faiz borcu olmaqla, ümumilikdə 7739.10 (yeddi min yeddi yüz otuz doqquz manat on qəpik) manat borcun və 97.80 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində cavabdeh İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 13 iyul 2021-ci il tarixli, 108804-230214/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 18.5% dərəcəsi ilə 9000 (doqquz min) manat məbləğində kredit verildiyini, borcalanın əsas öhdəliyi lazımınca icra etmədiyini, və kreditin təstiq olunmuş hissə-hissə ödəmə qrafikini pozduğunu, cavabdehə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək ona mübahisənin məhkəməyə qədər nizama salınmasının təklif edildiyini, həmçinin cavabbehə dəfələrlə şifahi xəbərdarlıq olunsa da onun üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli kassa məxaric ordenindən kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh tərəfindən 9000 manat məbləğində pulun bankdan götürüldüyünün göründüyünü, 02 dekabr 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 6754.53 manat məbləğində əsas borcu və 984.57 manat faiz borcu olmaqla, ümumilikdə 7739.10 (yeddi min yeddi yüz otuz doqquz manat on qəpik) manat əbləğində kredit borcu yarandığını, kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürdüyünü, eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yarandığını, belə ki, borcalanın krediti vaxtında ödəmədiyini və nəticədə gecikdirilmiş kredit yarandığını qeyd etmişdir. İddiaçı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş, lakin xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində icraatınızda olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işin məhkəmə baxış iclası 13 fevral 2023-cü il tarixə, saat 12:30-a təyin edilmişdir. İşlərin çoxluğu ilə əlaqədar nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyik. İddianı müdafiə edirik və məhkəmədən xahiş edirik ki, ExpressbankASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 13 iyul 2021-ci il tarixli, 108804-230214/1 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı ASC-nin Xətai filialı arasında kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1, 1.2, 1.3-ci bəndinə əsasən “Bank” “Borcalana” şəxsi istehlak məqsədi ilə illik faiz dərəcəsi 18.5 % olmaqla, 36 (otuz altı) ay müddətinə 9000 (doqquz min) manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən Bu müqavilə üzrə Əsas borc və faizlər ödəniş cədvəlinə (Əlavə nömrə 1) əsasən Borcalanın Bankdakı AZ26AZEN******************** nömrəli cari hesabına köçürmə yolu ilə və ya nağd şəkildə mədaxil edilməklə həmin vəsaitin silinməsi yolu ilə kredit müddətində tam həcmdə qaytarılır. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən kreditlər tam həcmdə tam həcmdə qaytarılan günədək Müqavilə ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən, İddiaçı ASC-nin Xətai filialı tərəfindən oğluna aylıq 18.5 faiz dərəcəsi ilə 36 ay müddətinə 9000 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2021 - xx.xx.2024 - ci il tarixləri ərzində ayda 327.63 manat, xx.xx.2024 tarixində isə 327.84 manat olmaqla Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Kassa məxaric orderinin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh imza etdirilməklə Bankdan 9000 manat pulun verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, 13 iyul 2021ci il tarixli, 108804-230214/1 nömrəli kredit müqaviləsinə əsasən 02 dekabr 2022-ci il tarixə Borcalanın Banka 6754.53 manat əsas borc, 984.57 manat faiz borcu olmaqla, cəmi 7739.10 (yeddi min yeddi yüz otuz doqquz manat on qəpik) manat məbləğində kredit borcu mövcuddur və gecikmə günü 142 gün təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Bank Borcalana borclu olduğu pul vəsaitini xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 7 gün müddətindən gec olmayaraq Banka ödəməyəcəyi təqdirdə onun barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş ********* nömrəli, xx.xx.2022-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, Expressbank” ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 97.40 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı ödənilmişdir. İş üzrə tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC-nin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2021-ci il tarixli, 108804-230214/1 saylı kredit müqaviləsinə əsasən “Bank” tərəfindən “Borcalan” Cavabdeh şəxsi istehlak məqsədi ilə illik faiz dərəcəsi 18.5% olmaqla 36 (otuz altı) ay müddətinə 9000 (doqquz min) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı kreditləri faizləri ilə birlikdə xx.xx.2021 xx.xx.2024 - ci il tarixləri ərzində ayda 327.63 manat, xx.xx.2024 tarixində isə 327.84 manat pulu İddiaçı ASC-nin Xətai filialına ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Bank qarşısında məsuliyyət daşıyararaq nəticədə iddiaçıya borcu yaranmış, buna görə də “Bank” “Borcalana” qarşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Borcalan”a qarşı borcun alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 6754.53 (altı min yeddi yüz əlli dörd manat əlli üç qəpik) manat məbləğində əsas borc, 984.57 (doqquz yüz səksən dörd manat, əlli yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 7739.10 (yeddi min yeddi yüz otuz doqquz manat on qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etdiyindən, 97.40 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzidə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3 iyul 2021-ci il tarixli, 108804-230214/1 saylı Kredit Müqaviləsi üzrə 6754.53 (altı min yeddi yüz əlli dörd manat əlli üç qəpik) manat əsas borc, 984.57 (doqquz yüz səksən dörd manat, əlli yeddi qəpik) manat faiz borcu, cəmi 7739.10 (yeddi min yeddi yüz otuz doqquz manat on qəpik) manat və 97.40 (doxsan yeddi manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun, 0.40 (qırx qəpik) manat xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 7836.9 (yeddi min səkkiz yüz otuz altı manat doxsan qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-102/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-102/2023
13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver